19 Noyabr 2023 09:50
997
SİYASƏT
A- A+
Gələcəyin addım səsləri

Gələcəyin addım səsləri

 

Ölkəmizdə gəncliyin inkişafı üçün geniş imkanlar yaradılıb

 

Gənclik cəmiyyətin aparıcı qüvvəsidir. Bu qüvvəni hədəfə düzgün istiqamətləndirəndə uğurlara gedən qapılar daha geniş açılır. Müstəqil Azərbaycanın inkişafında böyük potensiala malik, yenilməz qüvvə kimi fəallıq göstərən gəncliyin cəmiyyətdəki rolu gündən-günə artır. Sabahımızın qurucusu olan gənclərimiz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət və qayğısını daim öz üzərlərində hiss edirlər. 
Dövlət başçısının rəhbərliyi ilə respublikamızda həyata keçirilən siyasətin başlıca istiqamətlərindən biri gənclərə dövlət dəstəyinin gücləndirilməsindən, onlara hərtərəfli diqqət və qayğının artırılmasından ibarətdir. Son illər həyata keçirilən uğurlu islahatlar gənclərin hərtərəfli inkişafının təmin olunması üçün siyasi, sosial-iqtisadi, təşkilati-hüquqi təminatların yaradılmasını xeyli sürətləndirib, onların ictimai-siyasi fəallığının artmasına çoxşaxəli şərait yaradıb. Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində aktiv fəaliyyəti ilə seçilir, siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində həmişə öndə addımlayırlar. Prezident İlham Əliyevin gerçəkləşdirdiyi uğurlu siyasət gənclərin sağlamlığı, təhsili, intellektual və mənəvi inkişafı, asudə vaxtının səmərəli təşkili, ümumiyyətlə, cəmiyyət həyatının bütün sahələrini əhatə edir. Bu gün 2 milyondan çox gənci birləşdirən orduya malik respublikamız sabahımızın qurucularına verdiyi diqqət, göstərdiyi qayğı, bu sahədə həyata keçirdiyi islahatlar nəticəsində qazandığı uğurlara görə dünyanın bir çox inkişaf etmiş ölkəsindən öndədir. 
Azərbaycanda hər bir sahədə olduğu kimi, gənclər siyasətində də inkişaf Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli istəyi və tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra başladı. Dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsi üçün Ulu Öndər bu sahənin inkişafına böyük önəm verirdi. Uzun illərin idarəçilik təcrübəsinə və dərin zəkaya sahib olan Ümummilli Lider Azərbaycanın müstəqilliyinin və gələcək inkişafının əsas təminatçılarının gənclər olacağını yaxşı bilirdi. Məhz buna görə də yenidən hakimiyyətə qayıdan Ulu Öndər gənclərlə görüşlər keçirir, problemləri ilə yaxından maraqlanırdı və onların həll olunması üçün müvafiq göstəriş və sərəncamlar verirdi. Ulu Öndər Heydər Əliyev  1996-cı il fevralın 2-də Azərbaycan gənclərinin birinci forumunda çıxış edərək onların qarşısında dayanan vəzifələri qısaca olaraq belə ifadə etmişdi: "Gənclərimizin əsas vəzifəsi özünü müstəqil Azərbaycan Respublikasının inkişafına həsr etməkdən, müstəqil Azərbaycan Respublikasının yaşamasına və əbədi olmasına həsr etməkdən ibarət olmalıdır".  Ümummilli Liderin tələb və tövsiyələri Azərbaycan gəncliyinin inkişafına güclü təkan verdi, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynadı. 
Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin müsbət nəticəsidir ki, Azərbaycan gəncləri bütün sahələrdə böyük uğurlar qazanırlar. Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Gənclərimiz ictimai həyatın bütün sahələrində aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayırlar. Dövlətin yaratdığı geniş imkanlar nəticəsində onlar cəmiyyətin aparıcı qüvvəsinə çevriliblər. 
Azərbaycan Prezidenti tərəfindən həyata keçirilən gənclər siyasəti ölkənin ictimai həyatında bu qüvvənin yaxından iştirakını təmin etməkdədir. Gənclərlə düzgün iş strategiyasının müəyyənləşdirilməsi və bu strategiyadan irəli gələn vəzifələrin dəqiqliklə yerinə yetirilməsi nəticəsində Azərbaycan gəncləri idman, elm, mədəniyyət, incəsənət və digər sahələrdə böyük uğurlar əldə edir, dövlətçilik ənənələrini daim uca tutur, çoxşaxəli dövlət islahatlarının həyata keçirilməsində yaxından iştirak edirlər. Hazırda inkişaf edən, bütün istiqamətlərdə davamlı olaraq gücünü artıran dövlətimizin qarşısında dayanan hədəflər hər bir gənc, hər bir vətəndaş üçün çox önəmlidir. Azərbaycan Prezidenti İlham Əliyev gənclərə olan münasibətini belə  ifadə etmişdir: "Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram".
Azərbaycan Prezidentinin bu sözlərindən  ruhlanan gənclər Ali Baş Komandanın ətrafında daha da sıx birləşdilər. Gənclərimiz ölkəmizin inkişafına xidmət etməyin, dövlətimizə qarşı yönəlmiş təsirlərlə mübarizə aparmağın, ən əsası isə uzun illərdən bəri  torpaqlarımızın düşmən işğalından azad olunmasının və ərazi bütövlüyümüzün bərpa edilməsinin ən müqəddəs vəzifələr olduğunu dərindən anladılar. Vətənpərvər Azərbaycan gəncləri 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında böyük zəfər qazandılar. Erməni qəsbkarlarını məhv edərək tarixi torpaqlarımızı işğaldan azad etdilər. Azərbaycan gənclərinin qəhrəmanlığını yüksək qiymətləndirən Prezident İlham Əliyev deyir: "Biz qəlbində güclü vətən sevgisi olan gənc nəsil yetişdirdik. Hətta torpaqlarını görməyən gənclər bir arzu ilə yaşayıb ki, ədalət bərpa olunsun və onlar öz doğma torpaqlarına qayıtsınlar".
Azərbaycan gəncliyi bundan sonra da Prezident İlham Əliyevin ətrafında daha sıx birləşəcək, xalqımıza, dövlətimizə layiqincə xidmət edəcək.

Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bosniya və Herseqovinanın Serb Respublikasının Prezidenti Milorad Dodikdən  

14:18
26 Dekabr

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Denis Beçiroviçdən  

14:18
26 Dekabr

Prezidentin Mətbuat Xidmətinin məlumatı  

14:15
26 Dekabr

Təyyarə qəzasında həyatlarını itirənlərin xatirəsi İstanbulda da yad edilir  

14:11
26 Dekabr

Prezidentin Mətbuat Xidmətinin məlumatı  

14:06
26 Dekabr

Moskva sakinləri Azərbaycanın Rusiyadakı səfirliyinin binasının önünə gül dəstələri düzürlər  

14:00
26 Dekabr

Təyyarə qəzasında həlak olanların xatirəsi Heydər Əliyev Beynəlxalq Aeroportunda anılır VİDEO  

13:58
26 Dekabr

Təyyarə qəzasında həlak olanların xatirəsi Gəncədə də anılıb  

13:51
26 Dekabr

Aktauda baş verən qəzada vəfat edən sərnişinlərin və ekipaj üzvlərinin siyahısı açıqlanıb  

13:47
26 Dekabr

Azərbaycan və Qazaxıstanın Baş nazirləri arasında növbəti telefon danışığı olub  

13:40
26 Dekabr

Türkiyənin baş konsulu: Azərbaycana və Qazaxıstana istənilən köməyə hazırıq  

13:32
26 Dekabr

Təyyarə qəzasında həlak olan Anar Babayevin qardaşı: Onunla son danışığımızı həmişə xatırlayacam  

13:31
26 Dekabr

Baş konsul: Təyyarə qəzasında həlak olanların kimliyi müəyyənləşdirilir  

13:22
26 Dekabr

Sabah Azərbaycanın bəzi yerlərində fasilələrlə yağış yağacaq  

13:03
26 Dekabr

Azərbaycan Ordusunda Aktauda təyyarə qəzasında həlak olanların xatirəsi yad edilib  

12:49
26 Dekabr

Azərbaycanın Aktaudakı baş konsulluğunda anım tədbiri keçirilib

12:45
26 Dekabr

Rusiya FHN-ə məxsus “İl-76” Aktauda təyyarə qəzasında sağ qalan rusiyalıları Moskvaya çatdırıb  

12:40
26 Dekabr

Özbəkistanın xarici işlər naziri azərbaycanlı həmkarına başsağlığı verib

12:36
26 Dekabr

Samir Rzayev: Hadisənin başvermə səbəbləri ilə bağlı araşdırmalar davam edir  

12:29
26 Dekabr

Qazaxıstanın Baş naziri təyyarə qəzası ilə əlaqədar Azərbaycan Astanadakı səfirliyində olub  

12:26
26 Dekabr

Təyyarə qəzasında həlak olanların xatirəsi Naxçıvanda anılıb  

12:22
26 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!