01 Noyabr 2024 22:02
485
CƏMİYYƏT
A- A+
Füzuli şəhəri və Zəngilan rayonunun sakinləri üçün tibbi aksiya keçirilib

Füzuli şəhəri və Zəngilan rayonunun sakinləri üçün tibbi aksiya keçirilib

Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyasında nəzərdə tutulmuş onkoloji xəstəliklərin erkən mərhələdə aşkarlanmasına dair tədbirlər planına əsasən, işğaldan azad edilmiş ərazilərdə TƏBİB, Milli Onkologiya Mərkəzi və “Regional İnkişaf" İctimai Birliyinin (RİİB) birgə təşkilatçılığı, “Paşa Holdinq” və “PAŞA Sığorta”nın dəstəyi ilə tibbi aksiya baş tutub. TƏBİB-dən AZƏRTAC-a bildirilib ki, oktyabrın 30-u və 31-də baş tutan aksiya çərçivəsində TƏBİB və Milli Onkologiya Mərkəzinin peşəkar həkim briqadaları tərəfindən Füzuli şəhəri və Zəngilan rayonunun Ağalı kəndinin sakinləri üçün müxtəlif sahələr üzrə tibbi xidmətlər göstərilib.

Ümumdünya Süd Vəzi Xərçəngi ilə Mübarizə Ayında “Onkoloji xəstəliklərin skrininq” layihəsi çərçivəsində sakinlərə 900-ə yaxın tibbi xidmət göstərilib.

TƏBİB-in tabeliyində fəaliyyət göstərən müxtəlif tibb müəssisələrinin həkimləri tərəfindən vətəndaşlara kardioloji, pediatrik, terapevtik və nevroloji tibbi xidmətlər göstərilib, xəstəlik aşkarlanan şəxslərə müvafiq müalicələr təyin olunub. Digər xəstəliklər və ağırlaşmalar müəyyən olunan şəxslər isə ixtisaslaşmış tibb müəssisələrinə yönləndirilib.

Milli Onkologiya Mərkəzinin mütəxəssisləri şişönü və şiş xəstəliklərinin erkən diaqnostikası məqsədilə vətəndaşların müraciətləri əsasında Səyyar Diaqnostik Kompleksdə onların USM, rentgen, ginekoloji və mammoqrafiya müayinələrini həyata keçirib. Xəstəlik riski olanlar isə tam yoxlanış və müalicə üçün Milli Onkologiya Mərkəzinə dəvət edilib.

Aksiyanın təşkilində “Regional İnkişaf” İctimai Birliyinin əməkdaş və könüllüləri də yaxından iştirak edib. Onlar vətəndaşların məlumatlandırılmasını və qeydiyyatını, müayinələr zamanı növbəliliyin təmin olunmasını və digər təşkilati işləri həyata keçirib.

Qeyd edək ki, layihə xəstəliklərin erkən diaqnostikası, vaxtında dəqiq müayinə və müalicəsinin aparılması, eyni zamanda öz doğma yurd-yuvalarına qayıdan vətəndaşlara keyfiyyətli tibbi xidmət göstərilməsi məqsədilə icra edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Təyyarə qəzası nəticəsində həlak olanların xatirəsi Moldovada anılır

18:12
26 Dekabr

Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasdan  

18:11
26 Dekabr

Maldiv Respublikasının Prezidenti Məhəmməd Muizzudan

18:10
26 Dekabr

Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş nazirin müavini, Prezident işləri naziri Şeyx Mansur bin Zayed Al Nəhyandan  

18:09
26 Dekabr

Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş naziri və Dubayın Əmiri Şeyx Məhəmməd bin Rəşid Al Məktumdan  

17:03
26 Dekabr

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyandan

16:42
26 Dekabr

Beynəlxalq ictimaiyyətdən Azərbaycana başsağlığı mesajları gəlməkdə davam edir YENİLƏNİR

15:59
26 Dekabr

Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkindən

15:58
26 Dekabr

Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Can Mindən

15:57
26 Dekabr

Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevdən

15:56
26 Dekabr

Gürcüstanın xarici işlər naziri: Hər zaman Azərbaycanın yanındayıq

15:55
26 Dekabr

Xankəndidə keçirilməsi nəzərdə tutulan “Qış nağılı” yarmarkası təxirə salınıb 

15:55
26 Dekabr

Pilot İqorun dostu: Onun itkisi təkcə ailəsi üçün deyil, həm də aviasiya sahəsi üçün böyük boşluq olacaq

15:53
26 Dekabr

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifdən

15:14
26 Dekabr

Bosniya və Herseqovinanın Serb Respublikasının Prezidenti Milorad Dodikdən

14:18
26 Dekabr

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Denis Beçiroviçdən

14:18
26 Dekabr

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.  

14:15
26 Dekabr

Təyyarə qəzasında həyatlarını itirənlərin xatirəsi İstanbulda da yad edilir  

14:11
26 Dekabr

Prezidentin Mətbuat Xidmətinin məlumatı  

14:06
26 Dekabr

Moskva sakinləri Azərbaycanın Rusiyadakı səfirliyinin binasının önünə gül dəstələri düzürlər  

14:00
26 Dekabr

Təyyarə qəzasında həlak olanların xatirəsi Heydər Əliyev Beynəlxalq Aeroportunda anılır VİDEO  

13:58
26 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!