21 İyun 2024 08:45
393
SİYASƏT
A- A+
Fransa Ermənistanı yeni savaşa təhrik edir

Fransa Ermənistanı yeni savaşa təhrik edir

 

Yaxud Təhlükəsizlik Şurası üzvünün təhlükəli oyunu

 

Fransa qərəzli siyasətindən əl çəkməyərək yenə də Ermənistanı silahlandırmaqda davam edir. Bütün bunlar onu göstərir ki, rəsmi Paris Cənubi Qafqazdakı maddi maraqlarından, çirkin məqsədlərindən geri çəkilmək istəmir. Məqsədinə çatmaq üçün Ermənistanı gücləndirir, ona yeni hücum silahları verir və bununla İrəvanı yeni müharibəyə təhrik edir. Paris bu addımı ilə həm də bölgənin sükutunu pozmağa, sülh təşəbbüslərinə zərbə vurmağa çalışır.
Yayılan məlumatlara görə, Ermənistan və Fransa arasında hərbi-texniki əməkdaşlıq sahəsində yeni razılaşmalar əldə olunub. Ermənistanın Müdafiə Nazirliyindən bildirilib ki, razılaşma çərçivəsində Caesar toplarının alınması nəzərdə tutulub. Fransanın silahlı qüvvələr naziri Sebastien Lecornu həmin müqavilənin imzalanmasını "yeni mühüm mərhələ" adlandırıb. Razılaşmalar Fransada, Sebastien Lecornu ilə Ermənistan müdafiə naziri Suren Papikyan arasında keçirilən müzakirələrdə əldə edilib. Xəbərdən həmçinin məlum olub ki, Papikyanın səfəri zamanı Ermənistan Müdafiə Nazirliyi ilə Fransanın KNDS hərbi sənaye şirkəti arasında hərbi-texniki əməkdaşlıq haqqında saziş imzalanıb. Məlumat üçün bildirək ki, KNDS əsas döyüş tankları, zirehli maşınlar, artilleriya sistemləri, döyüş sursatları, döyüş idarəetmə sistemləri istehsal edir.
 Fransanın müdafiə naziri Sebastyan Lekornu Parisdə erməni həmkarı Suren Papikyanla görüşdən sonra bəyan edib ki, müdafiə sahəsində ikitərəfli əlaqələrin gücləndirilməsinin davamı kimi Ermənistana Caesar haubitsaları verəcəklər. Bu, Fransa-Ermənistan hərbi əməkdaşlığının yeni mərhələsidir. 
Qeyd edək ki, Caesar haubitsaları 54 kilometr uzaqlıqdakı hədəfləri vurmağa imkan verir. O, zirehli yük avtomobilinə bərkidilmiş artilleriya sistemidir. Buna görə də döyüş zamanı yerini dəyişdirmək asandır. Özüyeriyən Caesar artilleriya qurğusu 1994-cü ildə "Nexter" şirkəti tərəfindən hazırlanıb. Kütləvi istehsalına isə 2002-ci ildə başlanılıb və Fransa ordusuna 2008-ci ildə təhvil verilib. Özüyeriyən artilleriya qurğusunun ekipajı 5 nəfərdən ibarətdir. 
Fransa ilə Ermənistan arasında yeni müqavilənin dəyəri haqqında məlumat verilməsə də, Ceasar artilleriya qurğusunun qiymətinin 7 milyon dollara olduğu məlumdur. Xatırladaq ki, Fransa bir müddət əvvəl bu qurğulardan Ukraynaya vermişdi. Həmin ərəfədə informasiya mənbələrində Rusiya ordusunun həmin haubitsalardan ikisini ələ keçirdyi haqqında məlumatlar yayılmışdı.
Fransanın Ermənistana Caesar özüyeriyən artilleriya qurğuları satması xəbərindən sonra Azərbaycan Müdafiə Nazirliyinin və Prezidentin köməkçisinin bu addımı qınamasına Ermənistan tərəfinin cavabı onun xislətindən xəbər verib: "Müasir silahlarla təchiz edilmiş ordu saxlamaq hər bir dövlətin suveren hüququdur". Azərbaycan XİN isə cavabında haqlı olaraq belə siyasətin Ermənistanın növbəti mümkün təcavüzünə töhfə verdiyini bildirib: "30 il ərzində məhz beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozan, bu gün dəfələrlə istinad etdiyi Alma-Ata bəyannaməsinə zidd olaraq Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı təcavüz törədən, qonşularına qarşı ərazi iddialarını davam etdirən Ermənistandır. Azərbaycanla Ermənistan arasında real və davamlı sülh müqaviləsinin imzalanması üçün əsas şərt başda "Ermənistan və Dağlıq Qarabağın birləşməsi"nə çağıran Ermənistanın Müstəqillik Aktına açıq şəkildə istinad edən Ermənistan Konstitusiyası olmaqla, bu ölkənin çoxsaylı hüquqi və siyasi sənədlərində təsbit edilmiş Azərbaycana qarşı davam edən ərazi iddialarına son qoyulmasıdır".
Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev də deyib ki, Azərbaycan və Ermənistan arasında normallaşma ilə əlaqədar proseslərin aparıldığı bir şəraitdə Fransanın regionda militarizasiya siyasəti ciddi təhdid yaradır.
Azərbaycan Müdafiə Nazirliyi də Fransanın Ermənistana Caesar özüyeriyən artilleriya qurğuları satmasını qınayan bəyanat yayıb. Bəyanatda qeyd olunur ki, Ermənistanın silahlandırılması ilə Cənubi Qafqaz regionunda vəziyyətin gərginləşməsinə və yeni müharibə ocağının yaranmasına görə məsuliyyəti tam şəkildə Ermənistan rəhbərliyi və Fransa Prezidenti Emmanuel Makron daşıyacaq.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova isə keçirdiyi brifinqdə Fransanın Ermənistana Caesar özüyeriyen haubitsaları verməsini şərh edərkən söyləyib ki, Fransa rəhbərliyi nə Ermənistanın maraqlarını, nə də hansısa bir xalqın maraqlarını rəhbər tutur: "Paris ölkə daxilində və ya ölkələr arasında mövcud fikir ayrılıqlarından, ziddiyyətdən istifadə edərək öz konyuktur məqsədlərinə nail olmaq üçün alət kimi istifadə edir. Öz konyuktur məqsədləri deyəndə mən təkcə Yelisey sarayının şəxsi maraqlarını deyil, həm də Fransanın 
NATO ideologiyasının daşıyıcısı kimi nəzərdə tuturam. Məhz buna belə yanaşmaq lazımdır".
Göründüyü kimi, Cənubi Qafqaz regionunda militarizasiya və geosiyasi intriqa siyasəti yürüdən Makron rejimi müxtəlif vasitələrlə Ermənistanla Azərbaycan arasında davamlı sülhün təmin olunmasına əngəl törətməkdə davam edir. Bu kimi destruktiv və qərəzli siyasətinə görə regionumuzda gedən normallaşma proseslərindən kənarda qalan Fransanın indiki rəhbərliyi bunu Azərbaycana bağışlaya bilmir. Məlumdur ki, Ermənistan Azərbaycana qarşı hərbi təcavüz və işğal törətmiş dövlətdir. BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Fransa tərəfindən qanlı hərbi təcavüz törətmək təcrübəsi olan Ermənistanın yenidən silahlandırılması və Ermənistan rəhbərliyinin revanşizm siyasətinin dəstəklənməsi siyasi məsuliyyətsizlik olmaqla bərabər, həm də yeni müharibəyə aparan yoldur. Amma nə qədər silahlansa da, məğlub yenə Ermənistan olacaq. Çünki onun qarşısında güclü və qüdrətli Azərbaycan Ordusu dayanıb.

Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifdən

15:14
26 Dekabr

Bosniya və Herseqovinanın Serb Respublikasının Prezidenti Milorad Dodikdən

14:18
26 Dekabr

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Denis Beçiroviçdən

14:18
26 Dekabr

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.  

14:15
26 Dekabr

Təyyarə qəzasında həyatlarını itirənlərin xatirəsi İstanbulda da yad edilir  

14:11
26 Dekabr

Prezidentin Mətbuat Xidmətinin məlumatı  

14:06
26 Dekabr

Moskva sakinləri Azərbaycanın Rusiyadakı səfirliyinin binasının önünə gül dəstələri düzürlər  

14:00
26 Dekabr

Təyyarə qəzasında həlak olanların xatirəsi Heydər Əliyev Beynəlxalq Aeroportunda anılır VİDEO  

13:58
26 Dekabr

Təyyarə qəzasında həlak olanların xatirəsi Gəncədə də anılıb  

13:51
26 Dekabr

Aktauda baş verən qəzada vəfat edən sərnişinlərin və ekipaj üzvlərinin siyahısı açıqlanıb  

13:47
26 Dekabr

Azərbaycan və Qazaxıstanın Baş nazirləri arasında növbəti telefon danışığı olub  

13:40
26 Dekabr

Türkiyənin baş konsulu: Azərbaycana və Qazaxıstana istənilən köməyə hazırıq  

13:32
26 Dekabr

Təyyarə qəzasında həlak olan Anar Babayevin qardaşı: Onunla son danışığımızı həmişə xatırlayacam  

13:31
26 Dekabr

Baş konsul: Təyyarə qəzasında həlak olanların kimliyi müəyyənləşdirilir  

13:22
26 Dekabr

Sabah Azərbaycanın bəzi yerlərində fasilələrlə yağış yağacaq  

13:03
26 Dekabr

Azərbaycan Ordusunda Aktauda təyyarə qəzasında həlak olanların xatirəsi yad edilib  

12:49
26 Dekabr

Azərbaycanın Aktaudakı baş konsulluğunda anım tədbiri keçirilib

12:45
26 Dekabr

Rusiya FHN-ə məxsus “İl-76” Aktauda təyyarə qəzasında sağ qalan rusiyalıları Moskvaya çatdırıb  

12:40
26 Dekabr

Özbəkistanın xarici işlər naziri azərbaycanlı həmkarına başsağlığı verib

12:36
26 Dekabr

Samir Rzayev: Hadisənin başvermə səbəbləri ilə bağlı araşdırmalar davam edir  

12:29
26 Dekabr

Qazaxıstanın Baş naziri təyyarə qəzası ilə əlaqədar Azərbaycan Astanadakı səfirliyində olub  

12:26
26 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!