31 Avqust 2024 18:47
191
İDMAN
A- A+

Fərid Qayıbov: “Kürü keçək?!” açıq suda üzmə yarışına maraq yüksək səviyyədədir

 

“Yarışa maraq yüksək səviyyədədir”.

AZƏRTAC xəbər verir ki, bu sözləri gənclər və idman naziri Fərid Qayıbov Mingəçevir şəhərində keçirilən “Kürü keçək?!” açıq suda üzmə yarışı barədə jurnalistlərə açıqlamasında deyib.

O, yarışa marağın ildən-ilə daha da artdığını diqqətə çatdırıb: “Bu tədbir artıq üçüncü dəfədir baş tutur. İlk dəfə Bakıda Xəzər dənizində təşkil olunmuşdu. Ötən ildən fərqli olaraq yarışda mübarizə aparanların sayı iki dəfə artıb. Bizim hesablama şirkətindəki çiplər artıq iştirakçı sayının çoxluğundan saymağı çatdırmırdı. Buna görə də gələn il çiplərin sayını artırmaq istəyirik”.

F.Qayıbovun sözlərinə görə, xarici ölkələrdən bu yarışa iştirakçı cəlb etmək üçün planlar var: “Türk Dövlətlər Təşkilatı ilə danışıqlar aparırıq. Bir layihəmiz həyata keçdi. Bizim üzgüçülüklə bağlı digər tədbirlər planımız var. Bunlardan biri də “Birlikdə üzək” layihəsidir ki, onu da artıq iki dəfə reallaşdırmışıq. Müxtəlif yaş qruplarından olan insanlar ölkəmizdə fəaliyyət göstərən bütün Olimpiya Komplekslərinin hovuzlarında eyni anda yarışa başlayırlar. Təşkilat Komitəsinə, Azərbaycan Üzgüçülük Federasiyasına və Bakı Şəhər Halqasına dəstəyə görə təşəkkür edirəm”.

Qeyd edək ki, su idmanı növlərinin təbliği, daha geniş yayılması və inkişaf etdirilməsi məqsədi daşıyan yarış Gənclər və İdman Nazirliyi, Azərbaycan Üzgüçülük Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə növbəti dəfə baş tutub.

İlk dəfə açıq suda üzmə yarışı 2022-ci ildə Xəzər dənizində (“Xəzər dalğası”), 2023-cü ildə isə Mingəçevirdə Kür çayında (“Kürü keçək”) təşkil edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video