16 Yanvar 2025 15:11
296
İDMAN
A- A+
Fərid Qayıbov: İnanıram ki, ilin sonunda Qəbələdə daha çox insanın idmana cəlb olunmasına şahid olacağıq  

Fərid Qayıbov: İnanıram ki, ilin sonunda Qəbələdə daha çox insanın idmana cəlb olunmasına şahid olacağıq  


"İdman paytaxtı"nın açılışında Qəbələdən olan bir çox azyaşlı qız və oğlan idmançıları gördük. Bu, müxtəlif idman qurumlarının gördüyü işin nəticəsidir. Bu nəticələri birlikdə əldə etmişik. İnanıram ki, bu uşaqlar ölkəmizi beynəlxalq arenalarda layiqincə təmsil edəcəklər.

AZƏRTAC xəbər verir ki, bu sözləri gənclər və idman naziri Fərid Qayıbov "Qəbələ - İdman Paytaxtı 2025"in açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib. Nazir ötən il Qubanın Azərbaycanın “İdman paytaxtı” seçildiyini və uğurlu nəticələr əldə olduğunu söyləyib: "Quba layiqincə bu işin öhdəsindən gəldi. Burada müxtəlif yerli və beynəlxalq idman tədbirləri keçirildi. Yekunda bu regionda daha çox insan idmanla məşğul olmağa başladı. Düşünürəm ki, bu il Qəbələdə də belə olacaq. Federasiyalar burada yarışlar keçirməyi planlaşdırırlar. Bu il ölkə idmanı üçün ən önəmli hadisə isə MDB Oyunlarının təşkilidir. Qəbələ də bu Oyunların bir parçasıdır. İnanıram ki, ilin sonunda Qəbələdə daha çox insanın idmana cəlb olunmasına şahid olacağıq".

O, MDB Oyunlarına hazırlıqların yaxşı səviyyədə getdiyini də diqqətə çatdırıb: "MDB Təşkilat Komitəsinin artıq iclasları keçirilir. Müvafiq işlər gedir. Onu da qeyd edim ki, tədbirdə MDB ölkələri ilə yanaşı, digər ölkələrdən qonaqlar da olacaq".

Qeyd edək ki, Qəbələ şəhəri 2023-cü il dekabrın 7-də Gənclər və İdman Nazirliyi Kollegiya iclasında keçirilmiş səsvermə nəticəsində 2025-ci il üçün Azərbaycanın “İdman paytaxtı” seçilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ermənistan ordusunda xaosun yeni dalğası başlayıb

08:55
18 Yanvar

Azərbaycanın kino və teatr sənətinin görkəmli nümayəndəsi

08:50
18 Yanvar

Qubada 20 Yanvar şəhidləri yad edilib

08:45
18 Yanvar

Paşinyan ikibaşlı oyun oynayır

08:40
18 Yanvar

Qərbi Azərbaycana qayıdış tarixi ədalətin bərpası olacaq

08:35
18 Yanvar

Cənubi Qafqazda təsir dairəsi yaratmaq siyasəti

08:30
18 Yanvar

Bildirişlər paylanılır

08:25
18 Yanvar

Lənkəranda Turizm İnformasiya Məntəqəsi açılıb

08:20
18 Yanvar

Masallıda daxili imkanlar hesabına şəhid ailəsi üçün ev tikilmişdir

08:15
18 Yanvar

Gələcəyin çağırışları: inkişaf, rifah, sülh

08:10
18 Yanvar

Azərbaycan-Gürcüstan dostluğu və tərəfdaşlığı daha qlobal perspektivlər vəd edir

08:05
18 Yanvar

İLAHİ ƏDALƏTİN HÜQUQİ BƏRPASI

08:00
18 Yanvar

Azercell korporativ abunəçilərin nəzərinə!

00:13
18 Yanvar

Azercell korporativ abunəçilərin nəzərinə!

00:12
18 Yanvar

Dini konfessiya rəhbərləri Prezidentə təşəkkür məktubları ünvanlayıblar

23:35
17 Yanvar

Premyer Liqa: "Qarabağ" - "Şamaxı"- 3:2

23:09
17 Yanvar

Mbappe də Benzemanın uğuruna nail olub

23:05
17 Yanvar

1990-cı ilin 20 yanvarı müstəqillik uğrunda mübarizənin başlanğıcı oldu

22:42
17 Yanvar

ABŞ Ali Məhkəməsi TikTok qadağası qanununu təsdiqləyib  

22:13
17 Yanvar

Şitan Cao: Azərbaycan xalqı müharibədə dağıdılmış şəhər və kəndləri bərpa edir

22:01
17 Yanvar

Kvaratsxeliya:"Nə qədər çətin olsa da, vidalaşmaq vaxtıdır"

21:49
17 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!