18 Yanvar 2025 08:30
129
SİYASƏT
A- A+
Cənubi Qafqazda təsir dairəsi yaratmaq siyasəti

Cənubi Qafqazda təsir dairəsi yaratmaq siyasəti


Paris problemlərlə qarşı-qarşıyadır


Azərbaycanın Vətən müharibəsində qələbəsindən sonra Cənubi Qafqazda yaranan yeni reallıqlarla heç cür barışmayan Fransa  Ermənistana daha çox havadarlıq etməyə, eyni zamanda regionda mövcudluğunu qorumaq üçün ölkəmizin daxili işlərinə qarışmağa cəhdlər göstərir. Rəsmi Paris Ermənistanı hər vəchlə münaqişəyə təhrik etməklə vəziyyətin yenidən gərginləşməsinə, regionda öz təsirini saxlamağa çalışır. 

Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı Aqşin Kərimov "Azərbaycan" qəzetinə açıqlamasında deyib ki, Fransa strategiyasının prioritetləri sırasında Cənubi Qafqazda təsir dairəsini yaratmaq da dayanır. Əslində bu, Parisi problemli vəziyyətlə qarşı-qarşıya qoyur. Bunu Azərbaycan və Türkiyəyə qarşı güclü tərəflər formalaşdırmaq istəyən Fransanın səylərinin boşa çıxması bir daha təsdiqləyir: "Bununla belə, Fransa diplomatiyası Azərbaycanla münasibətlər prizmasına söykənməyə də cəhdlər göstərir. Yəni diplomatiya və dialoq Fransa dövlətinin Azərbaycana münasibətdə özünümüdafiə xəttidir, çünki regionda Bakının iştirakı olmadan qurulan əməkdaşlıq modeli uğur qazana bilməz". 

Ekspert qeyd edib ki, Fransa səriştəsizləşən Cənubi Qafqaz siyasətində Azərbaycan və Ermənistana münasibətlərini Bakının maraqlarına uyğun nisbiləşdirmək seçimini nəzərdən keçirə bilər. Amma Fransa seçimlərindəki Azərbaycan amili ilə əlaqədar praqmatik bəyanatlar səsləndirmir və bu, onu göstərir ki, Yelisey Sarayında Bakıya qarşı sərt xəttin tərəfdarı olanlar dominant mövqedədirlər. Yelisey Sarayındakı anti-Azərbaycan qüvvələrin hökmranlığı Bakını Parisin səsini dinləməməkdə haqlı olduğunu göstərir. Qlobal idarəçiliyin formatlanması, Fransanın bu idarəçilik modelindən məhdud pay alması fonunda Azərbaycanın addımları daha effektiv olur. 

A.Kərimov vurğulayıb ki, Fransa bundan dolayı qüvvələr balansının öz ambisiyaları çərçivəsində yenidən formalaşdırılması üçün Cənubi Qafqazda Ermənistanla dərinləşən əməkdaşlıq nümunəsi yaratmağa çalışır: "Bu isə Cənubi Qafqazda mümkün ekstremal geosiyasi situasiyalarda Fransanın manevr etmək qabiliyyətini yüksəltmir, çünki Parisin bu ssenaridə maraqlarını koordinasiya edə biləcək regional və qlobal güc aktorları fonunda müttəfiqi yoxdur. Deməli, Paris regionda öz ambisiyalarına inteqrasiya edilmiş kritik hədd yarada bilməyəcək və nəticədə Azərbaycanla əməkdaşlığın yenidən nəzərdən keçirilməsinə məcbur olacaq".


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan ictimaiyyətindən Nobel Komitəsinə açıq məktub: Qorbaçovun Sülh Mükafatından məhrum edilməsi barədə tarixi qərara imza atın  

11:37
18 Yanvar

Vəkillər Kollegiyasının rəhbərliyi vətəndaş qəbulu keçirib

11:35
18 Yanvar

Sevilə-sevilə baxılan ekran əsərlərinin müəllifi

11:28
18 Yanvar

Xarici səfərdən Azərbaycana dönən vətəndaşın meymunçiçəyi virusuna yoluxduğu məlum olub  

11:25
18 Yanvar

Hökumə Əliyevanın atasının müraciəti əsasında cinayət işi başlanılıb  

11:13
18 Yanvar

Ağdam şəhərindəki 2-ci yaşayış məhəlləsində 1268 mənzil inşa edilir

10:30
18 Yanvar

Hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı davam edir

10:28
18 Yanvar

DİN: Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb

10:19
18 Yanvar

Kiyevə raket hücumu olub, ölənlər var

10:10
18 Yanvar

Britaniya parlamentində 20 Yanvar qurbanları ilə bağlı təşəbbüs irəli sürülüb

09:59
18 Yanvar

Keçmiş məcburi köçkün: Böyük sevinc və qürur hissi ilə Cəbrayıla qayıdırıq

09:41
18 Yanvar

Cəbrayıl sakini: Bizə bu xoş günləri yaşadan Prezidentimizə minnətdarıq

09:30
18 Yanvar

Viktor Orban Trampın prezidentliyi dövründə ikitərəfli münasibətlərdə “qızıl dövr”ü gözləyir

09:22
18 Yanvar

Amerikalı konqresmenlər 20 Yanvarla bağlı bəyanat veriblər  

09:17
18 Yanvar

Böyük Qayıdış: Cəbrayıl şəhərinə daha 42 ailə yola salınıb

09:13
18 Yanvar

Gürcü analitik: Prezident İlham Əliyevin bəyanatı iki qonşu ölkənin necə yaşamalı olduğuna nümunə ola bilər  

09:10
18 Yanvar

Gürcüstan mətbuatı Azərbaycan Prezidentinin Baş nazir İrakli Kobaxidze ilə görüşünü geniş işıqlandırıb  

09:09
18 Yanvar

Ermənistan ordusunda xaosun yeni dalğası başlayıb

08:55
18 Yanvar

Azərbaycanın kino və teatr sənətinin görkəmli nümayəndəsi

08:50
18 Yanvar

Qubada 20 Yanvar şəhidləri yad edilib

08:45
18 Yanvar

Paşinyan ikibaşlı oyun oynayır

08:40
18 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!