18 Yanvar 2025 08:25
127
CƏMİYYƏT
A- A+
Bildirişlər paylanılır

Bildirişlər paylanılır


Bələdiyyə seçkilərinə hazırlığın vəziyyəti ilə tanış olmaq üçün 65 saylı Salyan-Biləsuvar-Neftçala Seçki Dairəsinin 13 saylı məntəqəsində olduq. Məntəqə Salyan şəhər Y.Qasımov adına 4 saylı tam orta məktəbin binasında yerləşir. 

Məntəqənin yerləşdiyi idman zalına daxil oluruq. Burada seçkilərlə bağlı bütün işlər görülmüşdür. Foyedəki lövhələrdə seçici siyahıları asılmış, idman zalının bir tərəfində 12 kabinə, seçicilərin bülletenləri atacaqları 2 daşınmaz və 1 daşınan qutu, dövlət atributlarımız olan bayrağımız, gerbimiz qoyulmuşdur. Masanın üstündə isə seçkilər haqqında qanun və təlimatlar vardır. Seçkinin gedişini izləyəcək müşahidəçilər üçün də xüsusi yer ayrılmışdır. 

Məntəqə sədri Rəşad Zərbəliyev: "Bu günlər  seçkiyə hazırlığın mühüm mərhələsidir. Çalışırıq ki, hər bir seçici seçki günü məntəqəyə gəlib səs versin. Artıq bildirişləri paylamağa başlamışıq. Məntəqənin hər bir üzvü bölgüyə əsasən ona həvalə olunmuş ərazidə evlərə baş çəkir, bildirişləri seçicilərə çatdırır". 

65 saylı Salyan-Biləsuvar-Neftçala dairəsi üzrə 5-i Salyanda, 1-i Biləsuvarda, 1-i Neftçalada olmaqla 7 bələdiyyəyə seçkilər keçiriləcək. Bunun üçün Salyanda 38, Biləsuvarda və Neftçalanın hər birində 6 məntəqə yaradılıb. Cəmi 50 məntəqə üzrə 52 min 665 seçici siyahıya alınmışdır ki, onun da 39 min 394 nəfəri Salyan, 7 min 477 nəfəri Biləsuvar, 5 min 794 nəfəri Neftçala sakinləridir. Bələdiyyə üzvlüyünə namizəd olan 159 nəfərin 81-i Yeni Azərbaycan Partiyası, 1 nəfəri Vətəndaş Həmrəyliyi Partiyasının üzvləridir. 77 nəfər isə öz təşəbbüsləri ilə namizədliklərini irəli sürmüşlər. Dairə üzrə 206 gənc ilk dəfə səs verəcək. Seçicilərin 831 nəfəri isə 80-100 yaş arasındadır. 

Seçkilərin demokratik, ədalətli və şəffaf keçirilməsinə nəzarət üçün dairə üzrə Salyanda 441, Biləsuvarda 60, Neftçalada 83 müşahidəçi qeydiyyatdan keçmişdir. 


S.CAVADOV, 

"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan ictimaiyyətindən Nobel Komitəsinə açıq məktub: Qorbaçovun Sülh Mükafatından məhrum edilməsi barədə tarixi qərara imza atın  

11:37
18 Yanvar

Vəkillər Kollegiyasının rəhbərliyi vətəndaş qəbulu keçirib

11:35
18 Yanvar

Sevilə-sevilə baxılan ekran əsərlərinin müəllifi

11:28
18 Yanvar

Xarici səfərdən Azərbaycana dönən vətəndaşın meymunçiçəyi virusuna yoluxduğu məlum olub  

11:25
18 Yanvar

Hökumə Əliyevanın atasının müraciəti əsasında cinayət işi başlanılıb  

11:13
18 Yanvar

Ağdam şəhərindəki 2-ci yaşayış məhəlləsində 1268 mənzil inşa edilir

10:30
18 Yanvar

Hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı davam edir

10:28
18 Yanvar

DİN: Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb

10:19
18 Yanvar

Kiyevə raket hücumu olub, ölənlər var

10:10
18 Yanvar

Britaniya parlamentində 20 Yanvar qurbanları ilə bağlı təşəbbüs irəli sürülüb

09:59
18 Yanvar

Keçmiş məcburi köçkün: Böyük sevinc və qürur hissi ilə Cəbrayıla qayıdırıq

09:41
18 Yanvar

Cəbrayıl sakini: Bizə bu xoş günləri yaşadan Prezidentimizə minnətdarıq

09:30
18 Yanvar

Viktor Orban Trampın prezidentliyi dövründə ikitərəfli münasibətlərdə “qızıl dövr”ü gözləyir

09:22
18 Yanvar

Amerikalı konqresmenlər 20 Yanvarla bağlı bəyanat veriblər  

09:17
18 Yanvar

Böyük Qayıdış: Cəbrayıl şəhərinə daha 42 ailə yola salınıb

09:13
18 Yanvar

Gürcü analitik: Prezident İlham Əliyevin bəyanatı iki qonşu ölkənin necə yaşamalı olduğuna nümunə ola bilər  

09:10
18 Yanvar

Gürcüstan mətbuatı Azərbaycan Prezidentinin Baş nazir İrakli Kobaxidze ilə görüşünü geniş işıqlandırıb  

09:09
18 Yanvar

Ermənistan ordusunda xaosun yeni dalğası başlayıb

08:55
18 Yanvar

Azərbaycanın kino və teatr sənətinin görkəmli nümayəndəsi

08:50
18 Yanvar

Qubada 20 Yanvar şəhidləri yad edilib

08:45
18 Yanvar

Paşinyan ikibaşlı oyun oynayır

08:40
18 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!