15 Aprel 2025 17:56
294
CƏMİYYƏT
A- A+
Faktiki hava: Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir  

Faktiki hava: Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir  

Milli Hidrometeorologiya Xidmətinin aprelin 15-i saat 16:00-a olan məlumatına əsasən, ölkə ərazisində yağıntılı hava şəraiti davam edir.

Xidmətdən AZƏRTAC-a verilən məlumata görə, düşən yağıntının miqdarı Beyləqanda 26 (aylıq normanın 85 faizi), Füzulidə 24 (aylıq normanın 44 faizi), Zərdabda 21 (aylıq normanın 68 faizi), Qubada 20 (aylıq normanın 42 faizi), Göyçayda 19 (aylıq normanın 39 faizi), Kürdəmirdə 17 (aylıq normanın 49 faizi), Oğuzda 16, Ağstafada 15 (aylıq normanın 40 faizi), Tovuzda 14 (aylıq normanın 37 faizi), Sabirabadda 14 (aylıq normanın 44 faizi), Şabranda 13 (aylıq normanın 45 faizi), Xaltanda 17 (aylıq normanın 25 faizi), Gəncədə 10 (aylıq normanın 32 faizi), Şahdağda 10, İsmayıllıda 8, Lənkəranda 7, Ağdam, Cəlilabadda 6, Zaqatalada 5, Daşkəsən, Neftçalada 2 millimetrdir. Naxçıvan Muxtar Respublikası, Xocalı, Göygöl, Şəmkir, Şəki, Balakən, Qax, Qobustan, Qusar, Tərtər, Bərdə, Yevlax, İmişli, Hacıqabul, Biləsuvar, Mingəçevir və Yardımlıda da leysan xarakterli yağış müşahidə olunur. Bakıda və Abşeron yarımadasında isə 8 millimetrədək (aylıq normanın 33 faizi) təşkil edir.

Dağlıq ərazilərdə-Lerik, Qrız, Şahdağ, Kəlbəcər, Şuşa və Laçında isə qar yağır.

Hazırda şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 25 metr/saniyəyə çatıb. Dənizdə dalğanın hündürlüyü 2.4 metrdir.

Bakıda və Abşeron yarımadasında 11°, Naxçıvanda, eyni zamanda Aran rayonlarında 12°, dağlıq rayonlarda 6°-dək isti qeydə alınıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİN: Ötən gün cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanılıb

10:06
25 Aprel

Azərbaycan nefti bahalaşıb  

10:05
25 Aprel

İran dövlət televiziyasının Birinci Kanalının əməkdaşları həbs edilib

10:04
25 Aprel

Tailandda polis təyyarəsinin qəzaya uğraması nəticəsində 6 nəfər ölüb

10:01
25 Aprel

Azərbaycan və Rusiya arasında aqrar sahədə əməkdaşlıq məsələləri müzakirə edilib  

09:48
25 Aprel

Almaniya hökuməti bu il də iqtisadi artım gözləmir

09:36
25 Aprel

ABŞ Prezidenti: Həm Rusiya, həm də Ukrayna münaqişəyə son qoymaq istəyir

09:18
25 Aprel

Hakan Fidan: Ankara ilə Türk dövlətləri arasında münasibətlərə zərbə vurmaq cəhdləri uğursuzluğa məhkumdur  

09:18
25 Aprel

Vaşinqtonda “erməni soyqırımı” yalanlarına qarşı dinc aksiya keçirilib

09:17
25 Aprel

Qazaxıstan Prezidenti İstanbulda baş verən zəlzələ ilə bağlı Türkiyə liderinə dəstəyini ifadə edib  

09:16
25 Aprel

Tramp: Növbəti bir neçə gün Ukrayna danışıqları üçün çox vacib olacaq

09:15
25 Aprel

Vladimir Fekete: Papa Fransisk bütün dini liderlər üçün əsl nümunədir  

09:11
25 Aprel

Danışıqlar da, savaş da davam edir

08:55
25 Aprel

Azərbaycanın ilk pediatrının həyatından bəhs edən videoçarx hazırlanıb

08:50
25 Aprel

Keşməkeşlər içində keçən ömür...

08:45
25 Aprel

"Onları əzin!"

08:40
25 Aprel

Cəfəng "böyük Ermənistan" xülyası real Ermənistanı məhvə aparır

08:35
25 Aprel

Ultramillətçi dünyagörüşünün təzahürü

08:30
25 Aprel

Azərbaycan elminə, vətəndaş cəmiyyətinə və insan hüquqlarına həsr olunmuş ömür

08:25
25 Aprel

Özəl sektor - Azərbaycan iqtisadiyyatının aparıcı qüvvəsi

08:20
25 Aprel

Dəyişən dünya, Bakının qloballaşan maraqları

08:15
25 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!