13 Noyabr 2025 17:27
554
SİYASƏT
A- A+
Əziz Ələkbərli: Prezidentin AMEA-dakı çıxışı Qərbi Azərbaycan mövzusuna yeni elmi yanaşma tələb edir  

Əziz Ələkbərli: Prezidentin AMEA-dakı çıxışı Qərbi Azərbaycan mövzusuna yeni elmi yanaşma tələb edir  


Prezident İlham Əliyev AMEA-nın 80 illiyində etdiyi tarixi çıxışında Azərbaycanın ictimai, siyasi, elmi və mədəni həyatına dair bir çox mühüm məqamlara toxundu. O, çıxışında Qərbi Azərbaycan məsələsinə, soydaşlarımızın doğma torpaqlarına qayıdışı mövzusuna xüsusi önəm verdi. Prezident qeyd etdi ki, uzun illər ərzində ermənilər və erməni diasporu Azərbaycan tarixini saxtalaşdırmaqla məşğul olublar. Təəssüf ki, bu saxtakarlıqlar bu gün də davam edir. Bu təhriflərin qarşısına yalnız öz həqiqətlərimizi elmi əsaslarla qoymaqla çıxa bilərik.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli söyləyib.

O deyib: “Prezident İlham Əliyev Azərbaycanın tarixi-coğrafi məkanına diqqət çəkərək bildirdi ki, ölkəmizin qədim əraziləri bugünkü inzibati sərhədlərdən daha geniş olub. O vurğuladı ki, bu gün də Azərbaycan xalqının nümayəndələri dövlət sərhədlərimizdən kənarda, öz tarixi torpaqlarında yaşayırlar və yaşadıqları ölkələrin dövlətçiliyinə daim töhfə veriblər. Azərbaycan xalqının xarakterində heç vaxt separatizm olmayıb, bu, ermənilərdən bizi fərqləndirən əsas xüsusiyyətlərdəndir. Bir vaxtlar Ermənistanda da bizim soydaşlarımız yaşayıblar. Lakin onlar zaman-zaman ermənilər tərəfindən öz doğma torpaqlarından qovulublar”.

Deputatın sözlərinə görə, XX əsrin əvvəllərində Çar Rusiyası tərəfindən hazırlanmış hərbi-topoqrafik xəritələrdə Qərbi Azərbaycan ərazisindəki yaşayış məntəqələri öz orijinal - türk və azərbaycanlı adları ilə göstərilib. Dövlətimizin başçısı alimlər və Milli Elmlər Akademiyasının strukturları qarşısında mühüm vəzifə qoydu: Qərbi Azərbaycan həqiqətlərini daha geniş şəkildə dünyaya çatdırmaq, bu istiqamətdə kitabların, tədqiqatların, sərgilərin sayını artırmaq lazımdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Zəngəzur Milli Parkında Qafqaz bəbiri üç balası ilə kameralara düşüb

10:46
24 Oktyabr

Azərbaycan BMT-də mina təhlükəsinin əlilliyə səbəb olması ilə bağlı narahatlığını ifadə edib

10:17
24 Oktyabr

Bilmək istəyirəm

09:50
24 Oktyabr

Azərbaycanı "yaşıl gələcəy"ə aparan yol: reallıqlar, perspektivlər  

09:40
24 Oktyabr

Fərhad XƏLİLOV: "Sadəlik və gizli gözəllik - bax, budur mənim sevdiyim cəhətlər"

09:30
24 Oktyabr

Dostluğu ruhunda yaşadan adam 

09:20
24 Oktyabr

ZƏFƏR gündəliyi

09:10
24 Oktyabr

Azərbaycan-BMT tərəfdaşlığının Qarabağın dayanıqlı inkişafında rolu: Xankəndidə mühüm müzakirə

09:00
24 Oktyabr

Özbəkistan Prezidentinin investorlarla görüşündə "Akba" qızıl yatağının işlənməsi perspektivləri açıqlanıb

08:50
24 Oktyabr

Qarabağın "hava qapısı"

08:40
24 Oktyabr

Zəfərlə yenidən doğulan doğma yurd

08:30
24 Oktyabr

Aqrar sahənin inkişafı ilə bağlı qanun layihələri müzakirəyə çıxarıldı

08:20
24 Oktyabr

Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

08:10
24 Oktyabr

Təbiət möcüzələri dövlətin himayəsinə götürülür

08:00
24 Oktyabr

Xalq rəssamı Fərhad Xəlilova

00:27
24 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

00:26
24 Oktyabr

F.Q.Xəlilovun "İstiqlal" ordeni ilə təltif edilməsi haqqında

00:24
24 Oktyabr

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi "Həssas əhali qruplarından olan uşaqlara sosial psixoloji dəstək" və "Sosial işin idarə edilməsi (Keys menecment)" adlı müsabiqələr keçirir

00:21
24 Oktyabr

Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

21:11
23 Oktyabr

ABŞ-də strateji nüvə qüvvələrinin təlimləri başlayıb  

20:19
23 Oktyabr

Onkoloq xərçəng riskini azaltmaq üçün ət istehlakı normasını açıqlayıb  

20:17
23 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!