22 İyun 2025 08:45
833
Mədəniyyət
A- A+
Əzəmətli tarixi abidə, qəhrəmanlıq qalası 

Əzəmətli tarixi abidə, qəhrəmanlıq qalası 


Şuşa gündən-günə dirçəlir, şöhrətli günlərinə qovuşur


Dünyada yaşayan bütün azərbaycanlıların özünə mənəvi qiblə saydığı Şuşa 28 illik iztirabın ardından yeni və təntənəli günlərinə qanad açıb. 8 noyabr 2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu tərəfindən misilsiz şücaətlə azadlığına qovuşdurulan zəfər qalamız gündən-günə dirçəlir, tarixi şöhrətini bərpa edir, ənənələrinə, dəyərlərinə qovuşur. 

Azadlığının üzərindən heç bir il keçməmiş qoynunda festivallar, poeziya günləri düzənlənən musiqimizin beşiyi Şuşanın ötən müddətdə 270 illik təntənəli yubileyi keçirilib, 2022-ci il Azərbaycanda başdan-başa Şuşa ili kimi qeyd olunub. Qarabağ qələbəmizlə qürurlanan dünya azərbaycanlıları vətən qibləmizdə toplaşaraq öz Zəfər qurultaylarını keçiriblər... 

Bir sözlə, bütöv Azərbaycanın bu qədim və əzəmətli şəhərinin yeni növrağı, təntənəli çağları başlayıb... 

Şuşa şəhərinin Prezident İlham Əliyev tərəfindən mədəniyyət paytaxtımız elan edilməsi isə bu diyarın ənənəvi mədəniyyətinin dirçəldilməsi istiqamətində atılan müstəsna addımdır.  

7 may 2021-ci ildə qəbul edilən bu qərar Şuşa şəhərinin tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması və ənənəvi dolğun mədəni həyatına qovuşması, eləcə də Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi beynəlxalq aləmdə təbliği məqsədilə imzalanıb.

Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında Prezidentin sərəncamında vurğulanır ki, Şuşa şəhəri tarixən Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olmuşdur: "1977-ci ildə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə "Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında" qərar qəbul edilmişdir. Həmin qərar nəticəsində Şuşada abidələrin qorunması, görkəmli mədəniyyət və incəsənət xadimlərinin xatirələrinin əbədiləşdirilməsi istiqamətində əhəmiyyətli addımlar atılmışdır".

Prezidentin 22 iyun 2021-ci ildə imzaladığı fərmana əsasən Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin yaranması da bu baxımdan mühüm əhəmiyyətə malikdir. Fərmana əsasən bu qurum Şuşa şəhərinin ərazisində yerləşən abidələrin bərpasının, qorunmasının, öyrənilməsinin, istifadəsinin və təbliğinin təmin edilməsi sahəsində fəaliyyət göstərir. 


Şanlı tarix 


1750-ci illərin əvvəlllərində əsası Qarabağ xanı Pənahəli xan Sarıcalı Cavanşir tərəfindən qoyulan Şuşa şəhəri Qarabağ xanlığının mərkəzi olub. Şuşa şəhəri həmin dövrlərdən başlayaraq hərbi, siyasi, iqtisadi, mədəni cəhətdən Azərbaycanın tarixində mühüm əhəmiyyət kəsb etməyə başlamışdır. Şuşa şəhərinin bütün məkan adları azərbaycanlıların adı ilə bağlıdır və əhalisi yarandığı dövrdən etibarən ancaq azərbaycanlılardan ibarət olmuşdur.

Şuşa şəhərinin üç qapısı vardı: Gəncə qapısı - şimalda, İrəvan qapısı - qərbdə və Ağoğlan qapısı (kəndlərlə əlaqə üçün yararlı olub), üç tərəfdən əlçatmaz uçurumlu qayalarla əhatə edilmişdir. Şimal qapısının yaxınlığında abidələr kompleksindən ibarət içqala inşa edilmişdir, təəssüf ki həmin abidələr siyasi proseslər nəticəsində məhv edilmişdir. Şuşa şəhərinin dəniz səviyyəsindən 1300-1600 m yüksəklikdə yerləşməsi şəhərin müdafiə baxımından əlverişli olmasına şərait yaradır və şəhər bu baxımdan qala kimi şöhrət qazanmışdır. Qalanın ətrafında əhəmiyyətli yerlərdə müdafiə qəsrləri tikilmişdir. 

Şuşa şəhərinin ətrafında salınan məhəllələrin (Urudlar, Seyidli, Culfalar, Quyuluq, Mamayı, Merdinli, Hamamqabağı və s.) hər birinin məscidi, mədrəsəsi, hamamı, dükanı və bulağı var idi. Şuşa qalası 1756-1823-cü illər Qarabağ xanlığının paytaxtı olmuşdur. Xanlığının pul vahidi xanın adı ilə "pənahabadi" gümüş sikkələr idi. Xalq arasında olan deyimə görə şəhəri havası saf və şəfalı olduğundan Şuşa (şüşə) adlandırmışlar.

Azərbaycan SSR Nazirlər Sovetinin 10 avqust 1977-ci il tarixli 280 nömrəli qərarı ilə Şuşa səhəri Azərbaycan Respublikasının tarix-memarlıq qoruğu elan edilmişdir.

Şuşa şəhərində ümumilikdə 549 qədim bina, ümumi uzunluğu 1203 metr daş döşənmiş küçələr, 17 məhəllə bulağı, 17 məscid, 6 karvansaray, 3 türbə, 2 mədrəsə, 2 qəsr və qala divarları mövcud olub. O cümlədən 72 mühüm sənət və tarixi abidələri, dövlət xadimlərinin və başqa tanınmış şəxslərin evləri olmuşdu.

Şuşada 17 məhəllə salınmışdı ki, söylənildiyi kimi hər bir məhəllənin öz məscidi, bulağı, hamamı, həmçinin meydan bulağı var idi. Şuşa şəhəri ümumiyyətlə bulaqlarla zəngin idi (İsa bulağı, Saxsı bulaq, Şor bulaq, Səkili bulağı, Şəmilin bulağı və s.) Şuşa şəhərində tarixi əhəmiyyət kəsb edən bir çox abidələr inşa olunmuşdur. Həmin abidələrin çoxu məscidlərdən ibarətdir.

 

Ulu Öndərin qayğısı ilə


Ulu Öndər Heydər Əliyev qədim mədəniyyət mərkəzimiz Şuşanı zəngin tarixi abidə adlandırır, eyni zamanda bu uca sıldırımlar üzərində bina edilmiş şəhərə xalqımızın qəhrəmanlıq qalası kimi baxırdı və bunu hər dəfə dilə gətirirdi. Ümummilli Lider Şuşanın inkişafı, xüsusilə də burada azərbaycançılıq məfkurəsinin kök atması üçün Azərbaycanda birinci dəfə hakimiyyətdə olduğu illərdə müstəsna işlər gerçəkləşdirib. 

Dahi şəxsiyyətin təşəbbüsü və rəhbərliyi ilə 1970-ci illərdə Şuşa şəhərinin inkişaf etdirilməsi məqsədilə xüsusi qərarlar qəbul edilmişdi. Qərarlara uyğun olaraq, Şuşanın keçmişdə tikilmiş binaları, tarixi abidələri, məscidləri bərpa edilmiş, yeni çoxmərtəbəli yaşayış binaları, böyük mehmanxana, ayrı-ayrı inzibati binalar tikilmişdi. Həmçinin Şuşa mötəbər statusa qaldırılmış və ümumittifaq səviyyəli kurort şəhərinə çevrilmişdi.

Ulu Öndərin xatirələrində qeyd edilir ki, o, 1967-ci ildə Şuşada olarkən görkəmli şair Vaqifin məzarını ziyarət etmək istəmiş, lakin məzarı tapa bilməmişdi. Heydər Əliyevin göstərişi ilə məzar tapılmış və Ulu Öndər bərbad halda olan dağılmış məzarı ziyarət etmişdi. Buna görə də 1980-1981-ci ildə Heydər Əliyevin göstərişi ilə Vaqifin məzarı üstündə böyük şairin şanına layiq möhtəşəm abidə, türbə ucaldılmışdı. Vaqifin möhtəşəm abidəsinin təntənəli açılışı isə 14 yanvar 1982-ci ildə Heydər Əliyevin iştirakı ilə baş tutmuşdu...

1982-ci ildə Ümummilli Lider Şuşaya səfəri zamanı həm də orada Vaqifin məqbərəsi ilə yanaşı, Poeziya Evinin də açılışında və Vaqif Poeziya Günlərində iştirak etmiş və həmin vaxt Vaqif Poeziya Günlərinin keçirilməsi barədə göstəriş vermişdi. Bununla da hər il avqust ayında Vaqif Poeziya Günlərinin keçirilməsi ənənəvi hal almışdı. 

1982-ci ilin avqustunda da Şuşaya gələn Ulu Öndər Heydər Əliyevin iştirakı ilə şair Xurşidbanu Natəvanın abidəsinin açılışı həyata keçirilmişdi.


Dirçələn Şuşa  


"Şuşa hər birimizi özünə çəkir". Təkcə 2021-ci ildə düz yeddi dəfə Şuşaya səfər edən Prezident İlham Əliyev bu fikirləri həmin il öz doğum günündə Şuşadan, Cıdır düzündən səsləndirmişdi və bununla da Zəfər qalamızın özünün qəlbində hansı zirvədə olduğunu bir daha bu sözlərlə ifadə etmişdi: "Hər dəfə Şuşada hansısa tədbir nəzərdə tutulduqda böyük həvəslə, böyük sevgi ilə, məhəbbətlə Şuşaya gəlirdim və hesab edirdim ki, bu günü də mən məhz burada - Şuşada hər birimiz üçün əziz olan Cıdır düzündə qeyd etməliyəm və bunu edirəm".

Şuşanın inkişafı və dirçəldilməsi daim Prezident İlham Əliyevin gündəliyində duran ən vacib məsələlərdəndir. 

2022-ci il Prezidentin sərəncamı ilə Azərbaycanda  "Şuşa ili" elan edilməsi də məhz qədim şəhərimizin dirçəldilməsinə, inkişafına hesablanmışdı. Sərəncamda vurğulanırdı ki, Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşada bu gün şəhərin əsl tarixi simasının bərpası yönündə nəhəng layihələr gerçəkləşdirilir. Qısa müddətdə Şuşanın Baş planının hazırlanması, qüdrətli şair Molla Pənah Vaqifin büstünün və muzey-məqbərə kompleksinin öz ilkin görkəminə qaytarılması, Bülbülün ev-muzeyinin və Üzeyir bəy Hacıbəylinin heykəlinin açılışları, habelə buradakı tarixi, dini və memarlıq abidələrinin bərpası prosesi ölkəmizin mədəniyyət paytaxtındakı kompleks işlərin tərkib hissəsidir: "Cıdır düzündə "Xarıbülbül" Musiqi Festivalının və Vaqifin möhtəşəm məqbərəsi önündə Vaqif Poeziya Günlərinin təşkili ənənəsinin bərpası da göstərir ki, Şuşa sürətlə dirçələrək əvvəlki dolğun mədəni həyatına qovuşmaq yolundadır".

Azərbaycan dövləti işğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Şuşada da geniş quruculuq və bərpa işləri həyata keçirir. Qeyd edək ki, Şuşanın Baş planı hazırlanarkən onun tarixi əzəmətinin qorunması əsas götürülüb. Mədəniyyət paytaxtımızda həyata keçirilən bütün layihələr tarixlə müasirliyin vəhdəti üzərində qurulur.

Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimovun bu yaxınlarda verdiyi məlumata görə, Şuşada 20-dən çox tarixi abidə, o cümlədən 5 məscid bərpa olunub. Şəhərdə turizmin inkişafına töhfə verən yeni hotellər, muzeylər, istirahət məkanları açılmaqdadır. Təkcə bu ayın ilk 10 günündə şəhəri ziyarət edənlərin sayı 25 mini keçib.

Şuşada yeni inşa olunan məktəbdə 200-ə yaxın şagird təhsil alır. Müasir tələblərə cavab verən müalicə və sağlamlıq mərkəzi açılıb. Ən önəmli layihə isə şuşalılar üçün yeni yaşayış evlərinin tikilməsidir. Keçmiş məcburi köçkün olmuş 1409 şuşalı yeni inşa olunmuş 23 binadan ibarət ilk yaşayış kompleksində artıq məskunlaşıb. Növbəti aylarda şəhərdə 45 ədəd çoxmənzilli binadan ibarət daha 3 yeni yaşayış kompleksinin inşasına başlanacaq.

Göründüyü kimi, cəmi beş ilə yaxın müddətdə Şuşa sözün əsl mənasında dirçəlib, ruhu özünə qaytarılıb. Mədəniyyət paytaxtımızda həyata keçirilən kompleks işlər Şuşanın tarixi şan-şöhrətini də özünə qaytarıb. 


Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Çin dünyada yüksəksürətli qatarların inkişafına mühüm töhfə verəcək  

16:16
09 İyul

Energetika naziri: Davamlı enerji təchizatı sərmayə olmadan mümkün deyil  

16:15
09 İyul

Avropa Liqası: “Sabah”–“Selye” oyununa 5 min bilet satılıb

16:14
09 İyul

Türkiyə kəşfiyyatının rəhbəri İraqda danışıqlar aparıb  

16:13
09 İyul

Britaniyada həyati vacib orqan nəqlini gözləyən pasiyentlərin sayı rekord həddə çatıb  

15:40
09 İyul

Ağdərə və Xocalının kəndlərində sürətli tikinti-bərpa işləri görülür  

15:39
09 İyul

3D çap vasitəsilə orqan toxumalarının yaradılması üsulu təqdim edilib  

15:38
09 İyul

Arxeoloqlar 12 min illik sualtı şəhər tapıblar

15:36
09 İyul

Xankəndi, Ağdərə və Xocalıya 45,5 milyon manata yaxın investisiya qoyulub  

15:01
09 İyul

Ali Məhkəmədə “Ailə mübahisələrində mediasiya institutunun tətbiqinin əhəmiyyəti və beynəlxalq təcrübə” mövzusunda dəyirmi masa keçirilib  

15:00
09 İyul

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərə gəlib  

14:59
09 İyul

Rəcəb Tayyib Ərdoğan: Türkiyədə iqlim böhranının fəsadları getdikcə güclənərək hiss olunur  

14:58
09 İyul

Türkiyə şirkətləri Pakistanın ərazi sularında neft-qaz axtarışı aparacaq  

14:55
09 İyul

Kreml Ukrayna ilə nizamlanma üzrə memorandumların müzakirəsinə başlamağı zəruri hesab edir  

14:53
09 İyul

Sorğu: Ukrayna əhalisi Zelenski və Zalujnıya daha çox etimad göstərir  

14:52
09 İyul

Baş katib: OPEC Beynəlxalq Seminarında COP müzakirələrinin mövcud vəziyyəti qiymətləndiriləcək  

14:50
09 İyul

Ankarada türk dövlətlərinin turizm sahəsində əməkdaşlığının genişləndirilməsi yolları müzakirə olunub  

14:49
09 İyul

“Politico”: Tramp Rusiyaya qarşı yeni sanksiyaların qəbulu üzrə işin intensivləşdirilməsini dəstəkləyir  

14:47
09 İyul

Ankara 2026-cı il üçün “Türk dünyasının turizm paytaxtı” elan edilib  

14:46
09 İyul

Beşinci “Yüksəliş” müsabiqəsinin finalçıları müəyyənləşib  

14:44
09 İyul

XİN: İranın Ermənistandakı səfirinin Xankəndi Zirvə görüşünün yekun sənədi ilə bağlı iddiaları qəbuledilməzdir  

13:56
09 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!