11 Dekabr 2024 13:52
311
SİYASƏT
A- A+
Əsəd rejiminin çöküşü Ermənistana zərbə oldu

Əsəd rejiminin çöküşü Ermənistana zərbə oldu

Suriyanı qanlı vətəndaş müharibəsinə sürükləyərək bunun sayəsində hakimiyyətini saxlamağa çalışan Bəşər Əl Əsəd ölkəni sözün əsl mənasında qara günə qoydu. Başdan-başa xarabalığa dönən Suriyanın on milyondan çox vətəndaşı qaçqın və məcburi köçkünə çevrildi, həbsxanalar diktat rejimə qarşı çıxan insanlarla dolub-daşdı, ölkənin  qurtuluşu, milli birlik üçün mübarizə aparan minlərlə insan ilim-ilim itirildi, hətta onların taleyi barədə bu günə qədər də məlumat yoxdur, güllələndi, asıldı... 

Ancaq ölkəni parçala hökm et siyasəti ilə idarə edən Bəşər Əl Əsəd hakimiyyətinin sonu bəlli idi. Təbii ki, belə çox davam edə bilməzdi. İllərdir suriyalıları əsir-yesir vəziyyətinə salan Əsəd rejimindən ordu belə bezmişdi. Nəticədə, ölkəni süngü ilə idarə edən Bəşər Əsəd devrildi. Acgöz diktator illərdir Suriyada xalqın sərvətlərini talayaraq yığdığı milyardlarla pulu, tonlarla qızılı da qoyaraq qaçmağa məcbur oldu.


Paşinyanla Əsədi birləşdirən ortaq cəhətlər


Suriyada devrilmiş Bəşər Əsəd rejimi Ermənistanla sıx əlaqələrə malik idi. Çünki bu iki ölkəni idarə edən rəhbərləri, Paşinyanla Əsədi oxşar maraqlar və xarakterlər birləşdirirdi. Həmişə onların hər ikisini ölkələrinin, xalqlarının taleyi deyil, öz hakimiyyətləri maraqlandırıb. Təkcə bir misal çəkək: Ermənistanın dövlət olaraq çıxış yolunun yalnız Azərbaycanla sülh müqaviləsinin bağlanılmasından keçdiyini bildiyi halda Paşinyan Qərb ağalarının köməyi ilə silahlanaraq müharibəyə hazırlaşır. Yəni, Bəşər Əsəd suriyalıları necə fəlakətə sürükləyirdisə, Paşinyan da erməniləri bu təhlükəli yola çıxarır. 

Suriya və Ermənistan hakimiyyətləri arasında yaxın  əlaqələri vaxtilə Paşinyanın Əsədə ünvanladığı təbriklərin timsalında da aydın görmək olur. Məsələn, 2023-cü ilin aprelində Ermənistanın baş naziri Suriyanın ovaxtkı prezidenti Bəşər Əsədi ölkənin milli bayramı münasibətilə təbrik edib. Təbrik məktubunda Ermənistanın Suriya üçün çətin bir zamanda respublikanın bərpası prosesinə yardım etməyə hazır olduğu bildirilib. Paşinyan həmçinin qeyd edib ki, “əsrlərin dərinliklərindən gələn və tarixi sınaqlarla möhkəmlənən Ermənistan-Suriya dostluğu iki ölkə arasında qardaşlıq münasibətlərinin bundan sonra da inkişaf etməsinin əsasını” təşkil edir.

Göründüyü kimi, Paşinyanı hər zaman Əsəd zülmü altında inləyən Suriya və suriyalıların taleyi deyil, qəddar rejimlə birgə həyata keçirdiyi cinayət əməlləri maraqlandırıb. Ermənistan hərbçilərinin Hələbdə xidmət göstərməsi də bu mərama qulluq edib. Minatəmizləmə kimi qələmə verilən bu xidmət əslində Əsəd rejiminə dəstək məqsədi daşıyıb, faktiki olaraq Ermənistan hərbi kontingenti Suriya ordusunun fəaliyyətinə dəstək verib. Suriyada fəaliyyət göstərən erməni terror təşkilatları Əsəd rejimi ilə sıx əlaqədə olublar. 2019-cu ildə yaradılan və Suriya xüsusi xidmət orqanları ilə yaxından əməkdaşlıq edən Nubar Ozanyan adına erməni batalyonu Əsədin qanlı əməllərini həyata keçirənlərdən olub. Bu həmin Nubar Ozanyandır ki, Birinci Qarabağ müharibəsində iştirak edərək azərbaycanlılara qarşı qətliamlar törədib.

Vaxtilə Azərbaycanın işğal altında olan torpaqlarında məhz Suriyadan olan ermənilərin gətirilib qeyri-qanuni məskunlaşdırılması da Suriya ilə Ermənistan arasında olan münasibətlərin istiliyinə görə idi...

Burada haşiyə çıxaq ki, nə sirrdirsə, Ermənistanın Əsəd rejiminə siyasi, hərbi və digər sahələrdə kömək göstərməsi bir dəfə də olsun “demokratik” Qərbin diqqətini cəlb etməyib. Hətta Ermənistanı Azərbaycana qarşı silahlandıran kollektiv Qərbin gözü o qədər kor olub ki, İrəvanın həmin silahları İran vasitəsilə Suriyaya ötürməsini və o silahlarla suriyalıları qətlə yetirməsini də görməyib. Amma dünyanın altını da, üstünü də hamıdan yaxşı bildiyini sanan və özlərini “insan haqlarının müdafiəçiləri” hesab edən Qərb təsisatlarının bu boyda həngamədən xəbərsiz olmaları da şübhə doğurur.

Göründüyü kimi, özünü qərpərəst kimu göstərən Paşinyan hakimiyyəti yaxın Şərqdəki antiqərb mövqeli hakimiyyətlərlə sıx əməkdaşlıq edib və edir. Belə ki, hazırda İrəvan Rusiya ilə Qərb arasında da eyni riyakar mövqeni tutub. 


Vətəndaş qarşıdurmasına son qoyulması vacibdir


Hər zaman ermənipərəst mövqedən çıxış edən Bəşər Əsəd rejimi Azərbaycana qarşı olub. Suriya İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində Azərbaycanın maraqlarına qarşı çıxış edib, Ermənistanla bağlı qətnamələri əngəlləməyə çalışıb, qəbul olunan sənədlərə qoşulmayıb. Bütün bu baş verənlərin fonunda da aydın görünür ki, Suriyada Əsəd rejiminin çökməsi Ermənistanın maraqlarına ciddi zərbə oldu. 

Hazırda Suriyada milli birlik hökumətinin yaradılması istiqamətində mühüm proseslər gedir. Suriyanın ərazi bütövlüyünün saxlanması və digər vacib proseslərdə Türkiyənin mühüm rolu var. Əsəd rejiminin zülmündən baş götürüb qaçan suriyalıların ən çox üz tutduğu və sığınacaq aldığı Türkiyənin qarşıdan gələn dövrdə də Suriyada proseslərin dinc inkişafına mühüm töhfələr verə biləcəyi şübhəsizdir. 

Azərbaycan Xarici İşlər Nazirliyinin Suriyada son vəziyyət barədə bəyanatında da bildirilir ki, ölkəmiz Suriyada baş verən prosesləri izləyir. Bu çərçivədə, eyni zamanda qardaş Türkiyə ilə məsləhətləşmələr həyata keçirilir: “Suriyada Bəşər Əl-Əsəd rejiminin çökməsindən sonra ölkədə sülhün və sabitliyin bərpa olunması və vətəndaş qarşıdurmasına son qoyulması mütləq dərəcədə vacibdir”.

Bəyanatda bildirilir ki, Azərbaycan Suriyanın ərazi bütövlüyü və suverenliyinə dəstəyini bir daha ifadə edir və Suriya xalqının iradəsinə uyğun şəkildə, habelə ölkədaxili siyasi dialoq vasitəsilə məsələlərin həllini tapacağına ümidvar olduğunu bildirir. Həmçinin vurğulanır ki, Azərbaycan Suriyada vəziyyət sabitləşəndən sonra Azərbaycanla Suriya arasında ikitərəfli münasibətlərin bərpa olunacağına, əməkdaşlığın qarşılıqlı dostluq və tərəfdaşlıq prinsipi əsasında inkişaf edəcəyinə ümidvardır.   

O da qeyd olunur ki, Azərbaycan qardaş Türkiyə və digər həmfikir tərəfdaşlarla birlikdə Suriya xalqının üzləşdiyi humanitar problemlərin aradan qaldırılmasına töhfə verməyə hazırdır.

Göründüyü kimi, hər zaman dünyada demokratiya, sülh, əmin-amanlıq tərəfdarı olan və atdığı addımlarla bu məsələləri təşviq edən, qlobal problemlərin aradan qaldırılması istiqamətində fəal iş görən Azərbaycan bu dar günündə Suriya xalqının da yanındadır. 


Yasəmən MUSAYEVA, 

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Təyyarə qəzasında həlak olanların xatirəsi Gəncədə də anılıb  

13:51
26 Dekabr

Aktauda baş verən qəzada vəfat edən sərnişinlərin və ekipaj üzvlərinin siyahısı açıqlanıb  

13:47
26 Dekabr

Azərbaycan və Qazaxıstanın Baş nazirləri arasında növbəti telefon danışığı olub  

13:40
26 Dekabr

Türkiyənin baş konsulu: Azərbaycana və Qazaxıstana istənilən köməyə hazırıq  

13:32
26 Dekabr

Təyyarə qəzasında həlak olan Anar Babayevin qardaşı: Onunla son danışığımızı həmişə xatırlayacam  

13:31
26 Dekabr

Baş konsul: Təyyarə qəzasında həlak olanların kimliyi müəyyənləşdirilir  

13:22
26 Dekabr

Sabah Azərbaycanın bəzi yerlərində fasilələrlə yağış yağacaq  

13:03
26 Dekabr

Azərbaycan Ordusunda Aktauda təyyarə qəzasında həlak olanların xatirəsi yad edilib  

12:49
26 Dekabr

Azərbaycanın Aktaudakı baş konsulluğunda anım tədbiri keçirilib

12:45
26 Dekabr

Rusiya FHN-ə məxsus “İl-76” Aktauda təyyarə qəzasında sağ qalan rusiyalıları Moskvaya çatdırıb  

12:40
26 Dekabr

Özbəkistanın xarici işlər naziri azərbaycanlı həmkarına başsağlığı verib

12:36
26 Dekabr

Samir Rzayev: Hadisənin başvermə səbəbləri ilə bağlı araşdırmalar davam edir  

12:29
26 Dekabr

Qazaxıstanın Baş naziri təyyarə qəzası ilə əlaqədar Azərbaycan Astanadakı səfirliyində olub  

12:26
26 Dekabr

Təyyarə qəzasında həlak olanların xatirəsi Naxçıvanda anılıb  

12:22
26 Dekabr

Özbəkistanın xarici işlər naziri azərbaycanlı həmkarına başsağlığı verib  

12:09
26 Dekabr

Sükut dəqiqəsi  

12:01
26 Dekabr

Azərbaycanın və Qazaxıstanın xarici işlər nazirləri arasında telefon danışığı olub  

11:40
26 Dekabr

Aktauda AZAL-ın təyyarəsinin qəzaya uğramasını araşdıran komissiya işləyir  

11:28
26 Dekabr

Beynəlxalq ictimaiyyətdən Azərbaycana başsağlığı mesajları gəlməkdə davam edir YENİLƏNİR  

11:16
26 Dekabr

Təyyarə qəzası ilə əlaqədar ombudsmanların işçi qrupunun fəaliyyəti davam edir  

11:07
26 Dekabr

FHN-in həkimi: Təyyarə qəzası nəticəsində xəsarət alan sərnişinlərdən üçünün vəziyyəti ağır qimətləndirilir  

10:48
26 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!