10 Dekabr 2024 08:15
312
SİYASƏT
A- A+
Əsas hədəf Cənubi Qafqazdır

Əsas hədəf Cənubi Qafqazdır


Ermənistanı silahlandıran havadarlarının məqsədləri bəllidir 


"Ermənistanda postmüharibə dövründə yaşananlar, xəstə neofaşist təfəkküründən qaynaqlanan revanşizm iddiaları sübuta yetirir ki, erməniləri uzun illərdən bəri düşüncələrində kök salan zəhərli ultramillətçi ideyalardan xilas etmək lazımdır. "Mən Yer kürəsindəki ilahi izləri öz erməni soyumda oxudum, gördüm, öpdüm, təzim etdim - Tsexakrona çevrildim", - deyən faşist Qaragin Njdenin təliminə girov düşərək bölgədə münaqişə katalizatoru funksiyasını yerinə yetirən erməniliyin xilası Cənubi Qafqazdakı tarixi və çağdaş reallıqları qəbul etməkdən, birgəyaşayış qaydalarını mənimsəməkdən ibarətdir".

Bu sözləri "Azərbaycan" qəzetinə Milli Məclisin deputatı Elçin Mirzəbəyli deyib. O bildirib ki, əks-təqdirdə Ermənistan daha acı nəticələrlə qarşılaşmalı olacaq. Ermənistan siyasətçilərinin uzun illər boyu ölkə vətəndaşlarına danışdıqları yalanlar, beyinlərə səpilən ideoloji zəhər ermənilərin müəyyən bir hissəsinin şüurunu elə örtüb ki, hətta regionda hər kəsin tanış ola biləcəyi qüvvələr nisbətini, demoqrafik vəziyyəti, hərbi və iqtisadi potensialı görmək və müqayisə etmək belə istəmirlər. Kollektiv Qərb isə hər zaman olduğu kimi, revanşizmin doğurduğu və reallıqların dərk edilməsinə maneə yaradan ultramillətçi və emossional qavrama atmosferindən öz geosiyasi maraqları üçün yararlanmağa cəhd göstərir. "Ermənistanın müdafiə nazirinin Fransa ilə yanaşı, Cənubi Koreya, Yaponiya və Birləşmiş Ştatlara səfər edərək, ölkəsinin silah-sursat, hərbi texnika arsenalının gücləndirilməsi ilə bağlı danışıqlar aparması, yaxud Vaşinqtondan verilən təlimatlara uyğun olaraq hərəkət etməsi, rəsmi İrəvanın davamlı sülhdə maraqlı olmadığını nümayiş etdirir", - deyə deputat əlavə edib. 

E.Mirzəbəyli qeyd edib ki, bəzi Qərb dövlətləri və onların diktəsi altında hərəkət edənlər bu marionet ölkənin ərazisindən Xəzər hövzəsi, Mərkəzi, Qərbi Asiya ölkələri, o cümlədən Rusiya əleyhinə istifadə etmək və Cənubi Qafqazın xarici müdaxilələrə, geosiyasi qarşıdurmalara açıq qalması üçün Ermənistanı silahlandırırlar. Qərbin digər məqsədi təkcə Cənubi Qafqaza deyil, bütövlükdə keçmiş SSRİ məkanına müdaxilə etməkdən ibarətdir. Qərb ölkələri, eləcə də onların blokdankənar müttəfiqləri bu addımlarla Rusiyanın təsir dairəsindən çıxmağa təhrik olunan ölkələr üçün alternativ silah tədarükçüsünə çevrilməklə, həm də Moskvanın bu istiqamətdəki dominantlığına zərbə vurmaq istəyirlər. Amma əsas hədəf Cənubi Qafqazdır və Qərb Ön Asiyanın ən həssas və strateji bölgəsinə daşımaqla subregional və regional təhlükəsizlik mexanizmlərinə, qarşılıqlı faydalılıq prinsipi üzərində qurulan, enerji, logistika və digər sahələri əhatə edən inteqrasiya prosesinə zərbə vurmağa çalışır.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xarici İşlər Nazirliyinin rəhbər heyəti Şəhidlər xiyabanını ziyarət edib

15:31
20 Yanvar

Ağdamda “Şəhidlər" abidə kompleksinin önünə tər qərənfillər düzülüb

15:29
20 Yanvar

Ukraynalı jurnalist: Qanlı Yanvar terroru sırf siyasi xarakter daşıyırdı

15:25
20 Yanvar

Bizdən ayrı düşənlərə borcumuzdur bu ehtiram...

15:24
20 Yanvar

Milli Məclisin kollektivi Şəhidlər xiyabanını ziyarət edib

15:17
20 Yanvar

Prokurorluq əməkdaşları 20 Yanvar şəhidlərinin xatirəsini ehtiramla yad ediblər  

15:15
20 Yanvar

Şəhidlərin xatirəsinə ehtiram

15:14
20 Yanvar

Bakı metrosunda qatarlararası intervalların azaldılması üçün atılacaq addımlar açıqlanıb  

15:05
20 Yanvar

Vüsal Aslanov: Metronun 4 kəsişmə stansiyası olacaq  

15:03
20 Yanvar

Ceyhun Bayramov: Ermənistandan ciddi və əməli addımlar gözləyirik

15:02
20 Yanvar

Xankəndi və Xocalıda 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib 

14:58
20 Yanvar

Ağdam şəhərindəki Şəhidlər xiyabanına yürüş keçirilib 

14:57
20 Yanvar

DTX-nin əməkdaşları Şəhidlər xiyabanını ziyarət ediblər

14:55
20 Yanvar

Sabah hava şəraiti əsasən yağmursuz olacaq

14:55
20 Yanvar

Sədr: 2024-cü ildə 230 milyon sərnişin metrodan istifadə edib

14:53
20 Yanvar

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib  

14:50
20 Yanvar

Din xadimləri Şəhidlər xiyabanını ziyarət ediblər

14:42
20 Yanvar

Səhiyyə Nazirliyinin kollektivi 20 Yanvar şəhidlərinin əziz xatirəsini ehtiramla yad edib

14:41
20 Yanvar

Səfər Qaraqoyunlu: 20 Yanvar qətliamı Can Azərbaycanın müstəqillik əzmini qıra bilmədi

14:40
20 Yanvar

Dövlət Xidmətinin rəhbərliyi Şəhidlər xiyabanını ziyarət edib

14:38
20 Yanvar

Mədəniyyət Nazirliyinin kollektivi 20 Yanvar şəhidlərinin xatirəsini yad edib

14:36
20 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!