18 İyun 2025 08:20
386
SİYASƏT
A- A+
Ermənistan yenə Azərbaycana şər atır

Ermənistan yenə Azərbaycana şər atır


İran-İsrail qarşıdurmasında ən praqmatik mövqeni ölkəmiz sərgiləyir


Müstəqil Azərbaycan xalqı özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək Konstitusiyasını qəbul edərkən ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamağı və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərməyi ali niyyət kimi müəyyən edib. Ölkəmiz başqa dövlətlərlə münasibətlərini hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarında nəzərdə tutulan prinsiplər əsasında qurur və Konstitusiyanın 9-cu maddəsində rəsmən bəyan edilir ki, Azərbaycan Respublikası başqa dövlətlərin müstəqilliyinə qəsd vasitəsi kimi və beynəlxalq münaqişələrin həlli üsulu kimi müharibəni rədd edir.

Milli Məclisin deputatı  Bəhruz Məhərrəmov qəzetimizə açıqlamasında bildirib ki, Azərbaycanla İsrail dövləti arasında çox yüksək səviyyədə siyasi, iqtisadi və müdafiə sənayesi sahəsində münasibətlər var və əlaqələrimiz genişlənməkdədir. O cümlədən Azərbaycan qonşu İran dövləti ilə də xalqlarımızın mənafeyinə cavab verən qarşılıqlı faydalı əməkdaşlıq, mehriban qonşuluq prinsipləri əsasında ikitərəfli normal siyasi, iqtisadi, mədəni münasibətlər yaratmağa müvəffəq olub. Yaxın günlərdə cənab İlham Əliyev ilə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında telefon danışığında birgə səylərlə ölkələrimiz arasında münasibətlərin müxtəlif sahələrdə dinamik surətdə inkişaf edəcəyinə ümidvarlıq bildirilib: "Aydındır ki, hər bir beynəlxalq subyekt kimi, Azərbaycan üçün də hər şeydən daha vacib olan milli maraqlardır. Bu mənada İsrail dövləti tərəfindən İran İslam Respublikasının ərazisinə qarşı həyata keçirilmiş hərbi əməliyyatlardan dərhal sonra Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda da məhz ilk növbədə milli maraqlar və beynəlxalq hüquq rəhbər tutuldu və Bakı proseslərin gedişindən ciddi şəkildə narahatlıq ifadə etdi. Nazirliyin rəsmi açıqlamasında da ifadə olunduğu kimi, ölkəmiz vəziyyətin gərginləşdirilməsini qəti şəkildə pisləyərək, tərəfləri mövcud fikir ayrılıqlarını yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, dialoq və diplomatik yollarla həll etməyə çağırdı", - deyə o deyib. 

Deputat qeyd edib ki, iyunun 14-də  Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə İran xarici işlər naziri Seyid Abbas Ərağçi arasında telefon danışığı zamanı İsrailin İran ərazisinə qarşı başladığı əməliyyat nəticəsində yaranmış vəziyyət müzakirə olunarkən əvvəllər olduğu kimi, yenə də Azərbaycan ərazisinin hər hansı bir ölkə tərəfindən üçüncü ölkəyə, o cümlədən qonşu və dost İrana qarşı istifadə edilməsinin mümkün olmadığı rəsmən vurğulanıb. Bütün bunların fonunda Ermənistanda Azərbaycanın İsrailə dəstək verməsinə dair geniş kampaniya aparılması absurddur və bu, ölkənin hər fürsətdə Azərbaycana qarşı düşmənçilik mövqeyinin göstəricisidir. Eyni zamanda qardaş Türkiyədə bəzi media qurumları və ictimai fiqurların bu kampaniyanın fəal icraçılarına çevrilməsi reallığı da müşahidə olunmaqdadır ki, bu da ciddi təəssüf doğurur. Düzdür, qardaş Türkiyənin hökumət rəsmiləri bu kimi iddialara dair açıq mövqelərini ifadə edirlər, lakin ayrı-ayrı dairələrin böhtan təbliğatından hələ də əl çəkməməsi narahatlıq yaradır.

B.Məhərrəmov vurğulayıb ki, İran-İsrail qarşıdurmasında ən praqmatik, həll-yönümlü və praktik mövqeni məhz Azərbaycan nümayiş etdirir: Azərbaycanın mövqeyi kifayət qədər aydındır, heç vaxt regionda gərginlik yaranmasını istəmir. Prezident İlham Əliyevin Müzəffər Komandanlığında Azərbaycanın hərbi-siyasi qələbəsi ilə regionumuzun ən təhlükəli və uzunmüddətli münaqişəsinə, o cümlədən yeni münaqişə təhdidi kimi çıxış edə biləcək separatizmə son qoyulub. İndiki halda da biz İran-İsrail münaqişəsinin geniş bölgəyə yayılması təhlükəsini nəzərə alaraq, problemin həlli üçün diplomatik səylərin artırılmasının əhəmiyyətini bir daha qeyd edirik.  İyunun 14-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon söhbəti zamanı Prezident İlham Əliyev bu mövqeyi bir daha bəyan edərək İran və İsrail arasında vəziyyətin gərginləşməsi ilə bağlı narahatlıq ifadə edərək gərginliyin tezliklə aradan qaldırılmasının vacibliyini, məsələlərin danışıqlar yolu ilə həllinin önəmini vurğulayıb. Xüsusən nüvə obyektlərinin ətrafında mövcud vəziyyətin narahatlıq doğurduğu bir şəraitdə problemin yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, dialoq və diplomatik yollarla həll edilməsi bütün region üçün zəruridir.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyətinə dair hesabatını təqdim edib

02:22
14 Mart

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə

02:20
14 Mart

"Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 3 mart tarixli 374-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

02:19
14 Mart

Azərbaycan Respublikasının Mülki Məcəlləsində və "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

02:19
14 Mart

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 30 dekabr tarixli 1956 nömrəli Fərmanı ilə təsdiq edilmiş "AYNA" informasiya sistemi haqqında Əsasnamə"də və 2025-ci il 12 avqust tarixli 472 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Elektron Hökumət İnformasiya Sistemi haqqında Əsasnamə"də dəyişiklik edilməsi haqqında 

02:18
14 Mart

“Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 7 mart tarixli 150-VIIQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 14 aprel tarixli 365 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

02:15
14 Mart

“Minatəmizləmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 2024-cü il 13 dekabr tarixli 90-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

02:14
14 Mart

Azərbaycan-Aİ münasibətləri hazırda fəal tərəfdaşlıq mərhələsindədir  

23:18
13 Mart

Xarici ölkə vətəndaşları Azərbaycan vasitəsilə təxliyə olunub  

22:53
13 Mart

Timor-Leste Prezidentinin Azərbaycana səfəri başa çatıb  

22:52
13 Mart

Cem Küçük: Orta Dəhliz Avropa ilə Asiya arasında yeni ticarət xəttini formalaşdırır və Azərbaycanın rolunu artırır  

22:10
13 Mart

Ceyhun Bayramov bu gün Türkiyəyə növbəti raket hücumunu qınayıb

21:19
13 Mart

Formula 1 üzrə Bəhreyn və Səudiyyə Ərəbistanı Qran-priləri ləğv edilib  

20:57
13 Mart

Qəbələdə “Yaşıl marafon” layihəsi çərçivəsində 750-yə yaxın ağac əkilib  

20:28
13 Mart

Siqh Konfransı yekun bəyanat qəbul edib  

20:07
13 Mart

Parlamentdə Nazirlər Kabinetinin hesabatı dinlənilib YENİLƏNİB

19:36
13 Mart

Əmək pensiyasının hesablanma qaydası necədir?  

19:28
13 Mart

Milli Məclisin növbəti iclasında müzakirə olunacaq məsələlər açıqlanıb  

18:59
13 Mart

Ekoloji məsələlər üzrə İşçi qrupun üzvləri Zəngilanda - infrastruktur layihələri və ekoloji tələblər diqqət mərkəzində saxlanılıb 

18:44
13 Mart

Muxtar Babayev: Azərbaycan tərəfi COP31-in təşkilinə hazırlıq mərhələsində Türkiyəyə öz dəstəyini göstərir 

18:39
13 Mart

Baş nazir Əli Əsədov Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri ilə görüşüb  

18:31
13 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!