31 Avqust 2024 15:39
3689
CƏMİYYƏT
A- A+
Ekoloq: Bir ton kağız istehsalı 17 ağacın kəsilməsi deməkdir

Ekoloq: Bir ton kağız istehsalı 17 ağacın kəsilməsi deməkdir

 

Son illər Azərbaycanda ətraf mühitin qorunması istiqamətində əhəmiyyətli addımlar atılıb. Ölkəmizin 2030-cu ilə qədər sosial-iqtisadi inkişafına dair beş milli prioritetdən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” olaraq qeyd olunub. Bu prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində nəhəng layihələr həyata keçirilir. Bundan başqa, dövlət başçısının Sərəncamı ilə iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan olunub. Ancaq ətraf mühitin sağlamlaşdırılması həm də məişət tullantılarının düzgün idarə olunmasından keçir. İnkişaf etmiş ölkələrdə məişət tullantılarının təkrar emalı gəlirli və rentabelli sahəyə çevrilib. Bu sektorun inkişafı minlərlə iş yerinin yaradılmasına, xammal probleminin həllinə səbəb olub.

Bunu AZƏRTAC-a müsahibəsində “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə” İctimai Birliyinin sədri, ekoloq Elman Cəfərli deyib.

Onun sözlərinə görə, kağız tullantılarının düzgün idarəedilməsi daha faydalı nəticələrə səbəb olur: “Ötən əsrin 90-cı illərində, 2000-ci illərin əvvəllərində Bakıda və Abşeronun şəhər və qəsəbələrində məişət tullantılarının idarə olunması sahəsində vəziyyət ağır idi. Tullantılar harada gəldi yandırılırdı. Ancaq 2006-cı ildə il ərzində 100 min ton məişət tullantısı çeşidləyən zavod işə salınandan sonra vəziyyət dəyişdi. Balaxanıda qurulmuş Bərk Məişət Tullantıları Zavodunun fəaliyyəti ətraf mühit və insan sağlamlığına mənfi təsirlərin azaldılması, təbii ehtiyatlar və enerjiyə qənaət, təkrar emal sənayesinin stimullaşdırılması, təkrar emala yararlı və ucuz xammal bazasının formalaşdırılması, son tullantı miqdarının və həcminin azaldılması və yeni iş yerlərinin açılması baxımından mühüm əhəmiyyətə malikdir”.

Ekoloq bildirib ki, kağız tullantılarının çeşidlənməsi və təkrar istehsalı ölkəmiz üçün, həm də qlobal miqyasda böyük əhəmiyyət kəsb edir. “Gündəlik həyatımızda kağızdan demək olar ki, çox istifadə edirik. Təxmini hesablamalara görə, 1 ton kağız istehsalı 17 ağacın kəsilməsi deməkdir. Kağız istehsalı prosesində atmosferə 36 ton karbon qazı atılır, 4 min 100 kilovat elektrik enerjisinin sərf olunur, 267 kiloqram çirkli qaz atmosferə buraxılır. Həmçinin yanacaq kimi 1750 litr neft sərf olunur, 3-4 kvadratmetrlik anbarlama sahəsindən istifadə edilir, 85 kvadratmetr meşə ərazisi məhv edilir, 38,8 ton su sərf olunur. Dünya əhalisi artır, təbii sərvətlərdən istifadə genişlənir. Təbii sərvətlər tükənməz deyil. Təbii sərvətlərin sürətlə tükənməsi perspektivdə ciddi iqtisadi problemlərin yaranacağını anons edir. Bu baxımdan xüsusən kağız sənayesində təkrar emalın stitullaşdırılması çox vacibdir. Təkrar istifadənin məqsədlərindən biri atılmalı olan tullantıların miqdarını azaltmaq və bununla da ətraf mühitin çirklənməsinin qarşısını almaqdır. Torpağın və suyun çirklənməsi öz növbəsində kənd təsərrüfatı məhsullarının çirklənməsinə vəsilə olur. Bu gün kağız tullantıları tullantı poliqonundakı tullantıların 26 faizini təşkil edir. Kağız tullantılarının çirklənmə riski daha çox olduğu üçün məişət tullantılarının çeşidlənməsi zamanı diqqətli olmaq lazımdır. Kağız tullantıları yağ, sürtkü materialları ilə çirklənməməlidir”, - deyə o əlavə edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

17:34
19 Dekabr

Putin: Biz də gələn il sülh içində yaşamaq istərdik  

17:33
19 Dekabr

Energetika naziri Pərviz Şahbazov Zərdabda vətəndaşların müraciətlərini dinləyib  

17:31
19 Dekabr

Azərbaycan yanacağını daşıyan qatar Ermənistana çatıb  

17:28
19 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb  

17:25
19 Dekabr

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!