06 İyul 2025 08:10
1309
SİYASƏT
A- A+
ECO Zirvəsinin Xankəndi gündəliyi 

ECO Zirvəsinin Xankəndi gündəliyi 


Yeni təkliflər, əlavə imkanlar


İki gün öncə  Xankəndi şəhəri İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO)  iqlim dəyişmələrinə həsr olunmuş 17-ci Zirvə görüşünə evsahibliyi etdi. Təşkilata üzv ölkələrin liderlərini və yüksəksəviyyəli nümayəndə heyətlərini bir araya gətirən tədbir təkcə siyasi yöndən deyil, həm də iqtisadi baxımdan böyük əhəmiyyət daşıyır. Müxtəlif sahələrdə əməkdaşlığın dərinləşdirilməsi, ticarət əlaqələrinin genişləndirilməsi və dayanıqlı iqtisadi inkişafın təşviqi kimi mövzuların müzakirə edildiyi Zirvə görüşü Xankəndinin regional inteqrasiyada yeni rolunun formalaşmasında da mühüm addım oldu.

Qeyd edək ki, Zirvə görüşündən əvvəl Azərbaycanın təşəbbüsü ilə ilk dəfə olaraq İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində ECO Həftəsi keçirildi. Bu mühüm hadisə təkcə diplomatik və iqtisadi dairələrdə deyil, həm də ictimaiyyət arasında böyük maraqla qarşılandı. ECO Həftəsində işğaldan azad edilmiş  Şuşa, Ağdam və Laçın yenidən diqqət mərkəzinə gəldi. Şuşada təşkil olunmuş ECO Biznes-Forumu regional iqtisadi əməkdaşlığın yeni üfüqlərini müəyyən edərkən Ağdamda keçirilən Gənclər Forumu gələcəyin liderlərini bir araya gətirdi. Laçında baş tutan Qadınlar Forumu isə xanımların iqtisadi və ictimai həyatda artan rolunu vurğulayan mühüm bir platforma oldu. Zirvə çərçivəsində baş tutan bu forumlar təbii ki, təkcə yerli səviyyədə deyil, həm də beynəlxalq miqyasda iqtisadi canlanmanın göstəricisidir. Burada təqdim olunan layihələr xarici investorların marağını cəlb etməklə yanaşı, işğaldan azad edilmiş ərazilərin iqtisadi reabilitasiyası üçün model rolunu oynayır. Forumlarda iştirak edən nümayəndələr Xankəndidə keçirilən Zirvə görüşündə öz təəssüratlarını bölüşdülər, gördükləri işlər və əldə olunan nəticələrlə bağlı tədbir iştirakçılarına  bilgi verdilər.  

Azərbaycanda üçüncü dəfədir keçirilən ECO Zirvəsi təbii ki, bu dəfə də sıradan bir görüş olmadı. Tədbir  ECO məkanında iqtisadi transformasiyanın, inteqrasiya və inkişafın yol xəritəsini müəyyən edən tarixi hadisə kimi diqqət çəkdi. Yeri gəlmişkən, Azərbaycanın təşəbbüsü ilə gündəmə gətirilən  ECO çərçivəsində "Təmiz enerji  və tədqiqat mərkəzi"nin qurulması istiqamətində görülən işlər ona dəlalət edir ki, yaxın gələcəkdə təşkilat çərçivəsində innovasiya və davamlı inkişafın əsas dayaqları formalaşacaq. Həm regional, həm də qlobal çağırışlara cavab vermək üçün strateji bilik və texnoloji həllərin ünvanı olacaq mərkəz  xüsusilə təmiz  enerji sahəsində əməkdaşlıq, enerji təhlükəsizliyi və "yaşıl iqtisadiyyat" istiqamətində bölgənin rəqabət qabiliyyətini artıracaq.

17-ci ECO Zirvəsi regionun iqtisadi xəritəsində yeni imkanların açılması baxımından mühüm mərhələ idi. Tədbir iştirakçı ölkələr arasında ticarət, investisiya, nəqliyyat-logistika və enerji sahələrində əməkdaşlığın dərinləşdirilməsi istiqamətində real addımların müzakirə edildiyi və konkret təşəbbüslərin ortaya qoyulduğu strateji platformaya çevrildi. ECO-ya üzv ölkələrin ortaq maraqlarını əks etdirən təşəbbüslər regionda dayanıqlı inkişaf, iqtisadi sabitlik və qarşılıqlı asılılığın gücləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır. Bu mənada İlham Əliyevin çıxışında söylədiyi fikirlər  mühüm əhəmiyyət kəsb edir: "Bizim ölkəmizdə çox müsbət sərmayə iqlimi vardır. Son 20 il ərzində Azərbaycan iqtisadiyyatına 350 milyard ABŞ dollarına yaxın sərmayə qoyulmuşdur ki, bunun da yarısı xarici sərmayədir. Bu gün Azərbaycan bir çox ölkənin enerji təhlükəsizliyini təmin edir və müxtəlif qaz boru kəmərləri vasitəsilə 12 ölkəyə təbii qaz ixrac edir. Bu göstəriciyə görə biz dünyada ön sıralardayıq. "Şərq-Qərb" və "Şimal-Cənub" nəqliyyat dəhlizləri Azərbaycan ərazisindən keçir və ECO-ya üzv ölkələrin əksəriyyəti bu dəhlizlərdən istifadə edir".

Zirvə çərçivəsində qəbul olunan sənədlər və liderlərin verdiyi mesajlar regionun iqtisadi gələcəyi ilə bağlı ümumi baxışın formalaşdığını göstərir və sübut edir ki, ECO-nun gələcək fəaliyyətində praktiki nəticələrə yönəlmiş əməkdaşlıq, iqtisadi inteqrasiya və ortaq maraqlar əsasında tərəfdaşlıq prioritetlərdən biri olacaq. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev qeyd olunan məsələ ətrafında, daha doğrusu, təşkilatın gələcək planları haqqında fikirlərini belə ifadə etdi: "Əvvəlcə biz təşkilatımızın orta və uzunmüddətli inkişaf prioritetlərini aydın şəkildə müəyyən etməliyik. Bunun üçün "İqtisadi əməkdaşlığın strateji məqsədləri 2035" adlı konsepsiyanı qəbul etmək zəruridir. Ticarət, sərmayə, nəqliyyat, enerji, sənaye, kənd təsərrüfatı, ekologiya, turizm və təhsil kimi ənənəvi sahələrlə yanaşı, biz həmçinin innovasiya, süni intellekt və rəqəmsal texnologiyalar üzrə əməkdaşlığın gücləndirilməsinə xüsusi diqqət yetirməliyik". Özbəkistanın dövlət başçısı  diqqəti əmtəə və xidmətlərdə ticarətin asanlaşdırılması, texniki və qeyri-tarif maneələrin tədricən aradan qaldırılması, eləcə də  diqqəti elektron ticarətin inkişafına cəlb edərək bu il Daşkənddə ECO-ya üzv dövlətlərin ticarət nazirlərinin toplantısını keçirməyi və Ticarətin Asanlaşdırılması Sazişinin imzalanmasını təklif etdi, "yaşıl dəhliz"lər sistemini yaratmağın vacibliyini vurğuladı.

Ticarətdən nəqliyyata, ətraf mühitdən enerjiyə qədər müxtəlif sahələrdə geniş potensiala malik ECO-nun bu Zirvə görüşü iqlim dəyişmələrinə həsr olunduğu üçün səsləndirilən bütün fikirlərin mərkəzində dayanıqlı inkişaf, ekoloji balansın qorunması və "yaşıl iqtisadiyyat"ın təşviqi dayanırdı. İqlim dəyişmələrinin yaratdığı qlobal təhlükələr fonunda ECO-ya üzv ölkələrin məsələyə vahid mövqedən yanaşması onun ekoloji təhlükəsizlik baxımından nə qədər vacib olduğunu  nümayiş etdirdi. Zirvə çərçivəsində təqdim olunan təşəbbüslər -  təmiz enerji texnologiyalarının tətbiqi, "yaşıl nəqliyyat" şəbəkələrinin yaradılması, tullantıların idarə olunması və su ehtiyatlarının səmərəli istifadəsi kimi məsələlər gələcəkdə bölgənin iqtisadi inkişaf modelinin formalaşmasına zəmin yaradır. Bu da o deməkdir ki, Xankəndi Zirvə görüşü həm iqlim çağırışlarına cavab vermək, həm də onları yeni iqtisadi fürsətə çevirmək yolunda strateji dönüş nöqtəsi kimi tarixə düşdü.


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!