20 Mart 2026 02:12
996
Fərmanlar
A- A+
Dövlət adından yaradılan və dövlət büdcəsindən vəsait alan publik hüquqi şəxslərin əməkhaqqı sisteminin təkmilləşdirilməsi haqqında

Dövlət adından yaradılan və dövlət büdcəsindən vəsait alan publik hüquqi şəxslərin əməkhaqqı sisteminin təkmilləşdirilməsi haqqında


Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, dövlət adından yaradılan və dövlət büdcəsindən vəsait alan publik hüquqi şəxslərin əməkhaqqı sisteminin optimallaşdırılması məqsədilə qərara alıram:

1. Dövlət adından yaradılan və dövlət büdcəsindən vəsait alan publik hüquqi şəxslərin (bundan sonra - publik hüquqi şəxslər) işçilərinin aylıq vəzifə maaşlarının məbləğinin yuxarı həddi aşağıdakı qaydada müəyyən edilsin:

1.1. tabeliyi olmayan publik hüquqi şəxslərdə nəzərdə tutulmuş vəzifələrə münasibətdə "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə uyğun olaraq müəyyən edilmiş digər mərkəzi icra hakimiyyəti orqanlarında analoji (onlara bərabər tutulan) vəzifələr üzrə baza aylıq vəzifə maaşının (birinci ödəniş pilləsi) 90 faizi həcmində;

1.2. dövlət orqanlarının və bu Fərmanın 1.1-ci bəndində göstərilən publik hüquqi şəxslərin tabeliyində yaradılan publik hüquqi şəxslərdə nəzərdə tutulmuş vəzifələrə münasibətdə "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.4-cü maddəsinə uyğun olaraq müəyyən edilmiş digər mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentlikləri və dövlət xidmətlərində analoji (onlara bərabər tutulan) vəzifələr üzrə baza aylıq vəzifə maaşının (birinci ödəniş pilləsi) 90 faizi həcmində;

1.3. bu Fərmanın 1.2-ci bəndində göstərilən publik hüquqi şəxslərin tabeliyində olan publik hüquqi şəxslərdə nəzərdə tutulmuş vəzifələrə (rəhbər və müavin vəzifələri istisna olmaqla) münasibətdə "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.6-cı maddəsinə uyğun olaraq müəyyən edilmiş digər mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentlikləri və dövlət xidmətlərinin yerli bölmələrində analoji (onlara bərabər tutulan) vəzifələr üzrə baza aylıq vəzifə maaşının (birinci ödəniş pilləsi) 90 faizi həcmində.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1.  üç ay müddətində:

2.1.1. bu Fərmanın 1-ci hissəsi nəzərə alınmaqla, Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının təkmilləşdirilməsi ilə bağlı təkliflərini  Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.1.2.  aşağıdakıları müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin:

2.1.2.1. bu Fərmanın 1.3-cü bəndində nəzərdə tutulmuş publik hüquqi şəxslərin rəhbəri və rəhbərinin müavini vəzifələri üçün aylıq əməkhaqqı məbləğini;

2.1.2.2. bu Fərmanın 1-ci hissəsinə uyğun olaraq publik hüquqi şəxslərdə mövcud olan vəzifələrin Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu"nda nəzərdə tutulmuş dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması siyahısını; 

2.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Publik hüquqi şəxslər:

3.1. altı ay müddətində "Dövlət maliyyəsinin səmərəli idarə edilməsinin təşkili ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 25 avqust tarixli 489 nömrəli Fərmanının 3.7-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırmaqla, işçilərinin aylıq vəzifə maaşlarının məbləğinin bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş aylıq vəzifə maaşlarının yuxarı həddi çərçivəsində normativ hüquqi aktlarda nəzərdə tutulmuş qaydada müəyyən edilməsini təmin etsinlər;

3.2. strukturları, əməyin ödənişi fondu, işçilərinin say həddi və onların əməkhaqları barədə məlumatları  Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 25 dekabr tarixli 901 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət adından yaradılmış publik hüquqi şəxslərə dövlət büdcəsi hesabına məqsədli vəsaitlərin ödənilməsi Qaydası"nın 3.2-ci bəndində nəzərdə tutulmuş hesabatlarla birlikdə təqdim etsinlər.  


İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 19 mart 2026-cı il


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ağ Ev: İranla danışıqlar davam edir

22:53
15 Aprel

Ekspert: Rusiya və Azərbaycan qarşılıqlı münasibətlərdə dostluq formatına qayıdıblar  

22:52
15 Aprel

Ərdoğan: Faciəvi hadisələr siyasi polemika mövzusu ola bilməz

22:51
15 Aprel

“Axios”: ABŞ və İran çərçivə sazişinə yaxınlaşırlar

22:49
15 Aprel

Peskov: İranın dinc nüvə energetikasından qeyd-şərtsiz istifadə etmək hüququ olmalıdır

22:47
15 Aprel

Azərbaycanla ABŞ arasında enerji sektorunda əməkdaşlıq üçün geniş perspektivlər var  

22:46
15 Aprel

Nəqliyyat dəhlizlərində yük daşımalarında dəyişiklik: avtomobil daşımaları artıb

20:34
15 Aprel

   Bakı - Tbilisi - Ərzurum kəməri ilə qaz nəqli artıb

20:21
15 Aprel

Türkiyə Daxili İşlər Nazirliyi: Kahramanmaraşda ölənlərin sayı 9-a çatıb – YENİLƏNİB 3

20:17
15 Aprel

Bakıda Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin qərargahı yaradılacaq  

20:15
15 Aprel

Milli Məclisin sədri: Daha bir qlobal tədbirə ev sahibliyi etməsi Azərbaycana olan etimadın növbəti təzahürüdür  

20:14
15 Aprel

Sahibə Qafarova: Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi beynəlxalq rolunu daha da gücləndirib  

20:14
15 Aprel

Dünyada su qıtlığı artır

20:14
15 Aprel

“Abşeron” qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə görülən işlər nəzərdən keçirilib  

20:13
15 Aprel

Azərbaycanda həyata keçirilən prioritet sahələr üzrə təşəbbüslərdə ABŞ şirkətlərinin iştirakı müzakirə olunub  

20:12
15 Aprel

İdeoloji xətt və gələcəyə baxış: YAP-da dövlət siyasətinin prioritetləri mövzusunda müzakirə  

20:11
15 Aprel

Armands Krauze: Şuşa görüşü Latviya ilə Azərbaycan arasında gələcək əməkdaşlıq baxımından çox vacibdir  

20:09
15 Aprel

 Oğuzda sahibkarlıq mühiti müzakirə olundu: yeni imkanlar və inkişaf yolları

20:03
15 Aprel

İranda "ictimai təhlükəsizliyi pozmaq" ittihamı ilə 31 nəfər saxlanılıb

19:54
15 Aprel

Ət yemək insanlarda demensiya riskini azalda bilər

19:43
15 Aprel

Mayelərin bərk maddələr kimi “partlaya” bildiyi aşkarlanıb

19:31
15 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!