25 Aprel 2024 16:31
190
CƏMİYYƏT
A- A+

Dəyişən iqlim şəraitində əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri təşkil olunub  

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Dəyişən iqlim şəraitində əməyin mühafizəsinin təşkili" kampaniyası çərçivəsində növbəti maarifləndirmə tədbirləri Bakı, Gəncə şəhərlərində və Bərdə rayonunda keçirilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, həmin ərazilərdə fəaliyyət göstərən və işçi sayı çox olan işəgötürənlərin iştirakı ilə keçirilən tədbirlərdə nazirliyin və nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşları əməyin mühafizəsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulan standartlar barədə məlumatlar veriblər.

İqlim dəyişikliyi fonunda əməyin mühafizəsinin təmin edilməsi, əməyin mühafizəsi və gigiyenası ilə bağlı norma və qaydalardan, əmək qanunvericiliyindəki son dəyişikliklərdən bəhs olunub.

Həmçinin iştirakçılar əməyin təhlükəsizliyi sahəsində işəgötürənlərə fəal metodiki dəstək məqsədinə xidmət edən Əməyin Mühafizəsi Mərkəzinin fəaliyyəti barədə də ətraflı məlumatlandırılıb.

Maarifləndirmə tədbirlərinin keçirilməsində məqsəd işəgötürənlərin qeyd olunan mövzuda məlumatlılığının, əməyin mühafizəsi və təhlükəsizliyi sahəsində bilik və bacarıqlarının artırılmasıdır.
 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video