06 Aprel 2024 08:00
1927
SİYASƏT
A- A+
“Dəmir yumruq" Qafqazda yeganə gücdür

“Dəmir yumruq" Qafqazda yeganə gücdür

 

Brüssel görüşündə bölgə üçün növbəti təhlükə mənbəyi  yaratmağa cəhd edənlər bu ali həqiqəti unutmamalıdırlar

 

Dünən Brüsseldə keçirilən ABŞ-Aİ-Ermənistan görüşünün "nəticəsi" açıqlandı. Həm ABŞ, həm də Avropa İttifaqı Hayastana yalnız maliyyə və informasiya dəstəyinin veriləcəyini bəyan etdi.  
Aİ 4 il ərzində Ermənistana 270 milyon avro qrant, Birləşmiş Ştatlar isə 65 milyon dollardan çox yardım edəcək. Amma ABŞ dövlət katibi Entoni Blinken, Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen və Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Cozep Borel mətbuat qarşısında çıxışlarında Ermənistana "təhlükəsizlik təminatı" və ya hərbi yardım veriləcəyi barədə heç nə demədilər... 

 

Sönük görüşün pərdəarxası

 

Təbii ki, görüşdə hər iki məsələ də müzakirə edilib, ancaq mövzu qapalı dairədə aparıldığı üçün açıqlanması lazım bilinməyib. Çünki görüşdən öncə hərbi komponentlərin müzakirəsi istisna edilmirdi. Görüşdən sonra bu barədə heç bir məlumatın verilməməsi ilə guya Azərbaycanın təzyiqi nəticəsində bu məsələlərin gündəmdən çıxarılması görüntüsü yaratdılar. Yəni ABŞ və Aİ Azərbaycanı guya əmin etmək istədilər ki, Ermənistanla bağlı həyata keçirilməsi nəzərdə tutulan tədbirlər ölkəmizə qarşı yönəlməyib. Amma bu iddiaların Azərbaycanı qane etməməsi üçün ciddi əsaslar var. 
Düzdür, görüş Ermənistanın təqdim etdiyi kimi ajiotaj yaratmadan, çox sönük keçdi. Lakin tərəflərin səsləndirdikləri bəzi fikirlərin subliminal mesajları Azərbaycan tərəfindən öncədən qeyd edilənlərin təsdiqi oldu. 
Görüşün keçirildiyi günə qədər müzakirə edilən və söylənilən fikirlərin mütləq əksəriyyəti ABŞ və Avropa İttifaqının Ermənistan vasitəsi ilə regionda Rusiyaya qarşı "ikinci cəbhə" açması fonunda idi. Elə bu da təsdiqini tapdı. Ermənistan mətbuatının yaydığı məlumatlara əsasən, Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen görüşdə Nikol Paşinyana xitabən deyib ki, "Biz sizin Rusiyaya qarşı sanksiyaların saxlanması üzrə səylərinizi yüksək qiymətləndiririk, bu, xüsusilə öldürücü silahların Rusiyanın əlinə keçməməsini təmin edəcək". Bu, bir daha təsdiq edir ki, ABŞ və Avropa İttifaqı konkret olaraq Ermənistanı himayəsi altına alaraq bu ölkə vasitəsi ilə regionda Rusiya-Qərb qarşıdurmasında yeni cəbhə açmaq planı hazırlayır. Bu da əlbəttə ki, həm Cənubi Qafqazda sülhə təhdiddir, həm də ABŞ və Avropa İttifaqının geopolitik maraqları naminə regionu yenidən hərbi fəlakətlərə sürükləmək, yeni bastion və gərginlik mənbəyi yaratmaq cəhdidir.  
Bu fakt İlham Əliyevin söylədiyi fikirlərin təsdiqidir. Azərbaycan Prezidenti keçirdiyi görüşlərdə bu məkrli planları ifşa edirdi. Elə dünən də Türkiyənin sabiq xarici işlər naziri, Türkiyə Böyük Millət Məclisinin deputatı və NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu ilə görüşündə də İlham Əliyev həmin fikirləri bir daha səsləndirərək dedi ki, hazırda dünyada, o cümlədən Cənubi Qafqazda proseslər çox təhlükəli istiqamətdə gedir və bununla bağlı Azərbaycan haqlı olaraq öz narahatlığını ifadə edir. Belə ki, Cənubi Qafqaz üçün cızılan plan gələcəkdə böyük fəlakətə gətirə bilər. 
Əlbəttə ki, ABŞ və Qərbin regionda növbəti təhlükə mənbəyi yaratmaq cəhdləri Azərbaycanın da maraqlarına ziddir və bölgədə sülhün təminatına birbaşa təhdiddir.

 

Avropa Komissiyasının prezidentinin gülüş doğuran fikirləri

 

Ermənistan mətbuatının yaydığı digər bir məlumata əsasən deyə bilərik ki, Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen görüşdə gülüş doğuran fikirlər səsləndirib. Belə ki, diplomat Ermənistanın Qara dənizdən sualtı kabel vasitəsilə Avropaya enerji nəqlində maraqlı olduqlarını söyləyərək "Biz Ermənistanın "yaşıl enerji" istehsalına və Gürcüstanla daha yaxşı əlaqələnməsinə dəstək verəcəyik... Avropaya təmiz bərpa olunan enerji gətirə biləcək Qara dəniz kabeli kimi mühüm infrastruktur layihələrinə investisiyalarımız olacaq". 
Maraqlıdır, görəsən, Avropa Komissiyasının prezidentinə bəlli deyilmi ki, bu layihənin təşəbbüskası  İlham Əliyevdir?! Azərbaycanın reallaşdırdığı bu layihə Avropa və Qafqaz regionunda enerji təhlükəsizliyini gücləndirmək, bərpaolunan enerji sektorunu inkişaf etdirmək və tranzit imkanlarını artırmaq məqsədi daşıyır. 
Yəni Avropaya "yaşıl enerji"nin nəqli ideyası İlham Əliyevə məxsusdur və bununa bağlı Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi ilə bağlı Strateji Tərəfdaşlıq sazişi də imzalanıb. Bu sənəd Azərbaycan və Rumıniya arasında "yaşıl enerji"nin ötürülməsi məqsədilə Gürcüstan və Qara dənizdən keçəcək sualtı elektrik enerjisi kabelinin çəkilməsi layihəsinin reallaşdırılmasını təmin edəcək. Ermənistan bu layihəyə qoşulmaq üçün mütləq şəkildə Azərbaycanla sülh sazişi imzalamalıdır. Əks təqdirdə Ermənistan bu imkandan da məhrum olacaq.   

 

ABŞ və Aİ-nin regionda sülh istəmədikləri təsdiqini tapdı

 

Bu görüş bir daha onu da təsdiqlədi ki, Qərb Cənubi Qafqazda yaranmış yeni  status-kvonu qəbul etmək istəmir və Azərbaycana qarşı əks-strategiya gerçəkləşdirməyə çalışır. Çünki Entoni Blinken, Ursula fon der Lyayen və Cozep Borelin görüşlə bağlı mətbuat qarşısında etdikləri çıxışlarında Ermənistanın Azərbaycanla sülh sazişi imzalamasının vacibliyi barədə heç nə demədilər. Bəlli oldu ki, görüşdə bu barədə ümumiyyətlə, söhbət getməyib. Bu da əlbəttə ki, günlərdir Azərbaycan tərəfindən səsləndirilən həqiqətlərin təsdiqi oldu. 
Fakt budur ki, İkinci Qarabağ müharibəsindən və Azərbaycanın öz ərazilərində keçirdiyi antiterror tədbirlərindən sonra ölkəmizə edilən təzyiqlər gündən-günə artır. Azərbaycan torpaqları 30 il işğal altında olarkən susan beynəlxalq qurumlar, qəbul etdikləri qətnamələrin icrasını təmin edə bilməyən təşkilatlar indi təhqirlə dolu çirkin sənədlər qəbul edirlər. AŞPA-dakı nümayəndə heyətimiz səsvermə hüququndan məhrum edildi. Ermənistan Fransanın maliyyəsi ilə silahlandırılır. Bütün bunlar faktlardır və İlham Əliyevin söylədiyi kimi çox mənfi fəsadlara gətirə biləcək addımlardır.
Dünən Mövlud Çavuşoğlu ilə görüşündə İlham Əliyev bir daha bu məsələyə toxunaraq  bildirdi ki, Cənubi Qafqaz üçün növbəti təhlükə mənbəyi yaradılır. Halbuki son günlər həm ABŞ-nin, həm də Avropa İttifaqının yüksəkvəzifəli şəxsləri onların təşəbbüsü ilə baş tutan telefon danışıqları əsnasında bu görüşün Azərbaycanın əleyhinə olmadığını inandırmağa çalışıblar. Ancaq Prezidentin də dediyi kimi bütün ölkə ictimaiyyəti yaxşı bilir ki, bu tipli görüşlər Azərbaycanın və Cənubi Qafqazda iş birliyinin əleyhinədir. 
Əlbəttə ki, bu, ayırıcı xətlərin yaradılması və ölkəmizi təcrid etmək məqsədi güdür. Bu, həm də onu deməyə əsas verir ki, Ermənistanın silahlı forpost kimi formalaşdırılması cəhdləri gələcəkdə çox böyük fəsadlar törədəcək. 
Amma bütün bunların fonunda ABŞ və Qərb bilməlidir ki, bu oyunların sonu Ermənistanın suriyalaşdırılmasına və son nəticədə parçalanmasına gətirib çıxaracaq. Elə, Brüssel görüşü başa çatandan dərhal sonra İrəvanda başlayan kütləvi etirazlar da  bundan xəbər verir və həmin prosesin başlanğıcıdır.

Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Vyanada təyyarə qəzası qurbanlarının xatirəsi anılır  

23:16
26 Dekabr

Zalsburq Azərbaycan Evində təyyarə qəzası ilə əlaqədar xatirə guşəsi yaradılıb  

22:38
26 Dekabr

Azərbaycanın Küveytdəki səfirliyində matəm günü ilə bağlı xatirə kitabı açılıb  

21:36
26 Dekabr

Aktau yaxınlığında təyyarənin qəzaya uğradığı yerdə ikinci “qara qutu” tapılıb

21:33
26 Dekabr

“Embraer 190” təyyarə qəzasında həlak olanlardan dördünün nəşi Aktaudan Bakıya gətirilib VİDEO  

21:08
26 Dekabr

AZAL: Təyyarə qəzasında həlak olanların hər birinin ailəsinə 40 min manat kompensasiya ödəniləcək VİDEO  

21:05
26 Dekabr

Bakı-Qroznı reysi ilə uçan təyyarənin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsi Rumıniyada ehtiramla anılır  

21:02
26 Dekabr

Azərbaycanın ABŞ-dakı səfirliyində xatirə kitabı açılıb  

20:58
26 Dekabr

Təyyarə qəzası nəticəsində həlak olanların xatirəsi Gürcüstanda ehtiramla anılıb  

20:44
26 Dekabr

Aktauda qəzaya uğramış təyyarədən sağ çıxan sərnişin stüardessanın şücaətindən danışıb  

20:38
26 Dekabr

Səhiyyə nazirinin müavini: Üç nəfər ağır vəziyyətdə olan yaralının müalicəsi Aktau şəhərində davam edir

20:27
26 Dekabr

Tacikistanın xarici işlər naziri Azərbaycan səfirliyinə gedərək başsağlığı verib  

20:16
26 Dekabr

Təyyarə qəzasında həlak olan 4 nəfərin nəşi bu gün Bakıya gətiriləcək 

20:05
26 Dekabr

Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Sisoku Embalodan  

19:56
26 Dekabr

Təyyarə qəzası ilə əlaqədar Milli Məclisin ünvanına çoxsaylı başsağlıqları gəlib  

19:36
26 Dekabr

Azərbaycanın Batumidəki baş konsulluğunda xatirə kitabı açılıb  

19:35
26 Dekabr

Təyyarə qəzası nəticəsində xəsarət almış vətəndaşlar Bakıya gətirilib

19:33
26 Dekabr

Beynəlxalq ictimaiyyətdən Azərbaycana başsağlığı mesajları gəlməkdə davam edir YENİLƏNİB  

19:28
26 Dekabr

Azərbaycanın İtaliyadakı səfirliyində matəm günü ilə bağlı xatirə kitabı açılıb

19:21
26 Dekabr

Aktau yaxınlığında baş verən təyyarə qəzasında həlak olan daha 10 nəfərin şəxsiyyəti müəyyənləşib  

19:20
26 Dekabr

Beynəlxalq axtarışa verilmiş daha iki şəxs Azərbaycana gətirilib  

19:06
26 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!