03 Aprel 2025 15:57
334
CƏMİYYƏT
A- A+
COP29 sədrliyi Səmərqənddə keçiriləcək beynəlxalq iqlim forumunda iştirak edəcək

COP29 sədrliyi Səmərqənddə keçiriləcək beynəlxalq iqlim forumunda iştirak edəcək

Aprelin 4-5-də Özbəkistanın Səmərqənd şəhərində dünya liderlərini, siyasətçiləri, ekspertləri və fəalları Mərkəzi Asiya və bütün dünyanın üzləşdiyi mövcud iqlim problemlərini müzakirə etmək üçün bir araya gətirəcək birinci Səmərqənd Beynəlxalq İqlim Forumu keçiriləcək.

AZƏRTAC xəbər verir ki, tədbirdə ölkəmizi Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi, COP29-un sədri Muxtar Babayev təmsil edəcək.

“Mərkəzi Asiya Qlobal İqlim Problemləri ilə üzləşir: Ümumi Rifah üçün Konsolidasiya” mövzusunda keçiriləcək forum ekoloji davamlılıq, yaşıl iqtisadi inkişaf və iqlimə davamlılıq üzrə dialoqun təşviqi üçün yüksəksəviyyəli platformaya çevriləcək.

Forumda əsas diqqət regional və beynəlxalq əməkdaşlığa yönəlib. İqlim Forumu bərpaolunan enerjinin inkişafı, inteqrasiya olunmuş su ehtiyatlarının idarə edilməsi, biomüxtəlifliyin qorunması və davamlı şəhər inkişafı kimi əsas sahələr üzrə ekspert panelləri, plenar sessiyalar və siyasi dialoqları təklif edəcək.

Forumda Azərbaycanda daxil olmaqla, Mərkəzi Asiya ölkələrinin, o cümlədən Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistanın liderləri ilə yanaşı, Avropa İttifaqı, BMT, beynəlxalq maliyyə institutları və aparıcı ekoloji təşkilatların nümayəndələrinin iştirakı gözlənilir. Belə geniş təmsilçilik regionun yaşıl transformasiyası və davamlı inkişafı üçün ümumi mövqeyini nümayiş etdirir.

Forumun əsas nəticəsi kimi Səmərqənd Forumunun yekun sənədinin - Yaşıl İnkişafın Regional Konsepsiyasının təqdimatı olacaq ki, bu da iqlim dəyişikliyi sahəsində Mərkəzi Asiya ölkələri üçün vahid regional baxışın formalaşdırılmasına zəmin yaradacaq. Bu sənəd aparıcı beynəlxalq təşkilatların regionda ekoloji problemlərin həllinə yanaşmalarını əks etdirəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

TDT üzvləri arasında rəqəmsal iqtisadiyyat üzrə tərəfdaşlıq Sazişi təsdiqlənib QANUN

11:29
14 Aprel

Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənova

11:27
14 Aprel

Dövlət Xidmətinin hərbi qulluqçularına medallar təqdim olunub

11:26
14 Aprel

Baş prokuror: Xankəndidə hüquq ixtisasının təşkili strateji əhəmiyyət daşıyır

11:26
14 Aprel

Bu gün görkəmli ictimai-siyasi xadim və yazıçı Nəriman Nərimanovun doğum günüdür

11:24
14 Aprel

Kamran Əliyev: Heydər Əliyev suveren və hüquqi dövlət quruculuğunun memarıdır

11:23
14 Aprel

Dünya birjalarında neft bahalaşıb

11:22
14 Aprel

Təyyarə qəzasında həlak olan ekipaj heyəti və sərnişinlərin xatirəsi əbədiləşdirilib  

11:19
14 Aprel

DİN: Ötən iki gündə vətəndaşların bank kartlarından 41 min manat oğurlanıb

10:34
14 Aprel

Nobel mükafatı laureatı Mario Varqas Lyosa vəfat edib

10:33
14 Aprel

Prezident İlham Əliyev Beynəlxalq Əmək Təşkilatının Baş direktorunu qəbul edib YENİLƏNƏCƏK

10:16
14 Aprel

DSX: PUA ilə ölkə ərazisinə narkotik vasitənin keçirilməsinin qarşısı alınıb

09:36
14 Aprel

Xankəndidə “Heydər Əliyev və Suveren Azərbaycan” mövzusunda konfrans keçirilir  

09:34
14 Aprel

Zelenski Trampı Ukraynaya dəvət edib

09:32
14 Aprel

Gəncədə yəhudilərin Pesax bayramı qeyd olunub

22:11
13 Aprel

Azərbaycanın iki güləşçisi Avropa çempionu olub  

20:59
13 Aprel

Gimnaziada uğurla çıxış etmiş Azərbaycan idmançıları Vətənə qayıdıblar  

20:27
13 Aprel

Hulusi Akar: Kayseri ilə Şuşa şəhərləri arasında olan münasibətlər bizi qürurlandırır  

19:42
13 Aprel

Leyla Əliyevanın təşəbbüsü ilə şəhər yaşıllıqlarının inventarlaşdırılması üzrə layihənin növbəti mərhələsinə start verilib  

19:09
13 Aprel

Türkiyənin Kayseri şəhərinin nümayəndə heyəti Şuşaya səfər edib

18:59
13 Aprel

Şəhid polkovnik-leytenant Murad Mirzəyevin xatirəsi anılıb

18:47
13 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!