24 Aprel 2024 23:41
197
SİYASƏT
A- A+

COP29 Sədrliyi ölkə pavilyonlarının təşkili üzrə müraciətlərin qəbuluna başlayıb

 

COP29 Azərbaycan Əməliyyat Şirkəti 2024-cü ilin noyabr ayında Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında iştirak edəcək tərəflərin pavilyonlar üzrə rəsmi müraciətlərinin qəbuluna başlayıb.

Bu barədə AZƏRTAC-a COP29 Azərbaycan Əməliyyat Şirkətindən məlumat verilib.

Məlum olduğu kimi, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası bu ilin noyabr ayında Azərbaycanda keçiriləcək. Konfransa hazırlıq prosesində Çərçivə Konvensiyasına daxil olan tərəflərin - 197 üzv dövlət və Avropa İttifaqı olmaqla, 198 nümayəndə heyətinin ölkə pavilyonları və ofis məkanlarının təşkili vacib əhəmiyyət kəsb edir.

Əməliyyat Şirkəti Konfrans məkanının “Göy zonasında” yer alan ölkə pavilyonlarının qurulması üzrə ilkin müraciətlə çıxış edən maraqlı tərəflərin istəklərinin tam təfərrüatlı qəbulu və tərəflərin iştirakının yüksək səviyyədə təmin edilməsinə xidmət edən müvafiq proseduru artıq hazırlayıb beynəlxalq ictimaiyyətin diqqətinə təqdim edibdir.

COP tədbirlərində geniş təcrübəyə sahib olan “Orientations.events” şirkəti vahid prosesin təşkili və icrası üzrə tərəfdaş seçilib. Ölkələrin iştirakını asanlaşdırmaq üçün rəqəmsal platforma olan “COP29 nümayəndəlik xidmətləri portalı” maraqlı tərəflərin istifadəsi üçün təqdim edilib. Portal nümayəndə heyətlərinə COP29-da iştirak üçün maraqlarını ifadə etməyə və onların Göy Zonada iştirakçılığı ərəfəsində bütün zəruri əlavə xidmətləri seçməyə imkan verir.

Xatırladaq ki, bu ilin noyabr ayında Bakı Stadionu COP29 Konfransı və eləcə də Yaşıl Zona proqramı və tədbirləri üçün vahid məkan kimi xidmət edən beynəlxalq arenaya çevriləcək. BMT-nin təşkilatçı qrupu ilə birgə Stadionun ərazisini COP29-un Göy və Yaşıl Zonalarına ayıran müfəssəl plan tamamlanma mərhələsindədir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video