12 Noyabr 2024 08:25
315
CƏMİYYƏT
A- A+
COP29-dan qlobal gözləntilər çox yüksəkdir

COP29-dan qlobal gözləntilər çox yüksəkdir


İndiyədək ölkəmiz bir çox beynəlxalq tədbirə evsahibliyi edib və onların hər birinin öhdəsindən layiqincə gəlib. Bunu Azərbaycanda keçirilən Avropa Oyunları, Avroviziya, İslam Həmrəyliyi Oyunları, Formula-1 kimi tədbirlərin müxtəlif ölkələrdən gəlmiş iştirakçıları məmnunluq və minnətdarlıq hissləri ilə, söylədikləri xoş sözlərlə təsdiq ediblər.

Dünən - noyabrın 11-də isə ölkəmizin paytaxtında dünyada ən böyük, ən mötəbər tədbirlərdən biri olan Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) start verildi. Bakı şəhəri on minlərlə xarici qonağı qarşıladı. Beynəlxalq tədbirin davam etdiyi iki həftə ərzində Bakı dünyanın mərkəzi olacaq.

Diqqətə çatdıraq ki, iqlim dəyişikliyi ilə mübarizədə COP çox vacib və dünyanın ən əhəmiyyətli tədbirlərindən biridir. COP BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ci ilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitində imzalanmış 198 ölkəni əhatə edən sazişdir. Azərbaycan bu böyük tədbirə ötən il yekdil qərarla ev sahibi seçilib.

Bakı Dövlət Universitetinin kafedra müdiri, hüquq üzrə elmlər doktoru, professor Alış Qasımov qeyd edib ki, bu gün ölkəmiz yalnız regionun deyil, eləcə də dünyanın ən güclü dövlətlərindən biridir: "2020-ci ilin 27 sentyabrında başlayan qırx dörd günlük Vətən müharibəsində böyük Zəfər qazanan və 2023-cü ilin sentyabrında birgünlük lokal xarakterli antiterror əməliyyatlarında ərazi bütövlüyünü, suverenliyini tam bərpa edən Azərbaycan yeni uğurlara imza atır. Ölkəmiz bütün sahələrdə inkişaf edir. Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində Azərbaycan dünyada öz sözünü deməkdədir". Alış Qasımov vurğulayıb ki, ölkəmizə növbəti dəfə və daha genişmiqyaslı beynəlxalq tədbirə - Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) evsahibliyi etimadının göstərilməsi də məhz son illər Azərbaycanın gündən-günə yüksələn nüfuzunun, nail olduğu uğurların bariz nümunəsi, parlaq təzahürüdür. 

COP29-a evsahibliyi ölkəmizin "yaşıl iqtisadiyyat"a keçid strategiyasının məntiqi davamı kimi də dəyərləndirilə bilər. A.Qasımov nəzərə çatdırıb ki, 2024-cü il Azərbaycanda bu missiyaya uyğun olaraq "Yaşıl dünya naminə həmrəylik ili" elan edilib. "Azərbaycan "yaşıl enerji" iqtisadiyyatına verdiyi əhəmiyyəti əməli fəaliyyətləri ilə sübut edir. Ölkəmizin 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəfləməsini buna misal göstərə bilərik", - deyə professor bildirib.

Müsahibimiz bir əhəmiyyətli məqamı da vurğuladı ki, ölkəmizdə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) geniş hazırlıq işləri həyata keçirilib. Alış Qasımov tədbirin çox yüksək səviyyədə təşkil olunduğunu, bütün detalların nəzərə alındığını COP-29-a qatılmaq üçün gələn içtirakçıların da məmnuniyyətlə qeyd etdiklərini deyib.

Noyabrın 22-dək davam edəcək COP29-dan gözləntilər barədə danışan professor vurğulayıb ki, beynəlxalq tədbirdə dünyanı təhdid edən təhlükələr, ekoloji fəlakətlər, qlobal problemlər, həmçinin onlardan xilas yolları və bir çox mühüm məsələ müzakirə olunacaq, çıxış yolları aranacaq: "Ümumiyyətlə, COP29-dan qlobal gözləntilər çox yüksəkdir. Əsas gözləntilərə bərpaolunan enerjiyə keçidi sürətləndirmək üçün konkret tədbirlər, öhdəliklər, inkişaf etməkdə olan ölkələr üçün iqlimin maliyyələşdirilməsinin gücləndirilməsi, emissiyaların azaldılması üçün yürüdülən siyasət və digər vacib məsələlər daxildir. Dünyaya mühüm mesajlar COP29 günlərində bizim ölkəmizdən veriləcək".


Zöhrə FƏRƏCOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Təyyarə qəzasında həlak olanların xatirəsi Gəncədə də anılıb  

13:51
26 Dekabr

Aktauda baş verən qəzada vəfat edən sərnişinlərin və ekipaj üzvlərinin siyahısı açıqlanıb  

13:47
26 Dekabr

Azərbaycan və Qazaxıstanın Baş nazirləri arasında növbəti telefon danışığı olub  

13:40
26 Dekabr

Türkiyənin baş konsulu: Azərbaycana və Qazaxıstana istənilən köməyə hazırıq  

13:32
26 Dekabr

Təyyarə qəzasında həlak olan Anar Babayevin qardaşı: Onunla son danışığımızı həmişə xatırlayacam  

13:31
26 Dekabr

Baş konsul: Təyyarə qəzasında həlak olanların kimliyi müəyyənləşdirilir  

13:22
26 Dekabr

Sabah Azərbaycanın bəzi yerlərində fasilələrlə yağış yağacaq  

13:03
26 Dekabr

Azərbaycan Ordusunda Aktauda təyyarə qəzasında həlak olanların xatirəsi yad edilib  

12:49
26 Dekabr

Azərbaycanın Aktaudakı baş konsulluğunda anım tədbiri keçirilib

12:45
26 Dekabr

Rusiya FHN-ə məxsus “İl-76” Aktauda təyyarə qəzasında sağ qalan rusiyalıları Moskvaya çatdırıb  

12:40
26 Dekabr

Özbəkistanın xarici işlər naziri azərbaycanlı həmkarına başsağlığı verib

12:36
26 Dekabr

Samir Rzayev: Hadisənin başvermə səbəbləri ilə bağlı araşdırmalar davam edir  

12:29
26 Dekabr

Qazaxıstanın Baş naziri təyyarə qəzası ilə əlaqədar Azərbaycan Astanadakı səfirliyində olub  

12:26
26 Dekabr

Təyyarə qəzasında həlak olanların xatirəsi Naxçıvanda anılıb  

12:22
26 Dekabr

Özbəkistanın xarici işlər naziri azərbaycanlı həmkarına başsağlığı verib  

12:09
26 Dekabr

Sükut dəqiqəsi  

12:01
26 Dekabr

Azərbaycanın və Qazaxıstanın xarici işlər nazirləri arasında telefon danışığı olub  

11:40
26 Dekabr

Aktauda AZAL-ın təyyarəsinin qəzaya uğramasını araşdıran komissiya işləyir  

11:28
26 Dekabr

Beynəlxalq ictimaiyyətdən Azərbaycana başsağlığı mesajları gəlməkdə davam edir YENİLƏNİR  

11:16
26 Dekabr

Təyyarə qəzası ilə əlaqədar ombudsmanların işçi qrupunun fəaliyyəti davam edir  

11:07
26 Dekabr

FHN-in həkimi: Təyyarə qəzası nəticəsində xəsarət alan sərnişinlərdən üçünün vəziyyəti ağır qimətləndirilir  

10:48
26 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!