17 Oktyabr 2025 09:30
5017
Elm və texnika
A- A+
Çirkli hava sağlamlığa təhdiddir

Çirkli hava sağlamlığa təhdiddir


İnsanın həyat üçün ən çox ehtiyac duyduğu üç əsas nemətdən biri havadır. Onsuz həyat yalnız bir neçə dəqiqə davam edə bilər. Təəssüf ki, bu gün bəşəriyyət həyat üçün vacib olan bu neməti - havanı hər keçən gün daha çox zəhərləyir. 

XXI əsr texnologiya və inkişaf dövrü adlansa da, bu tərəqqinin bədəli bəzən çox ağır olur. Sənaye müəssisələri, avtomobil tüstüləri, tullantı qazları, yandırılan zibillər və ekologiyaya zərər  vuran həyat tərzi nəticəsində havanın tərkibi dəyişir, onun hər kubmetri ilə bədənimizə, qanımıza, hüceyrələrimizə zərərli maddələr daxil olur.

Hava çirkliliyi təkcə ekoloji deyil, həm də sosial və sağlamlıq problemidir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər il dünyada 7 milyondan çox insan məhz çirkli havanın səbəb olduğu xəstəliklərdən - ağciyər xərçəngi, astma, ürək-damar və tənəffüs problemlərindən həyatını itirir. Çirklənmə təkcə böyük şəhərlərdə deyil, rayon və kəndlərdə də təsirini göstərir. Atmosferdəki zəhərli qazlar torpağa, bitkilərə, suya hopur, bumeranq kimi insana qayıdır.

Mütəxəssislər bildirirlər ki, ətraf mühit faktorları sağlamlığa düşünüldüyündən daha böyük təhlükə yaradır. Ekoloji cəhətdən zərərli havaya qısamüddətli məruz qalmaq belə, xüsusilə yaşlılarda və mövcud sağlamlıq problemləri olan insanlarda infarkt, iflic, ritm pozğunluğu və ürək çatışmazlığı riskini artırır. Çində sənaye çirklənməsi, sıx nəqliyyat və kömür istifadəsi səbəbindən hər il milyonlarla insan ürək-damar xəstəliklərindən ölür. Dünyada ən yüksək hava çirkliliyinə sahib olan Hindistanda bərk yanacaq istifadəsi həm də daxili və açıq havanın çirklənməsinə səbəb olur ki, bu da yüksək infarkt və insult riski yaradır. Hava keyfiyyətinin dünya standartlarından xeyli aşağı olduğu ölkələrdə sənaye və nəqliyyatdan gələn çirkli duman ürək-damar xəstəliklərinin artmasına səbəb olur. Məsələn, Nigeriyada son 20 ildə nəqliyyat və yanacaq keyfiyyətinin aşağı olması səbəbindən havanın çirklənməsi iki dəfə artıb. Bununla bağlı ürək xəstəlikləri də çoxalır. Hava çirkliliyi həddini aşmış Misirdə nəqliyyat, sənaye və səhra tozundan qaynaqlanan ürək-damar xəstəlikləri əsas ölüm səbəblərindəndir. Deməli, ətraf mühiti qorumaq bilavasitə ürəyimizi qorumaq deməkdir.

Mütəxəssislər vurğulayırlar ki, hava çirkliliyinin xüsusilə hamilə qadınlar və körpələr kimi həssas qruplar üzərində ciddi mənfi təsirləri var. Beynin inkişafı üçün mühüm olan dövrdə - hamiləliyin son aylarında çirkli havaya məruz qalan körpələr əksər hallarda vaxtından əvvəl doğulur, doğuşdan sonra yavaş inkişaf edir və məktəb yaşına çatdıqda diqqət əskikliyi və autizm riskləri artır. 

Havanın keyfiyyəti təkcə insan sağlamlığına deyil, həm də idrak fəaliyyətinə birbaşa təsir göstərir. UNICEF-in cari ildə açıqladığı "Təzyiq altında: İqlim dəyişikliyinin Şərqi Asiya və Sakit okean regionunda təhsilə təsiri" (Under Pressure: The Impacts of Climate Change on Education in the East Asia and Pacific Region) adlı hesabatına görə, son illərdə ABŞ, Çin, Monqolustan və digər ölkələrdə aparılan genişmiqyaslı elmi-tədqiqatlar bu təsirin təhsil nəticələrində də özünü göstərdiyini sübut edib.

Araşdırmalara əsasən, hava çirkliliyinin səviyyəsi artdıqca şagirdlərin akademik göstəriciləri də aşağı düşür. Bu fakt təhsil prosesində ekoloji amillərin nəzərə alınmasının vacibliyini bir daha önə çəkir. Çinin müxtəlif şəhərlərində aparılan çoxsaylı tədqiqatlar göstərir ki, yüksək hava çirkliliyi günlərində şagirdlərin test balları nəzərəçarpacaq dərəcədə aşağı düşür. Pekin Universitetinin 2019-cu ildə apardığı bir araşdırma 20 minə yaxın şagirdin göstəricilərini təhlil edib və maraqlı nəticəyə gəlib. Müəyyən olunub ki, hava keyfiyyəti indeksi (AQI) hər 10 vahid artdıqda test nəticələri orta hesabla 0,4 faiz azalır.

Tədqiqatçılar bunu həm fizioloji, həm də psixoloji amillərlə əlaqələndirirlər. Çirkli hava tənəffüsü çətinləşdirir, beyinə oksigen axınını azaldır, diqqət və yaddaşı zəiflədir. Hər şey bir gün içində hiss olunmasa da, uzunmüddətli təsir nəticəsində öyrənmə qabiliyyəti aşağı düşür. Maraqlıdır ki, bu təsir yalnız zəif deyil, yüksək nəticə göstərən şagirdlərdə də müşahidə olunur.

Monqolustanın paytaxtı Ulan-Batorda aparılan araşdırma isə vəziyyətin daha ağır tərəfini göstərir. Qış aylarında havada toz hissəciklərinin normadan 10-12 dəfə çox olması səbəbindən bəzi məktəblərdə dərs günlərinin 15-20 faizi ləğv olunur. 2022-ci ildə Monqolustan Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilən tədqiqatda orta məktəb şagirdlərinin akademik irəliləyişi ilə hava keyfiyyəti arasında birbaşa mənfi əlaqə təsdiqlənib. Araşdırma göstərib ki, çirklənmiş bölgələrdə oxuyan uşaqların riyaziyyat və oxu üzrə nəticələri təmiz bölgələrdəki yaşıdlarından 15-20 faiz aşağıdır.

Bu, təkcə sağlamlıq deyil, həm də sosial məsələdir. Çirkli hava məktəbə davamiyyətə, motivasiyaya və psixoloji rifaha mənfi təsir göstərir. Uşaqlar daha tez yorulur, yuxusuzluq, baş ağrısı və diqqət dağınıqlığı kimi problemlər artır. Harvard və Çikaqo universitetlərinin 10 il ərzində 2 milyondan çox şagirdlə apardığı araşdırma göstərib ki, hava çirkliliyinin yüksək olduğu bölgələrdə imtahan nəticələri orta hesabla 4-6 faiz aşağı olur. Bu fərq xüsusilə sosial cəhətdən həssas cəmiyyətlərdə daha dərindir, çünki belə yerlərdə həm məktəblərin ventilyasiya sistemi zəifdir, uşaqlar tez-tez xəstələndikləri üçün dərsdən qalırlar. Nəticədə təhsil bərabərliyi pozulur və şagirdlərin öyrənmə imkanlarını fərqli səviyyələrə bölür və uzunmüddətli inkişaf göstəricilərinə mənfi təsir göstərir. Bu səbəbdən müasir təhsil siyasətində hava keyfiyyətinin qorunması, məktəblərin ventilyasiya sistemlərinin təkmilləşdirilməsi və sağlam öyrənmə mühitinin təmin edilməsi prioritet məsələlərdən olmalıdır. Təmiz hava yalnız fiziki sağlamlığın deyil, həm də intellektual potensialın əsas şərtidir.

Ümumdünya Meteorologiya Təşkilatı dünyada havanın çirklənməsi ilə bağlı deqradasiyanın davam etdiyini, lakin bəzi regionlarda, xüsusən də Çinin şərqində və Avropada emissiyaların həcmində azalmanın müşahidə olunduğunu bildirir. Bunun səbəbi Çində və Avropanın bəzi ölkələrində "yaşıl sənaye" və elektromobillərdən istifadənin genişlənməsidir. Məsələn, Şanxay kimi şəhərlərdə daha çox parklar açmaq və ağac əkmək havanın keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb.

Hava çirkliliyinin yüksək olduğu günlərdə küçəyə çıxmamaq, evdə havatəmizləyici vasitələrdən istifadə etmək, birdəfəlik plastik məhsullardan uzaq durmaq, tullantı yandırmamaq və enerjiyə qənaət etmək kimi kiçik addımlar böyük dəyişikliklər yarada bilər.


Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Baş katib: D-8-in beynəlxalq ictimaiyyət arasında tanınmasında Azərbaycanın rolu xüsusilə təqdirəlayiqdir  

22:41
07 Dekabr

Cüdo üzrə Azərbaycan çempionatı başa çatıb  

20:29
07 Dekabr

Azərbaycanın elm və təhsil naziri Gürcüstan Texniki Universitetinin Fəxri doktoru adına layiq görülüb

20:23
07 Dekabr

Azərbaycan Ankarada keçirilən xeyriyyə yarmarkasında təmsil olunub  

19:51
07 Dekabr

Qətər Avropa İttifaqının davamlılıqla bağlı qərarlarına yenidən baxacağına ümid edir  

19:28
07 Dekabr

İran XİN rəsmisi: Azərbaycanla əlaqələrin inkişafına böyük önəm veririk  

18:21
07 Dekabr

Leyla Əliyeva və Arzu Əliyeva Dəkkədə uşaq evini ziyarət ediblər  

17:15
07 Dekabr

XIII Qlobal Bakı Forumuna hazırlıq məqsədilə Çində toplantı keçirilib  

17:12
07 Dekabr

Premyer Liqa: “Şamaxı” səfərdə qalib gəlib  

16:26
07 Dekabr

AFFA rəhbərliyi cənub bölgəsində futbol infrastrukturunun vəziyyəti ilə tanış olub  

16:10
07 Dekabr

HƏMAS tərksilah olmaq üçün şərtini açıqlayıb  

15:48
07 Dekabr

Türkiyəli professor: Ermənistan Konstitusiyasının dəyişdirilməsi sülhün davamlı olması üçün zəruri şərtdir  

14:08
07 Dekabr

Sabah Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı gözlənilir  

14:05
07 Dekabr

Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib 

13:50
07 Dekabr

Leyla Əliyeva və Arzu Əliyeva Dəkkədə Banqladeşin müvəqqəti hökumətinin Baş müşaviri ilə görüşüblər  

13:16
07 Dekabr

Ukrayna ordusu Dnepropetrovsk vilayətinin kəndini azad edib  

11:47
07 Dekabr

Qırğızıstan nümayəndə heyəti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib  

11:33
07 Dekabr

Steve Nouri: ASAN Süni İntellekt Platforması ilə əməkdaşlıq süni intellektin inklüziv inkişafına yol açır  

10:49
07 Dekabr

Cüdo üzrə Azərbaycan çempionatında fərdi mübarizəyə yekun vurulub 

23:11
06 Dekabr

Zelenski: Amerika ilə növbəti addımlar və müzakirə formatları barədə razılığa gəlmişik  

22:41
06 Dekabr

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə keçirilən beynəlxalq konfrans çərçivəsində ikitərəfli görüşlər davam edir  

21:35
06 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!