20 İyun 2025 08:00
1459
SİYASƏT
A- A+
Cənubi Qafqazın qlobal əməkdaşlıq platforması

Cənubi Qafqazın qlobal əməkdaşlıq platforması


Azərbaycan yeni dünya nizamının fəal iştirakçısı olmağa çalışır


Hazırda dünyada olduqca çətin dövr yaşanır. Geosiyasi və geoiqtisadi böhranlar, müharibələr, münaqişələrin getdikcə dərinləşməsi qlobal idarəetmə sistemini əməllicə zəiflədib. Artıq dünyada çoxtərəfli əməkdaşlıq anlayışı öz dəyərini itirib, qeyri-müəyyənlik artıb. Beynəlxalq təşkilatlar sülh, təhlükəsizlik və rifah yaratmaq sahəsində effektiv fəaliyyət göstərə bilmirlər. Bu isə artıq sistematik problemə çevrilərək arzuolunmaz vəziyyət yaradıb. Yəni qlobal miqyasda artan gərginliklər regional problemləri daha mürəkkəb hala gətirib.

Qlobal səviyyədə həm siyasi, həm iqtisadi, həm də humanitar sahədə böhranlar baş verir. Müharibələr, iqlim dəyişikliyi, ərzaq və enerji böhranları, miqrasiya axınları, eləcə də sosial bərabərsizliklər bir çox ölkədə insanların gündəlik həyatına mənfi təsir göstərir.

Bütün bu çağırışlar arasında bəşəriyyət həm də ümidini itirmədən əməkdaşlıq və dialoq yollarını axtarır. Beynəlxalq təşkilatlar, vətəndaş cəmiyyətləri və fərdi insanlar bu gərgin dövrdə sülh, ədalət və dayanıqlı inkişaf üçün çalışırlar. 

Beynəlxalq konfransların, forumların keçirildiyi, əməkdaşlıq məkanı kimi tanınan Azərbaycan məhz bu istiqamətdə də mühüm addımlar atır və təkliflərini, təşəbbüslərini irəli sürür. Elə bu il aprel ayının 4-də ADA Universitetində keçirilən "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum və iyunun 15-də Şuşa şəhərində Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə keçirilən "Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar" mövzusunda beynəlxalq konfranslar da bu prosesin tərkib hissəsidir desək, yanılmarıq. Bu tədbirlərin beynəlxalq nüfuzunu təsəvvür etmək üçün nəzərə almalıyıq ki, sözügedən konfranslarda bir sıra ölkələrin hakim partiyalarının rəhbərləri, 44 ölkədən 80-dən çox beynəlxalq ekspert, beyin mərkəzlərinin nümayəndələri iştirak ediblər. 

ADA Universitetində keçirilən "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forumda Prezident İlham Əliyev region üçün və dünyada cərəyan edən siyasi proseslərin axarına dair mükəmməl fikirlər səsləndirdi. Keçirilən müzakirələrdə bütün politoloqlar, beyin mərkəzləri bildirdilər ki, dünyamızın siyasi mənzərəsi dəyişir və məhz bu dəyişikliklər fonunda iqtisadi dəhlizlərin, regional əməkdaşlıqların əhəmiyyəti artır. Prezidentin forumda toxunduğu məsələlər Azərbaycanın dünya arenasında baş verən hadisələrə strateji mövqeyini, habelə qlobal çağırışlara verdiyi cavabları nümayiş etdirməsi baxımından olduqca mühüm idi. 

Şuşada keçirilən "Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar" mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciətində də dövlət başçısı bir daha yeni reallıqları dəyərləndirdi. 

Müasir dövrdə dünyada olduqca mürəkkəb geosiyasi hadisələrin baş verdiyini söyləyən İlham Əliyev bildirib ki, milli, regional və qlobal təhlükəsizliyə qarşı çoxsaylı təhdidin yaranması və ölkələrin müxtəlif siyasi, hərbi, iqtisadi, mədəni, humanitar, ekoloji çağırışlarla üzləşməsi fonunda beynəlxalq münasibətlər sistemində yeni güc mərkəzlərinin meydana çıxması və yeni dünya nizamına keçid prosesi müşahidə olunmaqdadır. Belə bir şəraitdə dövlət maraqlarının, ölkələrin müstəqilliyinin və suverenliyinin qorunması, sülh, sabitlik, əməkdaşlıq və çoxtərəfli inkişaf naminə səylərin birləşdirilməsi müstəsna əhəmiyyətə malikdir. Bir daha əsl həqiqətləri dəyərləndirən İlham Əliyev vurğuladı ki, ədalətli dünya nizamının tərəfdarı olduğunu hər zaman əməli fəaliyyəti ilə nümayiş etdirən Azərbaycan nəinki yerləşdiyi Cənubi Qafqaz regionunun, həm də bütövlükdə Avrasiyanın dialoq və əməkdaşlıq məkanına çevrilməsinin tərəfdarı kimi çıxış edir. Dost və tərəfdaş ölkələrlə birlikdə həyata keçirilən layihələr regional və beynəlxalq təhlükəsizliyə mühüm töhfələr verir, həm Şərq ilə Qərb, həm də Şimal ilə Cənub arasında konstruktiv və perspektivli işbirliyinə əlverişli zəmin yaradır. Dörd il ərzində Qoşulmama Hərəkatına sədrlik etmiş Azərbaycan Bandunq Prinsiplərinə daim sadiq qalaraq ədaləti, beynəlxalq hüququ və üzv ölkələrin qanuni maraqlarını qətiyyətlə müdafiə edib: "Bu gün ədalətli dünya naminə yeni geosiyasi nizamın formalaşması dövlətlərin siyasi məsuliyyət prinsipinə əsaslanan ardıcıl və məqsədyönlü fəaliyyətindən asılıdır. Ölkələr məhz qarşılıqlı hörmət və etimada, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan, müasir çağırışlara cavab verən səmərəli işbirliyi həyata keçirməklə bu prosesə layiqli töhfə verə bilərlər".

Prezidentin söylədiyi kimi, Azərbaycan milli maraqları rəhbər tutaraq, yeni reallıqlar şəraitində müstəqil siyasətini cəsarətlə davam etdirir, öz Konstitusiyasına, suveren hüquqlarına əsaslanaraq sülh, əməkdaşlıq və davamlı inkişaf naminə yeni dünya nizamının fəal iştirakçısı olmağa çalışır.

Azərbaycan Prezidentinin səsləndirdiyi fikirlər bir daha onu deməyə əsas verir ki, dünyada baş verən mürəkkəb proseslər dövlətlərin fəal əməkdaşlığını zəruri edir. Şuşada keçirilən beynəlxalq konfrans yeni dünya nizamına transformasiya şəraitində geosiyasi prioritetlər və qlobal çağırışlara dair ətraflı fikir mübadiləsinin aparılması üçün son dərəcə önəmli platformadır.

Yeni Azərbaycan Partiyası Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun konfransda söylədiyi kimi, bu tədbirlər onu göstərir ki, Azərbaycan yeni geosiyasi nizamın tərəfdarı olaraq beynəlxalq təhlükəsizliyə ciddi təhdidlər yaradan hallara qarşı qətiyyətli mübarizə apararaq, müstəqil və konstruktiv siyasət həyata keçirməklə qlobal miqyasda dialoq və əməkdaşlığı təşviq edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən praqmatik xarici siyasət kursu təkcə Cənubi Qafqaz bölgəsində deyil, daha geniş coğrafiyada qarşılıqlı maraqlara uyğun tərəfdaşlıq əlaqələrinin inkişafına və ortaq strateji hədəflərin reallaşmasına xidmət edir. Bu da Azərbaycanın dünya ölkələri ilə ikitərəfli və çoxtərəfli formatda münasibətlərinin inkişafını təmin etməklə yanaşı, beynəlxalq təşkilatlarla əlaqələrin möhkəmlənməsini də şərtləndirir. Ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi dövründə əldə etdiyi nailiyyətlər, BMT, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və digər təsisatlarda səmərəli fəaliyyəti, 2024-cü ilin noyabr ayında COP29-a uğurla evsahibliyi etməsi və bunun nəticəsi olaraq iqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizəyə dair qlobal əhəmiyyətli qərarların qəbulu Azərbaycanın beynəlxalq müstəvidə ədalətli və etibarlı tərəfdaş kimi önəmini qabarıq şəkildə bir daha təsdiqləyib.


Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tramp İŞİD-ə ciddi ziyan verəcəyini elan edib  

23:31
14 Dekabr

Dünya Türk Dili Ailəsi Günü münasibətilə TDT-dən təbrik mesajı  

23:02
14 Dekabr

ABŞ və Ukrayna nümayəndə heyətləri Berlində sülh danışıqlarını müzakirə edirlər  

22:53
14 Dekabr

Azərbaycanın beynəlxalq arenadakı güclü mövqeyinin göstəricisi

22:42
14 Dekabr

BMT ilk dəfə Dünya Türk Dili Ailəsi Gününü qeyd edəcək  

22:35
14 Dekabr

Heydər Əliyev Mərkəzində Özbəkistan Mədəniyyəti Günlərinin açılış mərasimi keçirilib VİDEO  

21:18
14 Dekabr

Fövqəladə Hallar Nazirliyi soyuq hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

19:32
14 Dekabr

Ukrayna Prezidenti sülh danışıqlarının müzakirəsi üçün Almaniyaya səfərə gəlib  

18:58
14 Dekabr

İstanbul Beynəlxalq Kitab Sərgisində Ümummilli Lider Heydər Əliyevə həsr olunan kitab sərgisi açılıb  

16:05
14 Dekabr

Media: Türkiyə qaçqınların Suriyaya qayıtması üçün üçmərhələli plan həyata keçirəcək  

13:57
14 Dekabr

Azərbaycan BMT-nin 11-ci Qlobal Forumunda təmsil olunur  

13:52
14 Dekabr

Sabah Abşeron yarımadasında leysan olacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək  

13:28
14 Dekabr

Rəcəb Tayyib Ərdoğan Türkiyə futbolundakı mərc qalmaqalı barədə danışıb  

13:05
14 Dekabr

Rumıniya nəşri : Avropanın Rusiyasız qaz dövrünə girişi başlanğıcda çətinliklə üzləşəcək  

12:46
14 Dekabr

İşğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi ilə əlaqədar vətəndaşların maarifləndirilməsi işi davam etdirilir  

12:16
14 Dekabr

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri başlayır  

12:01
14 Dekabr

ABŞ Prezidenti Tailand və Kambocanı yeni tariflərlə hədələyib  

11:51
14 Dekabr

Tramp: Respublikaçılar ara seçkilərdə qalib gəlməkdə çətinlik çəkəcəklər  

11:37
14 Dekabr

Starmer və Ursula Fon der Lyayen Rusiya aktivlərinin istifadəsini müzakirə ediblər  

11:23
14 Dekabr

Almaniyada Milad yarmarkasında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər saxlanılıb  

11:01
14 Dekabr

“Uşaq Avroviziya 2025” müsabiqəsinin qalibi məlum olub  

10:47
14 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!