12 Avqust 2026 08:20
538
SİYASƏT
A- A+
Cənubi Qafqazda sabitlik və əməkdaşlıq dövrü Birgə Bəyanat regionun münaqişədən inkişaf və sabitlik mərhələsinə keçdiyini təsdiqləyir

Cənubi Qafqazda sabitlik və əməkdaşlıq dövrü Birgə Bəyanat regionun münaqişədən inkişaf və sabitlik mərhələsinə keçdiyini təsdiqləyir


Azərbaycan və Ermənistan arasında sülhün dayanıqlı olması regionun təhlükəsizliyi və firavan gələcəyi üçün tarixi zərurətdir. Onilliklər boyu davam edən münaqişədən sonra atılan cəsarətli siyasi addımlar, qarşılıqlı dialoq və iqtisadi təşəbbüslər Cənubi Qafqazı hərbi-siyasi qarşıdurma zonasından əməkdaşlıq məkanına çevirmək məqsədi daşıyır. Xüsusən, son bir il ərzində ikitərəfli və çoxtərəfli müstəvidə yürüdülən sülh diplomatiyası konkret nəticələr verməkdədir.

Məhz bu mühüm proseslərin mənzərəsini və əldə olunmuş nailiyyətləri nümayiş etdirən növbəti mühüm addım kimi iyulun 10-da Amerika Birləşmiş Ştatları, Ermənistan Respublikası və Azərbaycan Respublikası 2025-ci ilin avqustunda Ağ Evdə təşkil olunmuş Sülh Sammitinin birinci ildönümü ilə bağlı Birgə Bəyanat yayıblar. Birgə Bəyanatda bir il əvvəl paraflanmış sülh sazişinin tarixi əhəmiyyəti vurğulanıb və bu vasitəçiliyə görə Prezident İlham Əliyevlə Baş nazir Nikol Paşinyanın Prezident D.Trampın Nobel Sülh Mükafatına namizədliyini birgə irəli sürdükləri diqqətə çatdırılıb. Sənəddə ötən müddət ərzində sərhəddə sabitliyin qorunduğu, delimitasiya prosesi və etimad mühitinin möhkəmləndirilməsi istiqamətində konkret addımların atıldığı bildirilib. 

Eyni zamanda bəyanatda mühüm nəqliyyat və infrastruktur layihəsi olan "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu"nun (TRIPP) reallaşdırılması, Azərbaycanın bu çərçivədə yol tikintilərini tamamlamaq üzrə olduğu, tranzit məhdudiyyətlərini qaldıraraq Ermənistana minlərlə ton yük və neft məhsulları tədarük etdiyi qeyd olunub. Həmçinin ABŞ-nin Orta dəhliz üçün Trans-Xəzər Fonduna 201 milyon dollar ayırdığı, hər iki ölkə ilə strateji xartiyalar imzaladığı, Bakı ilə İrəvanın birgə müraciəti ilə ATƏT-in Minsk qrupunun ləğv edildiyi və tərəflərin Sülh Şurasına qoşulduğu vurğulanıb. Yekunda tərəflər bir-birinin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyinə və ərazi bütövlüyünə dəstəklərini, sülh prosesinə sadiq qaldıqlarını bir daha bəyan ediblər.

Bu bəyanat bölgədə illərlə davam edən münaqişə mərhələsinin rəsmən geridə qaldığının növbəti təsdiqidir. Sənəd regionun tamamilə yeni geoiqtisadi və geosiyasi mərhələyə qədəm qoyduğunun nümayişidir. Tərəflər kağız üzərində sülhü elan etməklə kifayətlənmədilər və Vaşinqton Sammitindən ötən müddət ərzində təhlükəsizlik, iqtisadiyyat və diplomatik münasibətlər sahəsində önəmli nəticələr əldə edildi. Sərhəd boyunca sabitliyin qorunması, delimitasiya prosesinin irəliləməsi və qarşılıqlı etimadın artırılması istiqamətində real addımlar atıldı. 

Sənəddə qeyd edilən mühüm məqamlardan biri regionun blokadadan çıxarılması və tranzit-infrastruktur layihələrinin reallığa çevrilməsidir. TRIPP layihəsi üzrə artıq konkret addımlar atılır. Ermənistanda mühəndis-tədqiqat işləri aparılır. Azərbaycan isə öz ərazisində bu marşruta birləşəcək avtomobil və dəmir yolu tikintisini başa çatdırmaq üzrədir. Elektrik xətlərinin çəkilməsi, regional telekommunikasiya və internet infrastrukturlarının birləşdirilməsi Cənubi Qafqazı Orta dəhlizin və qlobal ticarətin mühüm mərkəzinə çevirir. ABŞ-nin Trans-Xəzər Sahibkarlıq Fonduna 201 milyon dollar vəsait ayırması da dəhlizə olan beynəlxalq marağın və dəstəyin ifadəsidir. 

Azərbaycanın birtərəfli qaydada bütün tranzit məhdudiyyətlərini aradan qaldıraraq Ermənistana 60 min ton yük və 20 min ton neft məhsulunun daşınmasını təmin etməsi xüsusi diqqət çəkir. Bu addım sülh prosesinin qarşılıqlı iqtisadi mənfəətə və etimadın bərpasına əsaslanan yeni münasibətlər modelinə keçdiyini aydın şəkildə göstərir. 

Bəyanatda digər önəmli məqam keçmiş münaqişə mexanizmlərinin tarixin arxivinə atılması, regionun təhlükəsizlik arxitekturasının yenidən qurulmasının diqqətə çatdırılmasıdır. Bakı və İrəvanın birgə müraciəti əsasında ATƏT-in Minsk qrupu və onunla bağlı strukturların rəsmən ləğv olunması tərəflərin birbaşa dialoq yolunu seçməsinin və kənar müdaxilələrə imkan verməyəcəklərinin bəyanı idi. 

Mövcud əlaqələrin dərinləşməsi üçün ABŞ həm Azərbaycan, həm də Ermənistanla enerji təhlükəsizliyi, sərhəd infrastrukturu, süni intellekt və mineral ehtiyatlar sahələrində ikitərəfli strateji tərəfdaşlıq xartiyaları və anlaşma memorandumları imzalayıb. ABŞ-nin hər iki Cənubi Qafqaz dövlətini Sülh Şurasına cəlb etməsi regionda uzunmüddətli sabitliyin, texnoloji və iqtisadi inkişafın möhkəm təməlini qoyur. 

Əldə olunmuş tarixi nailiyyətlər Cənubi Qafqazda dayanıqlı sülhün və tərəqqinin dönməz mərhələyə qədəm qoyduğunu göstərir. Kağız üzərindəki razılaşmaların real iqtisadi dividendlərə, təhlükəsizlik zəmanətlərinə çevrilməsi regionun gələcəyini təmin edən əsas amildir. Atılan hər bir addım bölgəni keçmişin münaqişə izlərindən təmizləyərək, onu sabitliyin, iqtisadi imkanların və qarşılıqlı əməkdaşlığın hökm sürdüyü təhlükəsiz məkana çevirir. Bəyanat da tərəflərin bu cəsarətli və gələcəyə hesablanmış strateji kursa sadiq qaldıqlarının, sülh və əməkdaşlıq dövrünün təməlini birgə qoyduqlarının əyani sübutudur.


İsmayıl QOCAYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB 

23:59
23 Avqust

Özbəkistan Prezidenti: Əbədi dostluq haqqında Müqavilə münasibətlərimizi yeni məzmunla zənginləşdirəcək  

23:57
23 Avqust

Xalq artisti Tofiq Bakıxanov vəfat edib

23:56
23 Avqust

Şavkat Mirziyoyev: Azərbaycan Prezidentinin Özbəkistana səfəri tarixi hadisədir

23:53
23 Avqust

Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin təltifolunma mərasimi keçirilib YENİLƏNİB

23:52
23 Avqust

Qazaxıstanda Qurultay seçkiləri: “Ədalət” partiyası 71,8 faiz səs toplayıb

23:49
23 Avqust

Yeni Daşkənd şəhərində “Azərbaycan” parkının təməli qoyulub

23:49
23 Avqust

Azərbaycanın və Özbəkistanın birinci xanımları Daşkənddə “Oxunguzar” incəsənət məkanı ilə tanış olublar  

22:52
23 Avqust

Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanışlıq

22:51
23 Avqust

Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub

21:47
23 Avqust

Daşkənddə Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib YENİLƏNİB

21:39
23 Avqust

Eldor Şermanov: Azərbaycan və Özbəkistan arasında mədəni əlaqələr xalqlarımızın yaxınlığını daha da möhkəmləndirir

21:27
23 Avqust

Fərqli coğrafiya, ortaq baxış: Azərbaycan və Özbəkistanın yeni şəhərsalma modeli 

21:17
23 Avqust

Prezident: Ən səmərəli və nəticəyönümlü fond məhz Özbəkistan-Azərbaycan İnvestisiya Fondudur  

21:12
23 Avqust

Azərbaycan Prezidenti: Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində işlər fəal şəkildə davam etdirilir  

21:07
23 Avqust

Prezident İlham Əliyev Özbəkistanın ən böyük şəhərsalma layihəsi - “Yeni Daşkənd”lə tanış olub 

21:03
23 Avqust

Prezident İlham Əliyev: Bu gün Özbəkistan böyük beynəlxalq nüfuza malik dövlətdir  

20:57
23 Avqust

Əbədi dostluq haqqında Müqavilə: Azərbaycan-Özbəkistan qardaşlığının möhkəm təməli 

20:51
23 Avqust

Azərbaycan Premyer Liqası: “Turan Tovuz” ilə “Şamaxı” komandasının qarşılaşması heç-heçə başa çatıb  

20:50
23 Avqust

Prezident İlham Əliyev Şavkat Mirziyoyevi Azərbaycana dövlət səfərinə dəvət edib

20:47
23 Avqust

Prezident İlham Əliyev: Azərbaycanın və Özbəkistanın irəliləmək üçün dəqiq fəaliyyət planı var

20:45
23 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!