07 Dekabr 2024 08:00
2385
SİYASƏT
A- A+
Bütün yollar Qarabağa aparır

Bütün yollar Qarabağa aparır


İşğaldan azad olunmuş ərazilərdə müasir və modern yol-nəqliyyat infrastrukturu  qurulur


Dörd ildir ki, Qarabağ və Şərqi Zəngəzurda həyat canlanmağa başlayıb. İşğaldan azad edilən ərazilərimizə Böyük qayıdışı milli hədəfimiz kimi müəyyənləşdirən Prezident İlham Əliyevin əzmi, qətiyyəti sayəsində həm doğma yurd yerlərimiz yenidən qurulur, həm də hər gün köç karvanları böyük təmtəraqla Qarabağ və Şərqi Zəngəzura üz tutur. 

Artıq Zəngilanın Ağalı, Ağdarənin Talış, Laçının Zabux və Sus kəndlərinə, eləcə də Şuşa, Füzuli, Laçın, Cəbrayıl şəhərlərinə minlərlə insan qayıdış karvanları ilə dönərək dədə-baba torpaqlarında dövlətimizin onlar üçün yaratdığı təhlükəsiz və layiqli şəraitdə yaşamağa başlayıblar. 

Qarabağ və Şərqi Zəngəzuru "dəmir yumruq"la işğaldan azad edən Müzəffər Ali Baş Komandan İlham Əliyev zəfərimizdən ötən 4 il müddətində bu ərazilərdə misli görünməyən quruculuq işlərini həyata keçirməkdədir. Erməni vandalizminin qurbanına çevrilmiş şəhər və kəndlərin yenidən, daha müasir formada qurulması, tamamilə dağıdılmış infrastrukturun bərpası dövlətin prioritet fəaliyyət istiqamətlərindəndir.

Böyük qayıdış dövlət proqramının birinci mərhələsi 2026-cı ilin sonunda başa çatdırılacaq və o vaxt 140 min keçmiş məcburi köçkün öz dədə-baba torpaqlarına qayıdacaq. Bununla paralel olaraq, bütün sosial infrastruktur inşa edilir, xəstəxanalar, məktəblər, idman və xidmət obyektləri, yollar, 130-dan çox tunel və körpü  (40 tunel, 90 körpü) inşa edilir. Tezliklə bu tikililər, möhtəşəm yollar Qarabağa və Şərqi Zəngəzura yeni həyat gətirəcək.

Əlbəttə ki, bu ərazilərdə həyata keçirilən mühüm layihələrdən biri də yol-nəqliyyat infrastrukturunun tamamilə yenidən qurulmasıdır. Hər iki iqtisadi rayonda tikinti-quruculuq işləri ilə paralel olaraq yolların da yenidən qurulması, körpü və tunellərin inşası davam etdirilir.

Prezident İlham Əliyev işğaldan azad edilmiş şəhər və rayonlarımıza səfərləri çərçivəsində yeni yolların açılışlarını edir və tikinti işlərinin sürətlə aparılması ilə bağlı ciddi tapşırıqlarını verir. Bölgədə 2026-cı ilədək 2300 kilometrə yaxın 20 avtomobil yolu layihəsinin icrası nəzərdə tutulur. Tezliklə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yol-nəqliyyat infrastrukturu tamamilə yenidən qurulub istifadəyə veriləcək.

Bu yollardan biri də Ağdam-Füzuli avtomobil yoludur. Prezident İlham Əliyevin 2021-ci il oktyabrın 17-də Füzuli rayonuna səfəri zamanı təməlini qoyduğu Füzuli-Ağdam avtomobil yolunun tikintisi dövlət başçısının həmin ilin avqust ayında təsdiq etdiyi "İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması və bərpası layihəsi" çərçivəsində həyata keçirilir. Layihəyə uyğun olaraq yolboyu körpülərin, avtobus dayanacaqlarının və digər yol infrastrukturunun inşası nəzərdə tutulur. Bərdə-Ağdam avtomobil yolunun davamı olan bu yolun inşası Bərdədən Füzuliyədək insanların rahat gediş-gəlişini təmin edəcək.

Avtomobil Yolları Dövlət Agentliyindən qəzetimizə verilən məlumata görə, sözügedən yol Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan və işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq layihələrindən biri sayılır.

Uzunluğu 65,7 km, hərəkət hissəsinin eni 15 metr təşkil edəcək yol 4 hərəkət zolaqlı olmaqla tikilir. Yol çiyinlərinin eni hər bir istiqamətdə 3,75 metr, ayırıcı zolağın eni 4 metr olmaqla yol yatağının eni 26,5 metr təşkil edir.

Birinci texniki dərəcəli olacaq avtomobil yolunda torpaq işlərinin icrası çərçivəsində yararsız qruntun çıxarılması, yatağın genişləndirilməsi, 26,5 metr enində yeni yol yatağının, yol əsasının tikintisi, suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif ölçülü suötürücü borular, su keçidləri, həmçinin zəruri olan yerlərdə yeraltı və kommunikasiya xətləri üçün nəzərdə tutulan ehtiyat keçidlərinin inşası tamamlanıb, asfalt-beton örtüyünün alt qatı döşənib.

Yolun layihə üzrə nəzərdə tutulan və 0,2, 5,6, 12 və 39-cu kilometrlik hissələrində yerləşən 4 körpünün tikintisi, 63 və 65-ci kilometrlik hissələrdə isə yolötürücülərinin inşası yekunlaşıb.

Hazırda layihə boyu dəmir-beton tipli küveytlərin tikintisi və ayırıcı zolaqda yerləşdirilən dəmir-beton konstruksiyalı baryerlərin quraşdırılması işləri davam etdirilir.

Ümumilikdə layihə üzrə tikinti işləri 82 faiz icra olunub.

Tikinti işləri "İnşaat Norma və Qaydaları"nın tələblərinə uyğun həyata keçirilir. Tikintinin tərtib olunmuş qrafikə uyğun olaraq yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb edilib.

Bərdə-Ağdam avtomobil yolunun davamı olan Ağdam-Füzuli avtomobil yolu Ağdam, Ağcabədi, Füzuli rayonları ərazisindən keçir. Yolun inşası Bərdədən Ağdam və Füzuliyədək, həmçinin əks-istiqamətdə rahat gediş-gəlişi təmin edəcək, yolboyu sosial-iqtisadi inkişafa müsbət təsir göstərəcək.


Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan karateçiləri İslamiadaya iki medalla başladılar

23:30
11 Noyabr

COP30-da öz pavilyonuna malik Azərbaycan irs, liderlik və milli ambisiyalarını nümayiş etdirir  

23:16
11 Noyabr

Azərbaycan XİN hərbi təyyarənin qəzaya uğraması ilə bağlı Türkiyəyə başsağlığı verib  

22:57
11 Noyabr

Türkiyə Milli Müdafiə Nazirliyi təyyarənin qəzaya uğradığı yerin aşkarlandığını açıqlayıb  

22:18
11 Noyabr

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya Gürcüstana gəlib

22:17
11 Noyabr

Gürcüstan Prezidenti təyyarə qəzası ilə əlaqədar Prezident Rəcəb Tayyib Ərdoğana başsağlığı verib  

22:17
11 Noyabr

Zəfərdən qüdrətə gedən yol

21:20
11 Noyabr

Gürcüstanın daxili işlər naziri təyyarə qəzası baş verən əraziyə gedib  

20:36
11 Noyabr

Milli Məclisin sədri TBMM sədri Numan Kurtulmuşa başsağlığı məktubu ünvanlayıb  

20:13
11 Noyabr

Türkiyə və Gürcüstanın XİN başçıları arasında təyyarə qəzası ilə bağlı telefon danışığı olub  

19:40
11 Noyabr

Türkiyə mediası: Azərbaycanın Zəfərindən sonra bərpa edilən Əsgəran qalası ziyarət üçün açılıb  

19:39
11 Noyabr

Nazir: FHN-in qüvvələri təyyarə qəzası ilə bağlı axtarış-xilasetmə əməliyyatına dərhal qoşulmağa tam hazırdır  

19:39
11 Noyabr

Türkiyənin və Gürcüstanın daxili işlər nazirləri təyyarə qəzasını müzakirə ediblər  

19:38
11 Noyabr

Türkiyə Milli Müdafiə Nazirliyi: Qəzaya uğrayan təyyarədə 20 nəfər olub  

19:37
11 Noyabr

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Türkiyə tərəfinə başsağlığı verib

18:26
11 Noyabr

Burhanettin Duran: Təyyarə qəzasından dərhal sonra axtarış-xilasetmə işlərinə başlanılıb  

18:24
11 Noyabr

Prezidentin Mətbuat Xidmətinin məlumatı

18:23
11 Noyabr

Ukrayna ordusu Zaporojye vilayətində bir neçə istiqamətdə mövqelərindən geri çəkilib

18:22
11 Noyabr

Ombudsman Aparatı və ENOC uşaq hüquqlarının müdafiəsi sahəsində əməkdaşlığı gücləndirir  

18:22
11 Noyabr

Azərbaycanın müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib

18:06
11 Noyabr

Türkiyəyə məxsus hərbi təyyarənin qəzaya uğraması ilə bağlı araşdırmalara başlanılıb

18:01
11 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!