23 Dekabr 2024 11:24
129
SİYASƏT
A- A+
Prezident İlham Əliyev: Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır  

Prezident İlham Əliyev: Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır  

Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır. Yüz illər boyu Azərbaycanda məskunlaşıb vahid ailə kimi yaşayan xristian vətəndaşlarımız Vətənlərinin ictimai-siyasi və sosial-mədəni həyatının bütün sahələrində yaxından iştirak edərək doğma ölkəmizin rifahına böyük töhfələr verirlər.

AZƏRTAC xəbər verir ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin müqəddəs Milad bayramı münasibətilə Roma Papası Fransiskə ünvanladığı təbrik məktubunda yer alıb.

Prezident İlham Əliyev qeyd edib ki, ərazimizdə mövcud olan qədim xristian irsi, məbədlər, kilsələr və digər ibadət yerləri məscidlər və sinaqoqlar kimi eyni səviyyədə Azərbaycan dövləti tərəfindən mühafizə olunur. Ölkəmiz, eyni zamanda, dünya mədəni irsinin incilərindən sayılan xristian abidələrinin qorunmasında fəal rol oynayaraq mədəniyyətlərarası dialoqu təşviq edir.

“Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında formalaşmış münasibətlər bizi sevindirir. İkitərəfli əlaqələrimizin tarixi çoxsaylı qarşılıqlı səfərlər, daimi təmaslar və əlamətdar hadisələrlə zəngindir. Məmnunluqla qeyd etmək istərdim ki, ölkəmizdə sayca ikinci olacaq və Papa II İohann Pavelin şərəfinə ucaldılacaq yeni katolik kilsəsi ölkəmizdə katolik dini icmasına göstərilən böyük diqqət və qayğının təzahürü, Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında yüksək səviyyəli əlaqələrin yeni rəmzidir”, - deyə məktubda vurğulanıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ağdam Sənaye Parkında yeni rezident qeydiyyata alınıb

16:01
23 Dekabr

Almaniyada Milad bazarında hücumla hədələyən şəxs həbs edilib

16:00
23 Dekabr

Bu il ən çox ziyarət olunan milli parklar: Göygöl, Şahdağ və Abşeron

15:43
23 Dekabr

Serbiyanın xarici işlər naziri Qarabağda və Şərqi Zəngəzurdakı layihələr barədə məlumatlandırılıb

15:41
23 Dekabr

İlon Mask: 2025-ci ilin sonunadək süni intellekt insan qabiliyyətlərini üstələyəcək

15:29
23 Dekabr

Növbəti köç karvanı Şuşa şəhərinə çatıb, ailələrə evlərinin açarları təqdim olunub FOTO

15:14
23 Dekabr

Səfirlər Müşavirəsində Azərbaycan-Serbiya strateji tərəfdaşlığının siyasi, iqtisadi, enerji və humanitar aspektlərindən bəhs edilib  

15:10
23 Dekabr

Fəxri ad alan məşqçi: Prezident İlham Əliyev idmanı daim diqqətdə saxlayır və uğurları qiymətləndirir

15:00
23 Dekabr

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin Baş katibi Asəf Hacıyevdən

14:58
23 Dekabr

Türk Dünyası Mediatorlar Birliyinin İdarə Heyətinin sədri Yakup Erikeldən

14:25
23 Dekabr

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkodan  

14:23
23 Dekabr

İdmanda 2025-ci il üçün qadağan edilmiş maddələrin siyahısı Azərbaycan dilinə tərcümə olunub 

13:51
23 Dekabr

ANAMA: Ötən həftə 770,7 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib

13:50
23 Dekabr

Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutulub

13:49
23 Dekabr

Dekabrın ötən dövründə maksimal temperatur Sabirabad, Bakı və Abşeron yarımadasında qeydə alınıb  

13:48
23 Dekabr

Stolüstü tennis üzrə ölkə çempionatı başa çatdı

13:27
23 Dekabr

Tramp yenidən Qrenlandiyanı almaq zərurətini açıqlayıb

13:25
23 Dekabr

Maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi üzrə sıx əməkdaşlığın qurulması müzakirə olunub  

13:22
23 Dekabr

ABŞ-də Starbucks işçilərinin tətili genişlənir

13:16
23 Dekabr

Sabah ölkə ərazisində hava əsasən yağmursuz keçəcək - PROQNOZ

13:12
23 Dekabr

Azərbaycanda idmanın inkişafındakı xidmətlərinə görə bir qrup şəxs təltif edilib - SƏRƏNCAM

12:53
23 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!