12 İyun 2026 14:17
389
İDMAN
A- A+
Budapeştdə Avropa Olimpiya Komitələrinin Baş Assambleyası işə başlayıb  

Budapeştdə Avropa Olimpiya Komitələrinin Baş Assambleyası işə başlayıb  


Macarıstanın paytaxtı Budapeştdə Avropa Olimpiya Komitələrinin (AOK) 55-ci Baş Assambleyası işə başlayıb.

Milli Olimpiya Komitəsindən (MOK) AZƏRTAC-a bildirilib ki, iki gün davam edəcək tədbirdə ölkəmizi MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, xarici əlaqələr idarəsinin müdiri Anar Bağırov və beynəlxalq proqramlar idarəsinin müdiri Ceyhun Rəhmanov təmsil edirlər.

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Kristi Koventri, Avropa Olimpiya Komitələrinin prezidenti Spiros Kapralos və digər ölkələrin MOK-larının iştirakı ilə keçirilən Baş Assambleyada bir çox məsələlər haqqında müzakirələr aparılacaq.

İclasın ilk günündə Türkiyədə keçiriləcək “İstanbul-2027” Avropa Oyunlarına hazırlıqla bağlı fikirlər səsləndiriləcək, həmçinin Milan-Kartino XXV Qış Olimpiya Oyunlarının və Milli Olimpiya Komitələri Assosiasiyasının (MOKA) hesabatı dinləniləcək.

Baş Assambleya zamanı həmçinin “Ən yaxşı avropalı gənc atlet” üçün nəzərdə tutulan 14-cü “Pyotr Nurovski” mükafatı və Avropa Olimpiya Komitəsinin "Xidmətlərinə görə" ordeninə layiq görülmüş şəxslərin mükafatlandırılma mərasimi də keçiriləcək.

Assambleyanın ikinci günündə Avropa Olimpiya Komitəsinin “Olimpiya çələngi” mükafatı öz sahibinə təqdim olunacaq. Bundan başqa iclasda Braşov-2027 XVIII Qış Avropa Gənclər Olimpiya Festivalı və Linyano-Sabbiadoro-2027 XIX Avropa Gənclər Yay Olimpiya Festivalı və AOK-un komissiyasının hesabatları, WADA-nın tibb və antidopinqlə bağlı hesabatları dinləniləcək. İclasda 2027-ci ildə Monakoda keçiriləcək Kiçik Avropa Dövlətlərinin Oyunları ilə bağlı təqdimat və yeniliklərlə bağlı müzakirələr aparılıb.

İclasın sonuncu günündə AOK-un 56-cı Baş Assambleyasının Türkiyənin İstanbul şəhərində keçiriləcəyi elan olunacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlığının sarsılmazlığını təsdiqləyən tarixi manifestdir

13:06
15 İyun

Tramp Hörmüz boğazının tam açıldığını və blokadanın aradan qaldırıldığını elan edib

09:18
15 İyun

BMT Baş katibi sülh razılaşmasına görə ABŞ və İranı təbrik edib

09:15
15 İyun

ABŞ və İran sülh sazişi üzrə razılığa gəliblər, imzalanma iyunun 19-na təyin olunub

09:09
15 İyun

Dünya çempionatı: Niderland və Yaponiya milliləri heç-heçə ediblər

02:38
15 İyun

Konqoda “Ebola” virusundan ölənlərin sayı 180 nəfəri ötüb

01:18
15 İyun

Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampı 80 illik yubileyi münasibətilə təbrik edib 

00:09
15 İyun

Şamaxıdakı Beynəlxalq Barbekü Festivalı mükafatlandırma ilə başa çatıb  

23:58
14 İyun

Prezident İlham Əliyevin sosial media hesablarında Milli Qurtuluş Günü münasibətilə paylaşım edilib

23:16
14 İyun

Birinci vitse-prezident Mehriban Əliyeva Milli Qurtuluş Günü münasibətilə paylaşım edib

23:06
14 İyun

Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb

23:03
14 İyun

Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfərə edəcək

22:28
14 İyun

Putin və Tramp arasında telefon danışığı olub

22:05
14 İyun

Ermənistan MSK parlament seçkilərinin son nəticələrini açıqlayıb

21:53
14 İyun

Tramp Beyrutdakı hücumuna görə Netanyahuya əsəbləşib

20:57
14 İyun

Mədəni qastrol proqramının növbəti ünvanı Xankəndi şəhəri olub

20:48
14 İyun

Türkiyənin hakim partiyası: Avropa Parlamenti nüfuzunu itirir

20:37
14 İyun

Rusiya və Türkiyənin xarici işlər nazirləri Cənubi Qafqaz və Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcəklər

20:19
14 İyun

Zelenski ilə Tramp arasında telefon danışığı olub

19:13
14 İyun

Şuşa Bəyannaməsi: Zəfərdən irəli gələn yeni geosiyasi güc

19:12
14 İyun

Şəhid mayor Elnur Hacıyevin xatirəsi anılıb

18:42
14 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!