24 Aprel 2025 08:50
454
İQTİSADİYYAT
A- A+
Bu günün hədəfi sabahın "yaşıl işığ"ıdır

Bu günün hədəfi sabahın "yaşıl işığ"ıdır


Azərbaycanın enerji siyasətinin əsas istiqamətlərindən biri də "yaşıl enerji"yə keçiddir. O səbəbdən bərpaolunan enerji mənbələrindən əldə edilən "yaşıl enerji" istehsalının artırılmasına nail olmaq enerji sektorunda aparılan əsas hədəflərdəndir. Elə Azərbaycanın "yaşıl enerji" sahəsində beynəlxalq təşkilatlar, müxtəlif ölkələr, maliyyə institutları və sərmayədarlarla fəal əməkdaşlıq etməsi də bununla bağlıdır. 

Hazırda ölkəmizin bərpaolunan enerji mənbələrinin texniki potensialı quruda 135, dənizdə 157 qiqavatdır. Əsas məqsədlərdən biri 2030-cu ilə qədər "yaşıl enerji"nin ümumi enerji balansında payını 30 faizə çatdırmaq, Qarabağ və Şərqi Zəngəzuru "yaşıl enerji" zonasına çevirərək 2050-ci ilə qədər "netto sıfır emissiya"sına nail olmaqdır. Bunun üçün son illər böyük layihələr həyata keçirilir. Rəsmi məlumatlara əsasən, Azərbaycanda külək enerjisinin illik potensialı 800 MVt-dır ki, bu da təxminən 4 milyard kVt/saat enerji, üstəlik, 1 milyon ton şərti yanacağa qənaət və 3,7 milyon ton karbon emissiyasının qarşısının alınması deməkdir. Mütəxəssislərin qənaətinə görə, əgər indiki inkişaf tempi qorunarsa, 2027-ci ildə "yaşıl enerji"nin ümumu enerji istehsalında payı 32,6, 2030-cu ildə isə 35 faizə çata bilər.

Cəmi 5 ay əvvəl BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Cəbrayıl rayonunda 240 MVt gücündə "Şəfəq" Günəş-Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilmişdir. Bu, işğaldan azad olunmuş ərazilərdə xarici investisiya hesabına həyata keçirilən ilk sənaye miqyaslı günəş enerjisi layihəsidir. Eyni zamanda Cəbrayıl rayonunda 100 MVt gücündə daha bir günəş-elektrik stansiyasının tikintisi nəzərdə tutulur. Layihəyə dair müqavilə Energetika Nazirliyi ilə "Nobel Energy Management" MMC arasında ötən ilin martında imzalanıb. Layihənin birinci mərhələsi üçün planlaşdırılan 50 MVt gücündə stansiyanın tamamlanması 2027-ci ildə başa çatacaq. Stansiyada hər il 180 milyon kVt/saat elektrik enerjisi istehsal etmək mümkün olacaq ki, bu da təxminən 58 min ev təsərrüfatının elektriklə təmin olunması deməkdir. 

Xatırladaq ki, 2024-cü ildə Bakı Enerji Həftəsi çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkəti ilə ümumi qoyuluş gücü 1000 MVt olan layihələr üzrə müqavilələr imzalanmışdır. Həmin müqavilələrə Biləsuvarda 445, Neftçalada 315 MVt gücündə günəş, Abşeron-Qaradağda isə 240 MVt gücündə külək-elektrik stansiyalarının tikintisi daxildir. COP29 çərçivəsində isə "SOCAR Green" MMC, "Masdar", Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı və Asiya İnfrastruktur və İnvestisiya Bankı arasında Biləsuvar və Neftçalada fəaliyyətə başlayacaq iki günəş enerjisi layihəsinin maliyyələşdirilməsi üzrə sənədlər imzalanmışdır. Ümumi dəyəri 670 milyon dollar olan bu layihələr 2027-ci ildə istismara veriləcək. Həmin stansiyalarda ildə 1,7 milyard kVt/saatdan çox "yaşıl enerji" istehsal ediləcək. Bununla da ildə 380 milyon kubmetr təbii qazın qənaətinə şərait yaradılacaq.

Bunlar Azərbaycanın daha çox sabahı üçün nəzərdə tutulan böyük işlərdir. Həmin layihələrin həyata keçirilməsi başa çatdıqdan sonra elektrik enerjisinin istehsalında nəhəng irəliləyişlər olacağı şübhəsizdir. Onların üzərinə bu ilin əvvəlindən istehsal edilən elektrik enerjisinin həcmini də əlavə etsək, vəziyyət tam aydın olar. Energetika Nazirliyinin məlumatına görə, yanvar-mart aylarında ölkə üzrə elektrik enerjisinin istehsalı 7 milyard 171,8 milyon kVt/saat olub. Bu müddət ərzində İES-lərdə 6 milyard 318,3 milyon, SES-lərdə 669,6 milyon, digər mənbələr üzrə isə 183,9 milyon, o cümlədən külək-elektrik stansiyalarında 9,5 milyon, günəş-elektrik stansiyalarında 112,5 milyon, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 61,9 milyon kVt/saat elektrik enerjisi istehsal edilib. 

Nazirliyin məlumatında daha sonra bildirilir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bərpaolunan enerji mənbələri üzrə elektrik enerjisi istehsalında 243,9 milyon kVt/saat artım olub. Üç ay ərzində elektrik enerjisinin istehsalı "Azərenerji" ASC üzrə 6 milyard 385 milyon, "Azərişıq" ASC üzrə külək-elektrik stansiyalarında 6,3 milyon, müstəqil elektrik stansiyaları üzrə 689,3 milyon kVt/saata çatıb. Bu dövrdə elektrik enerjisinin ixracı 385 milyon, idxalı 35,7 milyon kVt/saat təşkil edib. Energetika Nazirliyi onu da qeyd edib ki, 2025-ci ilin mart ayında ölkə üzrə elektrik enerjisinin istehsalı 2 milyard 319,1 milyon kVt/saat, elektrik enerjisinin ixracı 85,6 milyon, idxalı isə 16,1 milyon kVt/saat olub.

İxrac demişkən. Azərbaycan 2030-cu ilədək bərpaolunan enerji mənbələrindən 7 QVt enerji istehsal etməyi planlaşdırır ki, onun da 5 QVt-ı ixrac ediləcək. Bu məqsədə çatmaq üçün ölkəmiz bərpaolunan enerji mənbələrinin inkişaf strategiyasının bir hissəsi kimi "yaşıl enerji" dəhlizlərinin yaradılması üzərində çalışır. Hazırda Azərbaycan-Gürcüstan-Avropa dəhlizinin (Qara dəniz enerjisi) texniki-iqtisadi əsaslandırılması hazırlanır. Eləcə də 1,5 QVt gücündə Azərbaycan-Türkiyə "yaşıl enerji" dəhlizinin yaradılması layihəsi də planlaşdırılır. Bu layihə Xəzər dənizinin Azərbaycan sektorunda hasil edilən "yaşıl enerji"nin Gürcüstana, oradan da Qara dənizin dibi ilə çəkiləcək kabel vasitəsilə Avropaya nəqlini nəzərdə tutur.


Züleyxa ƏLİYEVA,

"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Cüdo üzrə Azərbaycan çempionatında fərdi mübarizəyə yekun vurulub 

23:11
06 Dekabr

Zelenski: Amerika ilə növbəti addımlar və müzakirə formatları barədə razılığa gəlmişik  

22:41
06 Dekabr

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə keçirilən beynəlxalq konfrans çərçivəsində ikitərəfli görüşlər davam edir  

21:35
06 Dekabr

Timişoarada Azərbaycan Rumıniya münasibətləri barədə müzakirə aparılıb  

20:20
06 Dekabr

Almaniya Kansleri İordaniya və İsrailə səfər edib  

19:51
06 Dekabr

Misli Premyer Liqasında XIV tura start verilib  

19:21
06 Dekabr

Cənubi Afrikada bir otelə basqın nəticəsində 11 nəfər qətlə yetirilib  

17:53
06 Dekabr

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib YENİLƏNİB  

17:48
06 Dekabr

 Xalq artisti Qədir Rüstəmovun anadan olmasının 90 illiyi qeyd edilib

17:41
06 Dekabr

Qadınlar və kişilər arasında cüdo üzrə Azərbaycan çempionatının açılış mərasimi olub

16:59
06 Dekabr

Kişineuda xeyriyyə yarmarkasında Azərbaycan öz stendi ilə təmsil olunub  

16:21
06 Dekabr

ABŞ Prezidenti Donald Tramp Prezident İlham Əliyevə təşəkkür edib

16:07
06 Dekabr

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampdan

16:00
06 Dekabr

D-8 ölkələrinin Gənclər Dialoqunun açılış mərasimi keçirilib YENİLƏNİB 

15:53
06 Dekabr

Ombudsman Aparatının nümayəndələri Cenevrədə səfərdədirlər  

15:51
06 Dekabr

“Türkiye” qəzeti: Türkiyənin sərhəd əyalətlərində Zəngəzur Dəhlizinin açılışına hazırdırlar  

15:40
06 Dekabr

Sudanın Cənubi Kordofan vilayətində 79 mülki şəxs qətlə yetirilib  

15:37
06 Dekabr

Azərbaycan ilə Gürcüstan arasında təhsil və elm sahələrində əməkdaşlığın perspektivləri müzakirə olunub  

15:37
06 Dekabr

Yalçın Rəfiyev: Bakıda yeni D-8 mərkəzləri açmaq niyyətindəyik  

15:35
06 Dekabr

Azərbaycan gənclərinin COP29 təcrübəsini D-8-ə üzv ölkələrin gəncləri ilə bölüşmələrini istəyirik 

15:32
06 Dekabr

Azərbaycan TDT-yə üzv və müşahidəçi ölkələrlə uğurlu təcrübələrin mübadiləsinə hazırdır  

15:31
06 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!