Böyük Britaniya Parlamentinin üzvü Bob Blakman 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı Britaniya Parlamentində çıxış edib.
AZƏRTAC xəbər verir ki, deputat çıxışında azərbaycanlılara qarşı törədilmiş qətliamı xatırladaraq, İcmalar Palatasının bu dəhşətli hadisələr zamanı həyatını itirən insanları ehtiramla yad etməsinin vacib olduğunu deyib.
Blakman çıxışında Qarabağın işğaldan azad edilmiş ərazilərindəki mina təhlükəsinə də toxunub. O, qeyd edib ki, hazırda bu ərazilərdə yüzlərlə mina əl ilə təmizlənməkdədir. Deputat Böyük Britaniya hökumətinə müraciət edərək Azərbaycanın minatəmizləmə səylərinə dəstək göstərilməsini istəyib: “Azərbaycan xalqına qarşı törədilmiş soyqırımın ildönümündə faciəvi şəkildə həyatını itirənləri yad etmək vacibdir. Bu gün işğaldan azad edilmiş Qarabağda hələ də yüzlərlə mina əl ilə təmizlənir. Hökumət Azərbaycanın bu minaları təmizləməsinə necə dəstək göstərə bilər ki, həmin torpaqlar faydalı məqsədlər üçün istifadə olunsun?”
Deputatın çıxışına cavab olaraq, Britaniyanın Avropa, Şimali Amerika və Dənizaşırı Ərazilər üzrə dövlət naziri Stiven Dauti deputatın haqlı olaraq minalar məsələsini qaldırdığını bildirib və Böyük Britaniyanın dünyada minatəmizləmə sahəsində oynadığı mühüm rolu vurğulayıb: “Bildiyiniz kimi, Böyük Britaniya bu sahədə dünyada mühüm rol oynayır. Azərbaycanın minatəmizləmə səylərinə dəstəklə bağlı Britaniyanın dəstəyi də bəllidir”.
Britaniyalı nazir çıxışında regionda sülhün əhəmiyyətinə də toxunub.
İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzanidən
YAP Bərdə rayon təşkilatının kollektivi şəhid ailələri ilə birgə Şuşa, Xocalı və Xankəndiyə səfər ediblər
Maqnit qasırğası müşahidə edilir
Bəzi xarici şirkətlərdən ölkəmizə məhsul idxalına qadağa qoyulub
Ağdərə sakini: Ötən illər ərzində doğma yurdumuza qovuşacağımızı gözləmişik
Azərbaycanın xarici işlər naziri Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərə gedib
Özbəkistan Prezidenti Parlamentlərarası İttifaqın 150-ci Assambleyasında qlobal çağırışlardan danışıb
Britaniya parlamentarisi lord Con Man ilə Azərbaycan-Britaniya münasibətləri müzakirə olunub
EMTA fəaliyyət istiqamətlərinə dair 2025-ci ilin I rübü üzrə nəticələri açıqlayıb
Parlamentin növbəti iclasının gündəliyi bəlli olub
Azərbaycan və Böyük Britaniya parlament üzvləri ikitərəfli əməkdaşlıq imkanlarını müzakirə ediblər
Premyer Liqa: “Neftçi” səfərdə “Şamaxı”ya qalib gəlib
Azərbaycanın iki parabadmintonçusu Gimnaziadanın qızıl medalına layiq görülüb
Müstəqilliyimiz əbədidir: El gücünün qarşısında heç bir qüvvə dayana bilməz
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Yerin qütblərinə ilk kosmik uçuş həyata keçirilib
Birinci sinfə qəbulda prioritet tətbiq olunacaq paytaxt məktəblərinin siyahısı açıqlanıb
Britaniyada idarəçiliyin optimallaşdırılması məqsədilə dövlət orqanlarında yüzlərlə iş yeri bağlanılacaq
Gimnaziada: Azərbaycan qılıncoynadanı qızıl medal qazanıb
Abidələrin vahid formada pasportlaşdırılması üçün hüquqi baza yaradılır
İran XİN: Tehran heç vaxt nüvə silahı hazırlamayacaq
Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ başlayır04 Aprel 2025
SÜLHSEVƏR DÜNYANIN FİKİR ÜNVANI03 Aprel 2025
Yenidən qurulan Ağdamda Böyük qayıdış təntənəsi02 Aprel 2025
Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbrik28 Mart 2025
Son 5 ilin Novruzu20 Mart 2025
Mediasiyanın effektivliyinin artırılması məqsədilə bir sıra normalar təkmilləşdirilir19 Mart 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!