19 Iyul 2024 14:38
100
DÜNYA
A- A+

Böyük Britaniyanın Baş naziri Ukrayna Prezidenti ilə görüşüb

 

Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyanın rəsmiləri ilə danışıqlar aparmaq üçün Britaniya Baş Nazirliyinin ofisi olan “10 Downing Street”ə gəlib.

AZƏRTAC xəbər verir ki, onu Böyük Britaniyanın Baş naziri Kir Starmer qarşılayıb. Böyük Britaniyaya üçüncü səfərini edən Ukrayna Prezidenti həm də 1997-ci ildə ABŞ Prezidenti Bill Klintondan sonra Nazirlər Kabinetində çıxış edən ilk xarici lider olacaq.

Kir Starmer V.Zelenski ilə görüşü çox xüsusi məqam adlandırıb. O, həmçinin bu görüşün Britaniyanın Ukrayna xalqına dəstəyini bir daha ifadə etmək və Kiyevlə birlikdə olmaq əzmini bir daha təsdiqləmək üçün fürsət olduğunu deyib.

Volodimir Zelenski müharibədə Ukraynaya kömək üçün əldə oluna biləcək önəmli qərarları müzakirə etmək istədiyini vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video