17 İyul 2026 10:05
710
DÜNYA
A- A+
Bolqarıstan "istəklilər koalisiyası"nda iştirakdan niyə imtina edib?

Bolqarıstan "istəklilər koalisiyası"nda iştirakdan niyə imtina edib?


Xəbər verildiyi kimi, Bolqarıstan Rusiya təcavüzünə qarşı müdafiədə Ukraynanı dəstəkləmək üçün yaradılan "istəklilər koalisiyası"nda iştirak etməkdən imtina edib. Ölkənin Fransada səfərdə olan yeni Baş naziri Rumen Radev Parisdə media nümayəndələrinə bildirib: "Bolqarıstanın yeri orada deyil".

O, Fransa Prezidenti Emmanuel Makrondan "istəklilər koalisiyası"na qoşulmaq üçün dəvət aldığını, lakin Parisə başqa bir səbəbdən -  14 iyulda qeyd olunan Fransanın milli bayramı - Bastiliya Gününün qeyd olunması üçün gəldiyini bildirib.

R.Radevin mövqeyi budur ki, Kiyevə hərbi yardım göstərmək silahlı münaqişəni uzadır və yalnız gücləndirilmiş diplomatik səylər eskalasiyaya son qoya bilər. Bolqarıstanın Baş naziri həmçinin bildirib ki, o, otən ay Sofiyanın "milli maraqlarını qorumaq" üçün Avropa İttifaqından rus pravoslav kilsəsinin rəhbəri patriarx Kirilə və "Lukoil"un keçmiş prezidenti Vahid Ələkbərova qarşı sanksiyalar tətbiq etməməyi tələb edib. İyunun 18-də keçmiş prezident Rumen Radevin Baş nazir kimi ilk dəfə qatıldığı Avropa Şurasının iclasında o, patriarx Kiril və V. Ələkbərov qara siyahıdan çıxarılmasa, rəsmi Sofiyanın 21-ci sanksiyalar paketinə veto qoyacağını bildirib.

Bu arada Polşanın Baş naziri Donald Tusk Parisdə Ukraynaya kömək etmək istəyən ölkələrin Zirvə görüşündən sonra bildirib ki, Polşa, Böyük Britaniya və Fransa qoşunları "istəklilər koalisiyası"nın ilk təlimlərində iştirak edəcəklər. Təlimlər bu payız Polşada keçiriləcək. Donald Tusk bildirib ki, hərbi təlimlər Kiyevi dəstəkləyən bir qrup ölkəni sülh razılaşması və ya atəşkəs əldə edildikdən sonra "Ukrayna, eləcə də bütün region üçün konkret təhlükəsizlik zəmanətləri" təmin etməyə hazırlamaq məqsədi daşıyır. Eyni zamanda Tusk Ukraynada tezliklə sülhün bərqərar olacağını gözləmədiyini qeyd edib. Baş nazirin dediyinə görə, Rusiya Prezident Vladimir Putinin rəhbərliyi altında münaqişəni ən azı qışa qədər uzadacaq. Donald Tusk jurnalistlərə bildirib: "Rusiya və Putinin sərt mövqeyi nəzərə alınmaqla, hazırda yaxın gələcəkdə atəşkəs və ya sülh razılaşmasının əldə edilməsi ehtimalı azdır". O əlavə edib ki, indiki vəziyyətdə daha çox Rusiyanın hücumlarının artması ehtimal olunur.


Rizvan CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"BANK RESPUBLİKA" ASC SƏHMDARLARININ NƏZƏRİNƏ!  

00:57
25 Avqust

Prezident İlham Əliyevin sosial media hesablarında Özbəkistana dövlət səfərinə dair videoçarx paylaşılıb  VİDEO  

23:18
24 Avqust

Xalq artisti Tofiq Bakıxanovla vida mərasimi sabah Təzə Pir məscidində olacaq

21:44
24 Avqust

Dünya okeanlarında temperatur rekord həddə çatıb

21:09
24 Avqust

Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub 

20:40
24 Avqust

Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb

19:57
24 Avqust

Nazir: Azərbaycan-Özbəkistan sənədləri mühüm layihələrin icrası baxımından əhəmiyyət daşıyır

18:51
24 Avqust

Şuşa şəhərində keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

18:07
24 Avqust

“LaGazetteaz” Prezident İlham Əliyevin Özbəkistan səfərinin mühüm məqamlarını işıqlandırıb

18:01
24 Avqust

Azərbaycan-Özbəkistan münasibətləri sərgi fəaliyyətində də öz əksini tapır

17:54
24 Avqust

Özbək professor: Elm və təhsil xalqlarımızı birləşdirən ən dayanıqlı körpülərdən birinə çevriləcək  

17:46
24 Avqust

DSMF Tovuzda ictimai dinləmə təşkil edib

17:17
24 Avqust

“ASAN xidmət” və Özbəkistanın Dövlət Xidmətləri mərkəzləri arasında təcrübə mübadiləsi aparılacaq  

17:15
24 Avqust

Özbəkistanlı deputat : Azərbaycanla münasibətlərimiz konkret imkanlar diplomatiyasına keçid edir

17:13
24 Avqust

Rəcəb Tayyib Ərdoğan: Türkiyə regionda sabitliyi pozmaq cəhdlərinin əleyhinədir

16:53
24 Avqust

Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxara şəhərindəki “Poyi-Kalon” kompleksi ilə tanış olublar

16:49
24 Avqust

Buxara şəhərində “Ark” qalası ilə tanışlıq

16:41
24 Avqust

Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar YENİLƏNİB  

16:41
24 Avqust

“Yanardağ” qoruğunu ən çox hansı ölkələrin vətəndaşları ziyarət edib?

16:27
24 Avqust

Azərbaycan və Özbəkistan: ikitərəfli münasibətlərdən müttəfiqliyə və əbədi dostluğa

15:59
24 Avqust

Azərbaycanlı alimlər dezinformasiyanın aşkarlanması üçün süni intellektə əsaslanan yeni üsul işləyiblər  

15:57
24 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!