14 Dekabr 2024 08:45
301
SİYASƏT
A- A+
Bölgədə savaşa çalışanlar Ermənistanı məhvə sürükləyirlər

Bölgədə savaşa çalışanlar Ermənistanı məhvə sürükləyirlər


Azərbaycanın qətiyyətli siyasəti nəticəsində Cənubi Qafqazda tamamilə yeni mühit formalaşıb. Bakının məqsədyönlü addımları bölgədə normallaşmaya, sülhə münbit şərait yaratmaqla yanaşı, regionda maraqları olan xarici qüvvələrin də məkrli planlarını alt-üst edib. Konkret olaraq, vaxtilə münaqişənin danışıqlar yolu ilə həll edilməsində vasitəçi tərəf olaraq Ermənistanın işğalçılıq siyasətinə, Qarabağda erməni separatizminə hər cür dəstək verən müstəmləkəçi Fransa regiondan qovulub. 


"Binokl diplomatiyası" nəyə xidmət edir?


Təkcə 2024-cü ilin ötən dövrünə nəzər  saldıqda Ermənistan ilə Azərbaycan arasında normallaşma istiqamətində xeyli müsbət irəliləyişlərə nail olunduğunu görürük. Bunlardan ən başlıcası iki ölkə rəsmilərinin bir neçə dəfə kənar vasitəçilərə ehtiyac görmədən dialoqlar həyata keçirmələridir. Eyni zamanda sərhədlərin delimitasiya və demarkasiya işlərinə start verilib, Qazaxın dörd kəndi azad edilib. 17 maddə və preambuladan ibarət sülh müqaviləsi layihəsinin artıq 15 maddəsi razılaşdırılıb, 2-si ilə bağlı işlər davam edir.

Təbii ki, hadisələrin bu tendensiya ilə getməsi Avropa İttifaqını (Aİ) və Fransanı qane etmir. Buna görə də onlar Vətən müharibəsindən dərhal sonra bölgəyə süni şəkildə pərçimlənmək üçün müxtəlif mənfur planlar hazırlayıblar. Aİ-nin dırnaqarası mülki müşahidə missiyası da bu planların tərkib hissəsidir. 2022-ci ilin dekabrından, əslində, qısa müddətlik zaman ərzində fəaliyyət üçün işə başlayan bu missiya Azərbaycanın razılığı olmadan hazırda da varlığını sürdürür və ötən müddətdə onun iş-gücü bölgədə suları bulandırmaqdan ibarət olub. Onu da deyək ki, bu missiyanın fəaliyyətinə dördəlli razılıq verən və vaxtının uzadılması tərəfdarı olan  təcavüzkar Ermənistan elə hesab edirdi ki, Aİ-nin bu missiyasını özünə qalxan edərək Azərbaycana qarşı istədiyi özbaşınalığı edə biləcək. Amma törətdiyi təxribatlara qarşı hər dəfə aldığı layiqli cavablar haylara nəzəriyyənin başqa, praktikanın bambaşqa olduğu gerçəkliyini başa saldı. Ötən müddətdə Aİ-nin bu missiyası Ermənistan tərəfdən durbinlə Azərbaycana sarı baxmaqla (onların burada nə görmək istədikləri də bir başqa müəmmadır) məşğul olub. Yəni sözün bir başqa anlamında mülki müşahidə missiyasının diplomatları bu boyda vaxtı lüzumsuz işlərə sərf ediblər.  

Fəaliyyət müddətinin başa çatmasına az qalsa da, maraqlı tərəflər sözügedən missiyanın müddətinin uzadılması istiqamətində aktiv müzakirələr aparırlar. 


Aİ missiyasının fəaliyyəti başa çatmalıdır


Lakin rəsmi Bakı bir neçə dəfə ən yüksək səviyyədə elan edib ki, Aİ-nin mülki müşahidə missiyasının bölgədə fəaliyyətinə heç bir ehtiyac yoxdur. 

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında bildirib ki, iki ölkənin sərhədində üçüncü dövlətin qüvvələrinin yerləşdirilməsi narahatlıq doğuran faktdır. Azərbaycan Respublikası dəfələrlə bunu bildirib: "Biz Ermənistan-Azərbaycan sərhədində Avropa İttifaqının  missiyasının yerləşdirilməsinə hər hansı lüzum görmürük".

Avropa İttifaqının Ermənistandakı missiyasının fəaliyyətinin başa çatmalı olduğunu vurğulayan Prezidentin köməkçisi əlavə edib: "Azərbaycan Prezidentinin, Fransa prezidenti Emmanuel Makronun, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin (sabiq prezidenti - red.) və Ermənistanın baş nazirinin iştirakı ilə Praqada razılaşdırılmışdı ki, missiya qısamüddətli olacaq. Amma gördüyümüz kimi, missiya davamlı prosesə çevrilir və onun tərkibi genişləndirilir. Hətta coğrafi mandat ərazisi də genişləndirilməkdədir".

Hikmət Hacıyev bildirib ki, Azərbaycanla Ermənistan arasında qarşılıqlı anlaşma və sülh şəraitində delimitasiya-demarkasiya prosesi aparılırsa, burada üçüncü qüvvənin olması, onun tərkibinin hərbi xarakterli qüvvələrlə zənginləşdirilməsinə və genişləndirilməsinə ehtiyac görmürük. Ona görə də sülhün gücləndirilməsi bilavasitə Azərbaycanla Ermənistan arasında olan prosesdir və ikitərəfli xarakter daşıyır. Əksinə, üçüncü qüvvənin iki ölkənin sərhədində olması vəziyyətin müəyyən dərəcədə gərginləşdirilməsinə, Avropa İttifaqının bütövlükdə Cənubi Qafqazda hərbi amil kimi meydana çıxmasına xidmət edir.


Fransa Ermənistanın silahlandırılması proqramında iştirak edir


Regionla bağlı mənfur xarici qüvvələrin bir başqa planı isə savaşdır. Bu qanlı ideyanın əsas müəlliflərindən olan və Cənubi Qafqazı da koloniyasına çevirmək istəyən Fransa  siyasi iradəsi olmayan İrəvanı öldürücü silahlarla təchiz edərək, onu müharibə avantürasına sürükləyir. 

"Ermənistanın militarizasiya proqramı həyata keçirilir. Bunun arxasında duran əsas qüvvələrdən biri Avropa İttifaqının və NATO-nun üzv ölkəsi olan Fransadır. Təəssüf ki, Fransa özünün beynəlxalq öhdəliklərinə rəğmən Ermənistanın silahlandırılması ilə bağlı proqramda iştirak edir", - deyə sözügedən açıqlamasında Prezidentinin köməkçisi Hikmət Hacıyev bildirib ki, beynəlxalq münasibətlərin məcəllələşdirilməsi prosesi İkinci Dünya müharibəsindən sonra başlayıb. Bu prosesdən sonra azsaylı ölkələr var ki, işğal və təcavüz törədib.

Hikmət Hacıyev vurğulayıb ki, Ermənistan da belə bir cinayət törətmiş ölkədir. Bu baxımdan Ermənistanın silahlandırılması məsuliyyətli parametrlər çərçivəsində olmalıdır: "Ermənistana, xüsusilə Fransa tərəfindən verilən öldürücü və hücum xarakterli silahlar ciddi narahatlıq doğurmaqdadır. Ermənistanın silahlandırılması təkcə Fransa deyil, başqa dövlətlər tərəfindən də həyata keçirilir".

Göründüyü kimi, 44 günlük müharibənin, eləcə də 23 saatlıq antiterror tədbirlərinin özü üçün ağır nəticələrini unudan Ermənistanı hazırda sülh yox, revanş düşündürür. Buna görə də təcavüzkar ölkə tərkibində Azərbaycana qarşı ərazi iddiaları olan konstitusiyasını dəyişməkdən yayınır, ATƏT-in ölü Minsk qrupunu diriltməyə cəhd edir, "binokl diplomatiyası"nın vaxtını uzatmağa çalışır. 

Belə demək mümkünsə, hazırda boynunu aşan siyasət dəryasında çabalayan Ermənistan saman  çöplərindən yapışmaqla qurtulmağa çalışır. 

Lakin İrəvan bölgədə savaş ssenarisi yazanların ölkəsini çoxdan gözdən çıxardığını unutmamalıdır. Həm də unutmamalıdır ki, Fransanın təhriki ilə müharibəyə hazırlaşması özünü məhvə aparır. 


Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Təyyarə qəzasında həlak olanların xatirəsi Gəncədə də anılıb  

13:51
26 Dekabr

Aktauda baş verən qəzada vəfat edən sərnişinlərin və ekipaj üzvlərinin siyahısı açıqlanıb  

13:47
26 Dekabr

Azərbaycan və Qazaxıstanın Baş nazirləri arasında növbəti telefon danışığı olub  

13:40
26 Dekabr

Türkiyənin baş konsulu: Azərbaycana və Qazaxıstana istənilən köməyə hazırıq  

13:32
26 Dekabr

Təyyarə qəzasında həlak olan Anar Babayevin qardaşı: Onunla son danışığımızı həmişə xatırlayacam  

13:31
26 Dekabr

Baş konsul: Təyyarə qəzasında həlak olanların kimliyi müəyyənləşdirilir  

13:22
26 Dekabr

Sabah Azərbaycanın bəzi yerlərində fasilələrlə yağış yağacaq  

13:03
26 Dekabr

Azərbaycan Ordusunda Aktauda təyyarə qəzasında həlak olanların xatirəsi yad edilib  

12:49
26 Dekabr

Azərbaycanın Aktaudakı baş konsulluğunda anım tədbiri keçirilib

12:45
26 Dekabr

Rusiya FHN-ə məxsus “İl-76” Aktauda təyyarə qəzasında sağ qalan rusiyalıları Moskvaya çatdırıb  

12:40
26 Dekabr

Özbəkistanın xarici işlər naziri azərbaycanlı həmkarına başsağlığı verib

12:36
26 Dekabr

Samir Rzayev: Hadisənin başvermə səbəbləri ilə bağlı araşdırmalar davam edir  

12:29
26 Dekabr

Qazaxıstanın Baş naziri təyyarə qəzası ilə əlaqədar Azərbaycan Astanadakı səfirliyində olub  

12:26
26 Dekabr

Təyyarə qəzasında həlak olanların xatirəsi Naxçıvanda anılıb  

12:22
26 Dekabr

Özbəkistanın xarici işlər naziri azərbaycanlı həmkarına başsağlığı verib  

12:09
26 Dekabr

Sükut dəqiqəsi  

12:01
26 Dekabr

Azərbaycanın və Qazaxıstanın xarici işlər nazirləri arasında telefon danışığı olub  

11:40
26 Dekabr

Aktauda AZAL-ın təyyarəsinin qəzaya uğramasını araşdıran komissiya işləyir  

11:28
26 Dekabr

Beynəlxalq ictimaiyyətdən Azərbaycana başsağlığı mesajları gəlməkdə davam edir YENİLƏNİR  

11:16
26 Dekabr

Təyyarə qəzası ilə əlaqədar ombudsmanların işçi qrupunun fəaliyyəti davam edir  

11:07
26 Dekabr

FHN-in həkimi: Təyyarə qəzası nəticəsində xəsarət alan sərnişinlərdən üçünün vəziyyəti ağır qimətləndirilir  

10:48
26 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!