Dünyada baş verən son hadisələr – müharibələr, silahlı münaqişələr və sosial-iqtisadi böhran fonunda fiziki və əqli qüsurlu insanların vəziyyəti getdikcə pisləşir.
AZƏRTAC BMT-nin məlumatına istinadla xəbər verir ki, bu bəyanatı təşkilatın Baş katibinin müavini Amina Muhammed dünyanın müxtəlif ölkələrindən 4 mindən çox nümayəndənin iştirakı ilə aprelin 2-3-də Berlində keçirilən “Qlobal Əlillik Sammiti – 2025” tədbirində çıxışı zamanı verib.
BMT Baş katibinin müavini əlilliyi olan insanların cəmiyyətin bütün hissələrinə tam inteqrasiyasını təmin etmək üçün qlobal səyləri gücləndirmək məqsədi daşıyan sammitdə qeyd edib ki, əlilliyi ola insanların problemlərinin həlli prosesi uğursuzluqla müşayiət olunur. Onun sözlərinə görə, fiziki və əqli qüsurlu insanlar dünya əhalisinin 16 faizini təşkil etsələr də, onlar hələ də bir sıra səhiyyə bərabərsizliyi, o cümlədən vaxtından əvvəl ölüm halları, daha pis sağlamlıq nəticələri və ümumi əhali ilə müqayisədə yüksək xəstəlik riski ilə üzləşirlər.
Amina Muhammed əlil insanlara əlverişli imkanların yaradılmasının “ləyaqət, insanlıq, insan hüquqları məsələsi” olduğunu deyib və əlavə edib ki, bu, təkcə bəşəriyyətin ortaq dəyərləri deyil, həm də sağlam düşüncənin sınağıdır.
Baş katibin müavini Qəzza, Ukrayna və Sudan kimi münaqişə bölgələrində yaşayan insanların həssaslığını vurğulayaraq qeyd edib ki, hazırda Fələstində müasir tarixdə ən çox uşaq amputasiya olunub. “Əlilliyi olan insanlar çox vaxt əlçatmaz evakuasiya yolları, sığınacaqlar və xidmətlərlə üzləşirlər, bu, onların insan hüquqlarına və ləyaqətinə qəsddir”, -deyə o vurğulayıb.
BMT-nin araşdırmaları göstərir ki, fiziki qüsurlu insanlar münaqişələr zamanı daha çox həlak olurlar. Əlilliyi olan insanların hüquqları 2006-cı ildə Birləşmiş Millətlər Təşkilatında qəbul edilmiş sənəd ilə qorunur. Belə ki, “Əlillərin hüquqları haqqında” Konvensiya XXI əsrin ilk hərtərəfli insan hüquqları müqaviləsi kimi tanınır. Bu sənəd bütün hüquq kateqoriyalarının əlillərə necə şamil edildiyini aydınlaşdırır, onların öz hüquqlarını səmərəli şəkildə həyata keçirmələri üçün uyğunlaşmaların aparılmalı olduğu sahələri müəyyən edir”. Konvensiyadan sonra inkişaf etməkdə olan dövlətlərin təxminən 90 faizində əlilliyi olan insanlar üçün təhsili qoruyan qanunlar və ya siyasətlər mövcuddur, lakin bu ölkələrin yalnız üçdəbirində onlar üçün əlçatan məktəblər var. Eyni ölkələrdəki əlillərin yarısı nəqliyyat problemləri ilə üzləşir.
Baş katibin müavini deyib: “Bu rəqəmlərin arxasında insan amili dayanır. Fiziki qüsurlu uşaqlar təhsildən kənarda qalırlar, böyüklər isə işə gedə bilmirlər. Ailələr əsas xidmətlərdən imtina etdilər. Bu acınacaqlı vəziyyət dəyişməlidir və hamımız bunun bir hissəsi olmalıyıq”.
53 ailədən ibarət növbəti köç karvanı Suqovuşan kəndinə çatıb - YENİLƏNİB
Ağdərə sakini: Suqovuşana ailəmlə, övladlarımla qayıdıram
Keçmiş məcburi köçkün: Həsrətində olduğumuz torpaqlara qayıdırıq
David Babayan: Mən, Arayik Harutyunyan, Ruben Vardanyan və digərləri erməni sakinlərinin Azərbaycana inteqrasiyasının əleyhinə idik
Moskvada XVI-XVIII əsrlərə aid nadir artefaktlar tapılıb
Ötən il Azərbaycanın hava məkanından tranzit uçuşlar iki dəfə artıb
ABŞ Yəmənin paytaxtına aviazərbələr endirib
Ukraynada minatəmizləmə prosesində müsbət nəticələr var
Donald Tramp Ukraynanın bombalanmasını qınayıb
Milli Məclisin sədri Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb
Sabah Bakıda və Abşeron yarımadasında 31 dərəcə isti olacaq
Fransa: Partlayıcı kəmərlə hücum planı, üç gənc həbs olunub
Rəis müavini: Dərnəgül elektrik deposu Bakı metrosunun üçüncü yerüstü stansiyası olacaq
“YAŞAT” Fondu Vətən müharibəsi şəhidinin valideynlərinin tibbi ehtiyaclarının ödənilməsi üzrə dəstək göstərir
Azərbaycan xizəkçisi Qış Paralimpiya Oyunlarına ilk reytinq xallarını qazanıb
Paytaxtın təsərrüfat və digər xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə müşavirə keçirilib
Pakistanda avtobus qəzasında 11 nəfər həlak olub
Böyük Qayıdış uğurla davam edir
Nazir müavini: Bərpaolunan mənbələrdən əldə edilən enerjinin 65 faizinin ixrac edilməsi planlaşdırılıb
Azərbaycan Ordusunun mövqeləri müxtəlif istiqamətlərdən intensiv atəşə tutulub
Zəngilan şəhəri birinci yaşayış məhəlləsində 104 ailə məskunlaşacaq
Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ başlayır04 Aprel 2025
SÜLHSEVƏR DÜNYANIN FİKİR ÜNVANI03 Aprel 2025
Yenidən qurulan Ağdamda Böyük qayıdış təntənəsi02 Aprel 2025
Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbrik28 Mart 2025
Son 5 ilin Novruzu20 Mart 2025
Mediasiyanın effektivliyinin artırılması məqsədilə bir sıra normalar təkmilləşdirilir19 Mart 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
BE | ÇA | Çə | CA | Cü | Şə | Bz |
1 | 2 | 3 | 4 | 5 | 6 | |
7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
28 | 29 | 30 |
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!