26 İyun 2025 10:05
24636
Hüquq məsləhəti
A- A+
Bilmək istəyirəm

Bilmək istəyirəm


- Bir şəxs "deepfake" texnologiyası ilə başqa şəxsin üzünü istifadə edib video yayırsa, bu, cinayət sayılırmı? Həmçinin şəxsin xəbəri olmadan onun səsinin süni yolla klonlanması hüquqi baxımdan necə qiymətləndirilir?


Ümid MAHMUDLU,

Bakı şəhəri


Sualınıza cavab olaraq bildiririk ki, hazırda ölkəmizin qanunvericiliyində "deepfake" texnologiyası ilə başqa şəxsin simasının fotosundan icazəsiz istifadəyə dair birbaşa  cinayət və ya inzibati məsuliyyət  müəyyən edən maddə yoxdur. Bununla belə, çıxış yolu qismində, yəni  şəxsin "deepfake" vasitəsilə məlumatlarının yayılmasına görə Cinayət Məcəlləsinin 156-cı - "Şəxsi həyatın toxunulmazlığını pozma" maddəsi ilə cinayət işinin başlanması məqsədilə şəxsin yaşadığı ərazinin prokurorluq orqanına müraciət olunması mümkündür. Həmin maddəyə əsasən, şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və fotoçəkiliş materiallarının, səs yazılarının yayılması, habelə satılması və ya başqasına verilməsi, qanunsuz toplanılması 1000-2000 manatadək miqdarda cərimə və ya 240-480 saatadək ictimai işlər və ya 1 ilədək müddətə islah işləri ilə cəzalandırılır. Düzdür, bu maddəyə əsasən, cinayət tərkibi həqiqi məlumatların açıqlandığı halda yaransa da, hər bir halda məsələyə münasibət bildirilməsi üçün prokurorluq orqanının mülahizəsinə buraxılması tövsiyə olunur.

Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsi şəxsi həyat sirrinin toxunulmazlığına və mülki qaydada məhkəmə müdafiəsinə təminat verir. Əgər hər hansı şəxs sizin şəklinizi icazəsiz paylaşarsa və ya "deepfake" kimi platformalarda əsassız istifadə edərsə, siz yayılmış məlumatların məhkəmə qaydasında sildirilməsni tələb edə bilərsiniz.


- Özəl qurumda çalışıram. Şənbə və bazar günləri də işləyirik, amma əlavə ödəniş verilmir.  Bayram günlərində də eləcə - istirahət yoxdur. Deyəndə də cavab bu olur ki, biz özəl müəssisəyik. Bu, qanunidirmi? Hüquqlarımızı necə qoruya bilərik?


Səma MƏLİKQIZI,

Bakı şəhəri


- Sualınızda qaldırdığınız məsələlər Azərbaycan Respublikası Əmək Məcəlləsinin müddəaları ilə tənzimlənir. Əmək Məcəlləsinin 104-cü maddəsinə görə, dövlət və ya özəl müəssisədə işləməsindən asılı olmayaraq, hər bir işçiyə həftələrarası fasiləsiz istirahət günlərindən istifadə etməyə şərait yaradılmalıdır. Həftələrarası istirahət günlərinin sayı beşgünlük iş həftəsində iki gün, altıgünlük iş həftəsində isə bir gün olmalıdır. Məcəllənin 107-ci maddəsinə əsasən, fasiləsiz istehsalatlar, ticarət, ictimai iaşə, rabitə, nəqliyyat və digər xidmət müəssisələri istisna olunmaqla, istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günlərində və ümumxalq hüzn günündə işçilərin işə cəlb olunması yolverilməzdir. Məcəllənin 164-cü maddəsinə əsasən, istirahət, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əməkhaqqı aylıq maaş alan işçilərə iş aylıq iş vaxtı norması çərçivəsində görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşı məbləğindən aşağı olmamaqla, əgər iş aylıq iş vaxtı normasından artıq vaxtda görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşının 2 qat məbləğindən aşağı olmamaqla ödənilir. İstirahət, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü işləmiş işçinin arzusu ilə ona əməkhaqqı əvəzinə başqa istirahət günü verilə bilər.

Qeyd olunanları nəzərə alaraq, "biz özəl müəssisəyik" bəhanəsi qanunsuzdur. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsi özəl və dövlət sektoru üçün eyni qaydada tətbiq edilir.

Belə bir halla qarşılaşdığınız zaman ilk növbədə yazılı şəkildə işəgötürənə müraciət edin. Əmək Məcəlləsinin yuxarıda qeyd olunan maddələrini əsas göstərərək, istirahət günlərində işlə təmin olunduğunuz halda bunun üçün kompensasiya (pul və ya istirahət günü şəklində) tələb etdiyinizi bildirən müraciət məktubu yazın. Bu üsul nəticə verməzsə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə əmək hüquqlarınızın müdafiəsi üçün yaradılmış (+994 10) 525 55 45 WhatsApp nömrəsinə müraciət ünvanlaya bilərsiniz. Alternativ kimi əgər hüquqlarınız pozulursa və işəgötürən əmək müqaviləsindəki öhdəlikləri yerinə yetirmirsə, işəgötürənin olduğu yer üzrə məhkəmədə iddia qaldıra bilərsiniz. Qeyd olunmalıdır ki, məhkəməyə müraciət edən zaman mübahisənin həlli üçün "Mediasiya haqqında" qanuna əsasən icbari mediasiyadan keçmək lazımdır. Əgər mediasiya prosesi çərçivəsində mübahisə həllini tapmazsa, bundan sonra məhkəməyə  müraciət olunacaqdır.


Sualları cavablandırdı:

Fərhad NƏCƏFOV,

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə 

01:26
18 Mart

“Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 14 iyul tarixli 245-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 4 avqust tarixli 466 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:25
18 Mart

“Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, “Notariat haqqında” və “İcra haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 21 iyun tarixli 216-VIIQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 7 iyul tarixli 653 nömrəli Sərəncamının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:23
18 Mart

Gürcüstanda matəm elan edilib

01:11
18 Mart

Çempionlar Liqasında ilk 1/4 finalçı “Sporting” olub

01:10
18 Mart

Zelenski: Ukrayna 200-dən artıq hərbçi mütəxəssisi Yaxın Şərqdə göndərib  

01:09
18 Mart

Gürcüstanın Katolikos-Patriarxı II İliya vəfat edib  

23:30
17 Mart

Ceyhun Bayramov Naxçıvana dron hücumlarının İran tərəfindən araşdırılmasının vacibliyini vurğulayıb  

23:29
17 Mart

Xankəndidə Torpaq çərşənbəsi: Zəfər meydanında bayram tonqalı alovlanıb  

22:57
17 Mart

Buxara karvansarasının əsaslı bərpa və konservasiya işlərindən sonra açılışı olub  

22:51
17 Mart

Xocalıda torpaq çərşənbəsi münasibətilə bayram tonqalları yandırılıb  

22:50
17 Mart

Şuşada İlaxır çərşənbə: Qala qapısı qarşısında bayram tonqalı qalanıb  

21:23
17 Mart

Milli Xalça Muzeyində Nigar Əliyevanın sərgisi açılıb  

20:51
17 Mart

Tramp NATO-dan çıxmaq barədə: Bu düşünməli olduğumuz bir məsələdir  

20:43
17 Mart

Xocavənd şəhərində 34 ildən sonra Novruz bayramının rəmzi olan tonqal alovlandırılıb  

20:19
17 Mart

Ağdam şəhərində Novruza həsr olunmuş bayram konserti

20:03
17 Mart

Tramp: Bizim heç kimin köməyinə ehtiyacımız yoxdur

19:47
17 Mart

Nazir: Özünüməşğulluq proqramına 110 mindən çox şəxs cəlb olunub

19:01
17 Mart

Milli Məclis Aparatının rəhbəri: Parlamentlə məhkəmə orqanları arasında sıx əməkdaşlıq qurulub

18:21
17 Mart

İranla müharibəyə görə ABŞ-də ilk istefa

18:17
17 Mart

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026-cı ilin aprel ayında vətəndaşların qəbulu CƏDVƏLİ 

18:05
17 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!