03 Dekabr 2024 00:40
726
Qanunlar
A- A+
"Bələdiyyələrin statusu haqqında" və "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

"Bələdiyyələrin statusu haqqında" və "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə


Azərbaycan Respublikasının Qanunu


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 7-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. "Bələdiyyələrin statusu haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 7, maddə 405 (Cild I); 2024, № 4, maddə 370) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 16-cı maddə üzrə:

1.1.1. aşağıdakı məzmunda 1-1-ci hissə əlavə edilsin:

"1-1. Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tətbiq edilməsi və bələdiyyə iclasının iclas zalında bilavasitə iştirak etməklə keçirilməsini mümkünsüz edən digər hallarla əlaqədar bələdiyyə iclasları həmin dövr üçün videokonfrans əlaqə sistemi vasitəsilə keçirilə bilər.";

1.1.2. 2-ci hissənin dördüncü cümləsində "onun səlahiyyətlərini həyata keçirən müavini" sözləri "sədr vəzifəsini icra edən şəxs" sözləri ilə əvəz edilsin;

1.1.3. 5-ci hissənin birinci cümləsində "onun müavini" sözləri "sədr vəzifəsini icra edən şəxs" sözləri ilə əvəz edilsin;

1.2. aşağıdakı məzmunda 16-1-ci maddə əlavə edilsin:

"Maddə 16-1.  Yeni seçilmiş bələdiyyənin ilk iclasının keçirilməsi

Yeni seçilən bələdiyyənin ilk iclası Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası tərəfindən bələdiyyə seçkilərinin yekunları elan edildikdən sonra 5 iş günü müddətində keçirilir.

Bələdiyyənin ilk iclasında bələdiyyənin sədri seçilənədək yaşı daha çox olan üzv iclasa sədrlik edir.

İclasa sədrlik edən bələdiyyəyə üzv seçilmiş şəxslərin siyahısını elan edir, ilk iclası bələdiyyə sədri və iclas katibi seçilənədək aparır. 

Bələdiyyənin sədri açıq və ya gizli səsvermə yolu ilə seçilir. Bələdiyyənin sədri bələdiyyə üzvlərinin yarısından çoxunun səsini topladıqda seçilmiş hesab olunur.

Bələdiyyənin ilk iclasında bələdiyyə sədri və iclas katibi seçildikdən sonra iclasın gündəliyi təsdiq edilir."; 

1.3. 17-ci maddənin 1-ci hissəsində "bələdiyyənin tabeliyində olan müəssisə, idarə və təşkilatların" sözləri "bələdiyyələrə məxsus hüquqi şəxslərin" sözləri ilə əvəz edilsin;

1.4.    19-cu maddə üzrə:

1.4.1. 1-ci hissə ləğv edilsin;

1.4.2. 3-cü hissəyə "Bələdiyyənin sədri" sözlərindən sonra "(və ya sədr vəzifəsini icra edən şəxs)" sözləri əlavə edilsin və həmin hissədə "1-ci və 2-ci bəndlərində" sözləri "2-ci hissəsində və bu Qanunun 16-1-ci maddəsinin 4-cü hissəsində" sözləri ilə əvəz edilsin; 

1.5. 30-cu maddənin 2-ci hissəsi üzrə:

1.5.1. birinci abzasda "vətəndaşların müraciətlərinə mahiyyəti üzrə bir ay ərzində cavab verməlidirlər" sözləri "tərəfindən fiziki və hüquqi şəxslərin müraciətlərinə "Vətəndaşların müraciətləri haqqında" və "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının qanunları, inzibati icraatla bağlı müraciətlərə isə "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada baxılır" sözləri ilə əvəz edilsin;

1.5.2. ikinci abzasda "10 gün" sözləri "15 iş günü" sözləri ilə əvəz edilsin;

1.6. 33-cü maddə üzrə:

1.6.1. 1-ci hissədə "bələdiyyə müəssisələri və təşkilatları" sözləri "bələdiyyəyə məxsus hüquqi şəxslər" sözləri ilə əvəz edilsin;

1.6.2. 3-cü hissədə "özəlləşdirilən" sözü "özgəninkiləşdirilən" sözü ilə əvəz edilsin;

1.6.3. 5-ci hissənin birinci cümləsində "özəlləşdirilməsi" sözü "özgəninkiləşdirilməsi" sözü ilə, ikinci cümləsində "özəlləşdirilməsindən" sözü "özgəninkiləşdirilməsindən" sözü ilə əvəz edilsin;

1.7. 40-cı maddənin 1-ci hissəsində "özəlləşdirilməsindən" sözləri "özgəninkiləşdirilməsindən" sözləri ilə, "bələdiyyə müəssisə, idarə və təşkilatlarının" sözləri "bələdiyyələrə məxsus hüquqi şəxslərin" sözləri ilə əvəz edilsin;

1.8. 41-ci maddənin 4-cü hissəsində "Bələdiyyələrin mülkiyyətində olan müəssisə və təşkilatların" sözləri "Bələdiyyəyə məxsus hüquqi şəxslərin" sözləri ilə əvəz edilsin;

1.9.  48-ci maddənin birinci hissəsinin ikinci cümləsi aşağıdakı redaksiyada verilsin:

"Bələdiyyələr (bələdiyyə sədrləri və ya sədr vəzifəsini icra edən şəxslər) qərar qəbul etdiyi tarixdən 3 iş günü ərzində həmin qərarı elektron sənəd formasında bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın informasiya sistemində yerləşdirməlidirlər.";

1.10. 52-2-ci maddə üzrə:

1.10.1. 1-ci hissədə "Məclisinə" sözündən sonra "aprel ayının 1-dək" sözləri əlavə edilsin;

1.10.2. 2-ci hissə aşağıdakı redaksiyada verilsin:

"2. Bələdiyyələr öz nizamnaməsində müəyyən edilmiş qaydada yerli büdcənin icrası haqqında yarımillik və illik maliyyə hesabatını bələdiyyə iclasına təqdim edirlər. Yarımillik maliyyə hesabatları hesabat dövründən sonrakı ayın    15-dək, illik maliyyə hesabatları növbəti il yanvarın 30-dək təqdim edilməlidir. Bələdiyyələr təqdim edilmiş maliyyə hesabatlarını bələdiyyə iclasının qərarı ilə 15 gün müddətində təsdiq edirlər.";

1.10.3. 3-cü hissə üzrə:

1.10.3.1. birinci abzasın birinci cümləsi aşağıdakı redaksiyada verilsin:

"Bu maddənin 1-ci və 2-ci hissələrində nəzərdə tutulan hesabatlardan başqa, bələdiyyə hər ilin yanvar ayının üçüncü həftəsi ərzində əvvəlki il üzrə görülmüş işlər haqqında, o cümlədən bələdiyyə mülkiyyətinin istifadəsi haqqında seçicilərinə hesabat verir.";

1.10.3.2. birinci abzasın üçüncü cümləsində "hesabat" sözü "bu maddənin   2-ci və 3-cü hissələrində nəzərdə tutulan hesabatlar" sözləri ilə əvəz edilsin;

1.10.3.3. ikinci abzasın birinci cümləsi çıxarılsın;

1.10.4. aşağıdakı məzmunda 3-1-ci hissə əlavə edilsin:

"3-1. Bu maddədə göstərilən hesabatlar bələdiyyə iclasında təsdiq edildikdən dərhal sonra qərara əlavə olunaraq inzibati nəzarəti həyata keçirən orqanın informasiya sistemində yerləşdirilir.".

Maddə 2. "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 6, maddə 268 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 6-cı maddə üzrə:

2.1.1. 6.1-ci maddədə "aktların bir surətini həmin aktların qəbul edildiyi andan 5 iş günündən gec olmayaraq inzibati nəzarəti həyata keçirən orqana göndərməlidirlər" sözləri "aktları qəbul edildiyi tarixdən 3 iş günündən gec olmayaraq inzibati nəzarəti həyata keçirən orqanın informasiya sistemində (bundan sonra - informasiya sistemi) yerləşdirməlidirlər" sözləri ilə əvəz edilsin; 

2.1.2. 6.2-ci maddədə "daxil olduğu" sözləri "informasiya sistemində yerləşdirildiyi" sözləri ilə əvəz edilsin, həmin maddəyə "günü" sözündən sonra ", əlavə araşdırma tələb olunarsa, 30 iş günü" sözləri və aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

"İcraat zamanı əlavə məlumatların və ya sənədlərin əldə edilməsi tələb edildikdə, inzibati nəzarəti həyata keçirən orqanın həmin müddəti 30 iş günü uzatmaq hüququ vardır."; 

2.2. 7-ci maddə üzrə:

2.2.1. 7.3.1-ci maddədə "tutulmuş" sözündən sonra "qaydada" sözü əlavə edilsin;

2.2.2. 7.3.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

"7.3.2. inzibati nəzarət icraatına başlamaqdan imtina edir və bu barədə müraciət edənə əsaslandırılmış rəsmi məlumat göndərir.";

2.3. 8-ci maddə üzrə:

2.3.1. 8.1-ci maddə aşağıdakı redaksiyada verilsin:

"8.1. İnzibati nəzarət icraatı bu Qanunun 5.0.1-ci maddəsi ilə müəyyən edilən əsas üzrə aparıldıqda, inzibati nəzarət icraatının başlanma tarixi bələdiyyə aktının informasiya sistemində yerləşdiyi gündən hesablanır. 

Bu Qanunun 5.0.1-ci maddəsi ilə müəyyən edilən əsas üzrə inzibati nəzarət icraatı bu Qanunun 8.1-ci maddəsinin üçüncü abzası nəzərə alınmaqla informasiya sistemi vasitəsilə həyata keçirilir.

İnzibati nəzarəti həyata keçirən orqan bu Qanunun 5.0.1-ci və 5.0.2-ci maddələri ilə müəyyən edilən əsaslar üzrə inzibati nəzarət icraatı zamanı mübahisə doğuran bələdiyyə aktının və bu aktın qəbul edilməsi ilə bağlı əlavə sənədlərin və ya məlumatların ona göndərilməsi barədə müvafiq bələdiyyəyə müraciət edir. Bələdiyyə həmin sənədləri və ya məlumatları sorğunu aldığı tarixdən 3 iş günü ərzində, həmin sənədlərin və ya məlumatların əldə edilməsi əlavə zaman tələb etdiyi halda isə 10 iş günü ərzində inzibati nəzarəti həyata keçirən orqana informasiya sistemi vasitəsilə təqdim edir.";

2.3.2. 8.3-cü maddənin birinci cümləsində "müraciətin araşdırılması" sözləri "inzibati nəzarət icraatı" sözləri ilə, "aşkar" sözü "müəyyən" sözü ilə əvəz edilsin;

2.3.3. 8.4-cü maddə üzrə:

2.3.3.1. birinci cümlədə "bu Qanunun 5.0.1-ci maddəsində nəzərdə tutulmuş hallarda və ya daxil olmuş müraciətin araşdırılması" sözləri "inzibati nəzarət icraatı" sözləri ilə, "aşkar" sözü "müəyyən" sözü ilə, "müraciət" sözü "təklif təqdim edərək informasiya sistemində müvafiq aktın qarşısında qeyd" sözləri ilə əvəz edilsin;

2.3.3.2. ikinci cümlədə "müraciətə" sözü "təklifə" sözü ilə əvəz edilsin.


İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 18 oktyabr 2024-cü il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Mixail Qusman Azərbaycanın qış kurortlarından bəhs edib

23:15
22 Dekabr

Hakkan Fidan: Türkiyə olaraq tarixin doğru tərəfində durmağımızın haqlı qüruru içindəyik  

21:12
22 Dekabr

Donald Tramp prodüseri Böyük Britaniyaya xüsusi elçi təyin edib

20:51
22 Dekabr

Heydər məscidində vəhdət namazı qılınıb

19:35
22 Dekabr

Prezident Kubokunun qalibləri mükafatlandırılıb

19:30
22 Dekabr

Gürcüstan Prezidenti Salome Zurabişvili həbs oluna bilər

19:01
22 Dekabr

Azərbaycan Din Xadimlərinin Forumunun iştirakçıları İlahiyyat İnstitutunun fəaliyyəti ilə tanış olublar

18:43
22 Dekabr

Azərbaycan Din Xadimlərinin Forumunun iştirakçıları Fəxri xiyabanı ziyarət ediblər

18:17
22 Dekabr

Türkiyə XİN: Terrorla mübarizədə Pakistanla qətiyyətli həmrəyliyimizi bir daha vurğulayırıq

18:03
22 Dekabr

Xaçmazlı şəhidlərin döyüş yolundan bəhs edən film təqdim olunub

17:48
22 Dekabr

Türkiyə hakimiyyəti qaçqınların Suriyaya qaytarılması prosedurunu sadələşdirib

15:12
22 Dekabr

Türkiyədə baş verən helikopter qəzasında dörd nəfər həlak olub 

15:10
22 Dekabr

Tələbə Psixoloqların IV Respublika Konfransı keçirilib

15:07
22 Dekabr

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb

15:01
22 Dekabr

Çində dünyanın ən böyük buz və qar tematik sərgisi açılıb

14:59
22 Dekabr

Qubada Prezident Kubokuna start verilib

12:01
22 Dekabr

Almaniyanın Maqdeburq şəhərində Milad yarmarkasına hücum nəticəsində həlak olanların sayı 5-ə çatıb

11:52
22 Dekabr

Bir ovuc torpaq...

09:19
22 Dekabr

Avropa terrora təslim olur

09:13
22 Dekabr

Bakı qışa necə hazırlaşır?

09:04
22 Dekabr

"Makron rejimi Fransanı uğursuz dövlətə çevirib"

08:53
22 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!