19 Iyul 2024 15:10
104
DÜNYA
A- A+

Banqladeşdə etiraz aksiyalarında ölənlərin sayı 39-a çatıb


Banqladeşdə hökumət işləri üçün kvota sisteminə qarşı etirazlarda ölənlərin sayı 39 nəfərə çatıb. Etirazçılar 1971-ci ildə Banqladeş Müstəqillik Müharibəsi iştirakçılarının uşaqları üçün məşğulluq kvotalarının yenilənməsi qərarından narazılıqlarını bildirirlər.
Yerli polis idarəsinin rəsmiləri Anadolu agentliyinə bildiriblər ki, əksəriyyəti paytaxt Dəkkədə olan etirazlar zamanı 39 nəfər ölüb, yüzlərlə adam yaralanıb.
Ölkədə mobil internetin söndürüldüyü, sosial şəbəkələrə girişin məhdudlaşdırıldığı bildirilir. Yerli xəbər saytlarına giriş də məhduddur.
Banqladeşdə etirazlar davam edir, nümayişçilər ölkə daxilində ümumi tətil keçirirlər.
Etirazların əsas koordinatorlarından biri olan Asif Mahmud ölkə boyu ümumi tətil elan edib. Onun sözlərinə görə, etiraz aksiyası çərçivəsində bütün idarə və müəssisələrin bağlanması, eləcə də nəqliyyatın işinin tam dayandırılması nəzərdə tutulur. 


“Azərbaycan”
 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video