01 May 2026 16:24
171
CƏMİYYƏT
A- A+
Bankların adından kiberdələduzluq edən şəxslər saxlanılıblar

Bankların adından kiberdələduzluq edən şəxslər saxlanılıblar


Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi bank və bank olmayan kredit təşkilatlarının adından istifadə edilərək törədilən kiberdələduzluq cinayətlərinə qarşı növbəti əməliyyat keçirib.

DİN-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, nəticədə qeyd olunan qanunsuz əməllərdə şübhəli bilinən daha iki nəfər - 24 yaşlı Cavid Ağayev və 20 yaşlı Elşən Ağayev saxlanılıblar.

Araşdırmalar zamanı müəyyən edilib ki, onlar sosial şəbəkələrdə bank və bank olmayan kredit təşkilatlarının rəsmi səhifələrinə oxşar saxta səhifələr yaradıb, ödənişli reklamlar vasitəsilə müştəriləri cəlb ediblər. Özlərini kredit şöbəsinin əməkdaşları kimi təqdim edən C.Ağayev və E.Ağayev “sərfəli şərt, az komissiya və zamin tələb olunmadan kreditlərin verilməsi” barədə zərərçəkənlərə həqiqətə uyğun olmayan vədlər veriblər.

Vətəndaşlar kredit almaq məqsədilə saxta səhifələrin həqiqi olduğuna inanaraq bank kartlarının məlumatlarını, o cümlədən kartın bitmə tarixini, CVV və OTP təhlükəsizlik kodlarını həmin şəxslərə göndəriblər. Nəticədə məxfi kart məlumatları birbaşa şübhəli şəxslərin idarə etdiyi sistemə ötürülüb. Şəbəkə üzvləri əldə etdikləri vəsaitləri müxtəlif bank hesablarına və elektron pul kisələrinə köçürdükdən sonra nağdlaşdırıblar.

Saxlanılan şəxslər ilkin ifadələrində bu üsulla yüzlərlə vətəndaşın kart məlumatlarını ələ keçirərək, onların pul vəsaitlərini oğurladıqlarını bildiriblər.

Faktla bağlı Baş İdarədə cinayət işi başlanılıb. C.Ağayevə ittiham elan olunub və o, təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. E.Ağayev barəsində isə cinayət işi üzrə müvafiq istintaq hərəkətləri davam etdirilir.

“Bir daha vətəndaşların diqqətinə çatdırırıq ki, yalnız Mərkəzi Bank tərəfindən lisenziya verilmiş maliyyə qurumlarına etibar etsinlər. Şübhəli kredit elanları ilə qarşılaşan zaman isə dərhal polis orqanlarına müraciət etmək tövsiyə olunur”, - deyə məlumatda bildirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ABŞ və Venesuela arasında 7 illik fasilədən sonra birbaşa uçuşlar bərpa olunub  

18:57
01 May

Somali sahillərində piratçılıq yenidən artır

18:48
01 May

Nazir: Naxçıvanda fövqəladə hadisələrlə uğurla mübarizə aparılır

18:44
01 May

Diplomatik korpusun nümayəndələri Şuşa qala divarlarını ziyarət ediblər

18:43
01 May

WUF13-ün Bakıda təşkili Azərbaycanın şəhərsalma nailiyyətlərinin beynəlxalq tanınmasının göstəricisi kimi dəyərləndirilib  

18:41
01 May

“ABAD məhəllə” layihəsi çərçivəsində abadlıq və yenidənqurma işləri genişlənir

18:33
01 May

“Facebook”, “Instagram” və “WhatsApp”ın istifadəçi sayı 20 milyon nəfər azalıb

18:27
01 May

Uşaqlar üçün yol təhlükəsizliyi mövzusunda Neftçalada əyani təlim keçirilib

18:19
01 May

Azərbaycan və Sudan iqtisadi əlaqələrdə yeni mərhələyə hazırlaşır

18:15
01 May

Prezidentin köməkçisi: Avropa Parlamentinin qəbul etdiyi sənəd Azərbaycan üçün hüquqi öhdəlik yaratmır  

18:14
01 May

Strateji obyektlərə nəzarət mexanizmi təkmilləşdirilir – BİRGƏ TƏLİM

18:13
01 May

Diplomatik korpusun nümayəndələri Şuşada Dövlət Xidmətləri Mərkəzində olublar  

18:12
01 May

Hikmət Hacıyev: Azərbaycan itkin düşmüş minlərlə şəxsin taleyinə aydınlıq gətirilməsini gözləyir

18:11
01 May

“YouTube”da növbəti yenilik

18:11
01 May

Neftçalada məktəblilər arasında minifutbol turnirinə start verilib

18:03
01 May

Masallıda “Kitab festivalı – 2026” keçirilir

17:57
01 May

 Hindistanda Narmada çayında turist qayığı aşıb

17:49
01 May

Məsud Pezeşkian: ABŞ-nin mövqeyi dəyişərsə, İran diplomatik danışıqları bərpa etməyə hazırdır

17:42
01 May

Ceyhun Bayramov iranlı həmkarı ilə regional vəziyyəti müzakirə edib

17:41
01 May

Hörmüz böhranı təkcə neftin qiymətini artırmayıb

17:41
01 May

Aprelin 5-də keçirilmiş imtahanların nəticələri açıqlanıb: 8 nəfər 300 bal toplayıb 

17:40
01 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!