13 May 2026 08:45
220
CƏMİYYƏT
A- A+
Bakıda yerüstü və yeraltı piyada keçidlərində eskalator və liftlərin yenilənməsinə başlanılır

Bakıda yerüstü və yeraltı piyada keçidlərində eskalator və liftlərin yenilənməsinə başlanılır


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, Bakı şəhərində yerləşən yerüstü və yeraltı piyada keçidlərində eskalator və bəzi liftlərin yenilənməsi istiqamətində hazırlıq işlərinə başlanılır.

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətindən verilən məlumata görə, bu işlər çərçivəsində sakinlərdən daxil olan şikayətlər əsasında paytaxtın müxtəlif ərazilərində yerləşən 46 ünvandakı yerüstü və yeraltı keçiddə ümumilikdə 177 eskalatorun və 2 travelatorun (pilləsiz, gəzinti sürətini artırmaq üçün özü hərəkət edən şaquli yol) yenilənməsi nəzərdə tutulur. Eyni zamanda yerüstü piyada keçidlərində quraşdırılmış bəzi liftlərin dəyişdirilməsi və əsaslı təmiri də həyata keçiriləcək.

Yenilənəcək eskalatorların bəziləri texniki uyğunsuzluqla quraşdırılmış, digərləri isə artıq istismar müddətini başa vurmuş qurğulardır. Vətəndaşların təhlükəsizliyini və rahatlığını təmin etmək məqsədilə həmin avadanlıqlar tamamilə yeniləri ilə əvəz olunacaq.

Yeni, müasir eskalatorlar bu sahədə dünyanın aparıcı istehsalçılarından biri hesab olunan Finlandiyanın məşhur "KONE" şirkətinin istehsalı olacaq. 

Belə ki, hər bir keçid üçün nəzərdə tutulan mexanizmlər individual ölçü və texniki göstəricilərə uyğun olaraq zavod şəraitində xüsusi sifarişlə istehsal edilir. Buna görə də avadanlıqların istehsalı və çatdırılması üçün bir neçə ay vaxt tələb olunacaq. Bu səbəbdən də quraşdırma işlərinə bu ilin payızında mərhələli şəkildə başlanılması planlaşdırılır.

Hazırda Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) balansında olan sözügedən eskalator və mexanizmlər Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən yenilənərək balansa qəbul ediləcək.


Təhminə VERDİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

PAŞA Bank kiçik və orta biznes üçün yeni kampaniyaya start verib

17:59
13 May

Naxçıvanda sənaye istehsalı 13,9 faiz artıb

17:53
13 May

Düşənbədə FAO-nun Regional Konfransının 35-ci sessiyası keçirilir

17:43
13 May

Bərdədə baytar həkim və aqronomlar üçün maarifləndirici seminar keçirilib

17:34
13 May

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib

17:28
13 May

Mərkəzi Bankın nümayəndə heyəti Özbəkistan Mərkəzi Bankında olub

17:08
13 May

WUF13 çərçivəsində mədəni irs və rəqəmsal texnologiyalar müzakirə olunub  

17:03
13 May

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17:01
13 May

Azərbaycanın Bolqarıstanda yeni təyin olunmuş səfiri etimadnaməsini bu ölkənin Prezidentinə təqdim edib

16:53
13 May

Hörmüzün yaratdığı problemlər artmaqdadır

16:48
13 May

Trampın təyyarəsi Çinə eniş edib

16:41
13 May

“EFES-2026” çoxmillətli təlimində snayperlər qarşıya qoyulan vəzifələri yerinə yetiriblər VİDEO

16:39
13 May

Əziz Ələkbərli: Azərbaycan xalqının min illər boyu yaratdığı tarixi abidələrə qarşı genişmiqyaslı vandalizm siyasəti həyata keçirilib  

16:39
13 May

Media: Türkiyədə Suriya liderinin NATO sammitində iştirakı müzakirə olunmur  

16:38
13 May

Ağdərədəki mis yataqlarının istifadəsi üçün yeni istehsal sahələri yaradılacaq

16:33
13 May

Azərbaycan ICESCO Baş Konfransının 15-ci sessiyasında təmsil olunur

16:26
13 May

ADA Universitetində “Xəzər hövzəsi araşdırmaları” proqramı üzrə “Məzun günü” təşkil olunub

16:23
13 May

WUF13 Şəhərsalma Sərgisi Forum tarixinin ən böyük sərgisi olacaq

16:19
13 May

Zəngilan sakini: Uşaqlığımın yarım qaldığı torpaqlara qayıtmışam

16:15
13 May

Xankəndinin “gənclər şəhəri” kimi inkişafı planlaşdırılır

16:00
13 May

“ASAN xidmət”in nümayəndə heyəti Venesuelada

15:41
13 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!