Bakıda Rusiya Kinosu Günlərinin təntənəli açılış mərasimi olub
Nizami Kino Mərkəzində Azərbaycanda Rusiya Kino Günlərinin təntənəli açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, açılış mərasimində Rusiyanın Azərbaycandakı səfirliyinin baş məsləhətçisi Andrey Rumyantsev çıxış edərək səfir Mixail Evdokimovun adından salamlarını və xoş arzularını çatdırıb. O qeyd edib ki, Rusiya Kinosu Günləri həm tamaşaçılar, həm də Rusiya kino xadimləri üçün bayram hadisəsi olub. A.Rumyantsev əlavə edib ki, Azərbaycan xalqının qonaqpərvərliyi və mehribanlığı hər zaman gözəl dostluq mühiti yaradır.
Andrey Rumyantsev kino festivalının sovet xalqının, Azərbaycandan olan əsgər və zabitlərin, arxa cəbhədə çalışan zəhmətkeşlərin və tibb işçilərinin İkinci Dünya müharibəsindəki şücaətini, qələbəsini bir daha yada salan “Nürnberq” tarixi hadisəsi haqqında əlamətdar ekran əsəri ilə başladığını vurğulayıb. Sonda səfirliyin baş məsləhətçisi Azərbaycan rəhbərliyinə və ölkənin Mədəniyyət Nazirliyinə kino bayramının keçirilməsi üçün yaradılmış gözəl şəraitə görə minnətdarlığını bildirib.
“Azərbaycanda Rusiya Kinosu Günləri” layihəsinin prodüseri, Rusiyanın əməkdar mədəniyyət işçisi Yelena Lebedeva tədbirin təşkilinə köməklik edən hər kəsə təşəkkür edib. O vurğulayıb ki, Azərbaycanda Rusiya Kinosu Günləri Rusiya Prezidentinin Beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoyun, Dövlət Dumasının Beynəlxalq işlər komitəsinin sədri, “Rusiya Sülh Fondu” Beynəlxalq İctimai Fondunun İdarə Heyətinin sədri Leonid Slutskinin, Rusiya Xarici İşlər Nazirliyinin, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Rusiyanın Azərbaycandakı səfirliyinin, Bakıdakı Rus evinin, “İkinci nəfəs” logistika şirkətinin, “SAVALAN-ASPI WINERY” şirkətinin, “Hyatt Regency Baku” otelinin dəstəyi ilə keçirilib.
“Yeni Azərbaycan” Partiyasının sədr müavini, YAP Mərkəzi Aparatının rəhbəri Tahir Budaqov AZƏRTAC-ın müxbiri ilə söhbətində qeyd edib ki, Rusiya ilə Azərbaycanın çoxəsrlik qonşuluq tarixi var və biz tarixin müəyyən bir dövründə vahid dövlət çərçivəsində yaşamışıq. “Təbii ki, ölkələrimiz arasındakı mədəni və humanitar mübadilə xalqlarımız arasında dostluq münasibətlərinin inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. Düşünürəm ki, Rusiya kinosu bədii və informativ baxımdan çox zəngin ənənələrə və təcrübəyə malikdir. Ona görə də hesab edirəm ki, artıq ənənəvi hadisəyə çevrilən “Azərbaycanda Rusiya Kinosu Günləri” festivalı ölkələrimiz arasında mədəni münasibətlərin, xalqlarımızın yaxınlaşması və bir-birini daha yaxşı başa düşməsi üçün mühüm addımdır. Bu, təkcə regionda deyil, bütün dünyada baş verən hadisələr və geosiyasi reallıqlar nöqteyi-nəzərindən, ilk növbədə gənclər üçün böyük əhəmiyyət kəsb edir. İndiki qlobal qarşıdurmaları nəzərə alaraq, düşünürəm ki, Azərbaycan ilə Rusiya arasında münasibətlərin möhkəmlənməsi çox böyük əhəmiyyət kəsb edir”.
Tədbirdə Rusiya nümayəndə heyətini əsasən, məşhur teatr və kino aktrisası, "Çayka" teatr mükafatı laureatı Yelena Zaxarova, aktrisa və rejissor Polina Lazareva təmsil ediblər.
Teatr və kino artisti, kino festivalının bütün tədbirlərinin aparıcısı Polina Neçitaylo, atasının azərbaycanlı rəssam Səttar Bəhlulzadə ilə yaxın dost olmasına dair xatirələrini bölüşüb.
Bundan sonra tamaşaçılara festivalda baş rolun ifaçısı, Millətlər Dövlət Teatrının aktyoru Sergey Kempo tərəfindən təqdim olunan Nikolay Lebedevin rejissoru olduğu "Nürnberq" filmi nümayiş etdirilib.
Film 1945-ci ildə Nürnberqdə keçirilən Beynəlxalq Hərbi tribunalı işə başlamazdan əvvəl iki gəncin görüşündən bəhs edir.
Rusiya Kinosu Günlərinin proqramı, dörd yeni rus bədii filminin nümayişini, ardından isə hər filmi təqdim edən sənətçi ilə müzakirələri və yaradıcılıq görüşlərini əhatə edir:
Polina Lazarevanın “Qağayı” adlı ekran əsərini filmin rejissoru və ssenaristi, Vladimir Mayakovski adına Teatrın aktrisası, əfsanəvi Alla Surikovanın tələbəsi, Lazarev-Nemolyev teatr sülaləsinin nümayəndəsi Polina Lazareva təqdim edəcək.
Georgi İlyinin “Partizan meşəsinin xəzinələri” kinolenti baş rolun ifaçısı, Rusiyanın “Çayka” teatr mükafatının laureatı, məşhur teatr və kino aktrisası Yelena Zaxarova tərəfindən təqdim olunacaq.
Andrey Bulanovun “Xokkey ataları” filmini baş rolun ifaçısı, Arkadi Raykin adına Rusiya Dövlət “Satirikon” Teatrının aktyoru Aleksey Bardukov təqdim edəcək.
Kino günlərinin proqramında, həmçinin “Çink: quyruqlu detektiv” (rejissor Qriqori Vojakin) cizgi filminin nümayişi gözlənilir.
Film nümayişləri aprelin 27-dək davam edəcək və Nizami Kino Mərkəzində keçiriləcək.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar...
04 May
Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb...
04 May
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub...
04 May
Bütün dünyada jurnalistlərin işi daha təhlükəli olur
04 May
“Qızıl əlcək” sahibini tapdı
04 May
“Philips”in yeni oyun monitoru təqdim edilib
04 May
Əfsanəvi avtomobil elektromobil kimi geri dönür
04 May
ABŞ dövlət katibi: Fələstin və İsrailin birgə yaşayışını mümkün hesab edirik
04 May
--Sürü halında uçan robot arılar istehsal edilib
04 May
UEFA həftənin ən yaxşılarını açıqlayıb
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!