10 Fevral 2026 21:00
855
CƏMİYYƏT
A- A+
Bakıda İranın milli bayramı qeyd olunub

Bakıda İranın milli bayramı qeyd olunub


Fevralın 10-da İranın Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı - İslam İnqilabının 47-ci ildönümü münasibətilə rəsmi qəbul təşkil edib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycanın və İranın Dövlət himnləri səsləndirilib.

İslam Respublikasının ölkəmizdəki səfiri Müctəba Dəmirçilu bildirib ki, dost, qardaş və qonşu Azərbaycan Respublikası ilə münasibətlərin inkişafı İran İslam Respublikası üçün xüsusi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, iki ölkə arasındakı əlaqələr ortaq tarixi, mədəni, dini və dil yaxınlığına, eləcə də dərin qohumluq bağlarına əsaslanır və qarşılıqlı hörmət, mehriban qonşuluq və ortaq maraqlar prinsipləri üzərində qurulub. İran və Azərbaycan xalqları əsrlər boyu eyni coğrafi-mədəni məkanda formalaşaraq sıx və davamlı münasibətlər yaradıb.

Səfir bildirib ki, İran Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olub və bu il iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 34-cü ildönümü qeyd edilir. 1991-ci ilin dekabrında Azərbaycanın müstəqilliyinin tanınması, 1992-ci ilin martında isə Bakıda İran səfirliyinin fəaliyyətə başlaması ikitərəfli münasibətlərin möhkəm institusional əsaslar üzərində inkişafına və əməkdaşlığın genişlənməsinə mühüm töhfə verib.

Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev bildirib ki, Azərbaycan–İran münasibətləri mehriban qonşuluq, suverenliyə və ərazi bütövlüyünə qarşılıqlı hörmət, eləcə də qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri əsasında ardıcıl şəkildə inkişaf edir. Onun sözlərinə görə, ikitərəfli əlaqələrin möhkəmlənməsində hər iki ölkə prezidentlərinin nümayiş etdirdiyi siyasi iradə mühüm rol oynayır. Yüksəksəviyyəli qarşılıqlı səfərlər və müntəzəm dialoq isə münasibətlərin dinamik inkişafına və əməkdaşlıq gündəliyinin genişlənməsinə əhəmiyyətli töhfə verir.

Şahin Mustafayev qeyd edib ki, Azərbaycan və İran iqtisadiyyatın demək olar ki, bütün sahələrini əhatə edən geniş əməkdaşlıq əlaqələrinə malikdir. Nəqliyyat, enerji, ticarət, infrastruktur və kommunikasiya sahələrində birgə layihələr uğurla həyata keçirilir, Şimal–Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi və Şərqi Zəngəzur–Naxçıvan istiqamətində reallaşdırılan layihələr isə ikitərəfli əməkdaşlığın strateji xarakterini nümayiş etdirir. Bu istiqamətdə Hökumətlərarası Dövlət Komissiyasının fəaliyyəti və qarşılıqlı səfərlər əməkdaşlığın daha da dərinləşməsinə xidmət edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

13:51
07 Oktyabr

Kürdəmirin “dəmir atları” üçün yeni dayanacaq

13:37
07 Oktyabr

Bakı–Ağstafa xəttində əlavə qatarlar hərəkətə çıxacaq

13:23
07 Oktyabr

Böyük Britaniya nümayəndəsi: İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil  

13:20
07 Oktyabr

Vergi daxilolmaları 13,6 milyard manatı keçdi

13:02
07 Oktyabr

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib

12:36
07 Oktyabr

Ombudsman: Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır  

12:22
07 Oktyabr

Pakistanda əməliyyat zamanı 13 terrorçu məhv edilib

12:21
07 Oktyabr

Dörd min Azərbaycan vətəndaşının taleyi mühüm humanitar narahatlıq olaraq qalır  

12:00
07 Oktyabr

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir  

11:59
07 Oktyabr

Konqresinin hesabatı: İran müharibəsində ABŞ 81 hərbi təyyarə, helikopter və PUA itirib

11:58
07 Oktyabr

“Azərpoçt” İçərişəhərdə yeni poçt şöbəsini istifadəyə verib  

11:57
07 Oktyabr

Şamil Ayrım: İtkinlərin taleyinin müəyyənləşdirilməsi siyasi mübahisələrdən kənarda, humanitar məsələ kimi qiymətləndirilməlidir  

11:57
07 Oktyabr

Nazir: Qanun layihəsi dövlətin aqrar sahədəki vəzifələrini 32 istiqamət üzrə dəqiqləşdirir  

11:53
07 Oktyabr

Tahir Rzayev: Aqrar sahədə dəstək mexanizmini təkmilləşdirmək başlıca istiqamətdir  

11:52
07 Oktyabr

“PostEurop”un sədri: Azərbaycan poçt sektorunun transformasiyasında etibar edə biləcəyimiz ölkələrdəndir  

11:51
07 Oktyabr

ICMP-nin baş direktoru: Dünyada itkin düşmüş şəxslərin sayı artır  

11:51
07 Oktyabr

Məcnun Məmmədov: "Aqrar sahə haqqında" qanun layihəsi problemlərin həllinə yönəlib

11:50
07 Oktyabr

ICMP-nin baş direktoru Bakıda keçirilən beynəlxalq tədbir barədə: Bu müzakirələr əhəmiyyətlidir

11:34
07 Oktyabr

Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub  

11:33
07 Oktyabr

Keniyada Ebola virusuna ilk yoluxma və ölüm halı qeydə alınıb

11:31
07 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!