Yeni Azərbaycan Partiyasının təşkilatçılığı və Çin Kommunist Partiyasının nümayəndələrinin iştirakı ilə aprelin 2-də Bakıda "Azərbaycan-Çin strateji tərəfdaşlığı: Qlobal Cənubda konsolidasiya və əməkdaşlığın təşviqi" mövzusunda konfrans keçirilir.
AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Daha sonra Çin Xalq Respublikası və Azərbaycan Respublikasının dövlət himnləri səsləndirilib.
Daha sonra tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini, Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, bu gün Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasındakı münasibətlər dostluq, qarşılıqlı faydalı əməkdaşlıq və etibarlı strateji tərəfdaşlığa əsaslanır. Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev ilə Çin Xalq Respublikasının Sədri, Çin Kommunist Partiyasının Baş katibi Si Cinpin iki ölkə arasında əlaqələrin inkişafına böyük önəm verirlər. “Dövlət başçılarının iradələri sayəsində müxtəlif sahələri əhatə edən çoxşaxəli əməkdaşlığın dərinləşdirilməsi istiqamətində məqsədyönlü fəaliyyət həyata keçirilir. Fəal siyasi dialoq və davamlı diplomatik təmaslar fonunda son olaraq 2024-cü il iyulun 3-də Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”nin qəbulu müstəqil siyasət həyata keçirən iki dövlətin ortaq iradəsini ifadə etməklə gələcəyə yönəlik çox önəmli addım kimi böyük əhəmiyyətə malikdir. Bəyannamədə qeyd edildiyi kimi, tərəflər siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığı genişləndirməyə, beynəlxalq məsələlərdə qarşılıqlı fəaliyyəti gücləndirməyə, iki ölkənin ümumi maraqlarını birgə qorumağa, həmçinin regional və qlobal sülh, sabitlik və inkişaf fəaliyyətini irəlilətməyə dair razılıq əldə etmişlər. Bu, Azərbaycan ilə Çinin bir-birini prioritet və etibarlı tərəfdaş hesab edərək strateji hədəflərini ardıcıl olaraq gerçəkləşdirmək əzmini göstərir”, - deyə Tahir Budaqov bildirib.
Tədbirdə Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Liu Jianchao, Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov, AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov, ADA Universitetinin prorektoru, Milli Məclisin deputatı Fariz İsmayılzadə, Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə çıxış edəcəklər.
İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzanidən
YAP Bərdə rayon təşkilatının kollektivi şəhid ailələri ilə birgə Şuşa, Xocalı və Xankəndiyə səfər ediblər
Maqnit qasırğası müşahidə edilir
Bəzi xarici şirkətlərdən ölkəmizə məhsul idxalına qadağa qoyulub
Ağdərə sakini: Ötən illər ərzində doğma yurdumuza qovuşacağımızı gözləmişik
Azərbaycanın xarici işlər naziri Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərə gedib
Özbəkistan Prezidenti Parlamentlərarası İttifaqın 150-ci Assambleyasında qlobal çağırışlardan danışıb
Britaniya parlamentarisi lord Con Man ilə Azərbaycan-Britaniya münasibətləri müzakirə olunub
EMTA fəaliyyət istiqamətlərinə dair 2025-ci ilin I rübü üzrə nəticələri açıqlayıb
Parlamentin növbəti iclasının gündəliyi bəlli olub
Azərbaycan və Böyük Britaniya parlament üzvləri ikitərəfli əməkdaşlıq imkanlarını müzakirə ediblər
Premyer Liqa: “Neftçi” səfərdə “Şamaxı”ya qalib gəlib
Azərbaycanın iki parabadmintonçusu Gimnaziadanın qızıl medalına layiq görülüb
Müstəqilliyimiz əbədidir: El gücünün qarşısında heç bir qüvvə dayana bilməz
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Yerin qütblərinə ilk kosmik uçuş həyata keçirilib
Birinci sinfə qəbulda prioritet tətbiq olunacaq paytaxt məktəblərinin siyahısı açıqlanıb
Britaniyada idarəçiliyin optimallaşdırılması məqsədilə dövlət orqanlarında yüzlərlə iş yeri bağlanılacaq
Gimnaziada: Azərbaycan qılıncoynadanı qızıl medal qazanıb
Abidələrin vahid formada pasportlaşdırılması üçün hüquqi baza yaradılır
İran XİN: Tehran heç vaxt nüvə silahı hazırlamayacaq
Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ başlayır04 Aprel 2025
SÜLHSEVƏR DÜNYANIN FİKİR ÜNVANI03 Aprel 2025
Yenidən qurulan Ağdamda Böyük qayıdış təntənəsi02 Aprel 2025
Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbrik28 Mart 2025
Son 5 ilin Novruzu20 Mart 2025
Mediasiyanın effektivliyinin artırılması məqsədilə bir sıra normalar təkmilləşdirilir19 Mart 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!