20 May 2025 20:23
664
İQTİSADİYYAT
A- A+
Bakıda AQEM-in Biznes Şurasının 8-ci Plenar İclası və 10-cu biznes-forumu keçirilib

Bakıda AQEM-in Biznes Şurasının 8-ci Plenar İclası və 10-cu biznes-forumu keçirilib

Bakıda Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və AQEM Katibliyinin təşkilatçılığı ilə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Biznes Şurasının 8-ci Plenar İclası və 10-cu biznes-forumu keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirlərdə AQEM-ə üzv dövlətlər arasında sənaye sahəsində əməkdaşlıq, KOB-ların qlobal dəyər zəncirində iştirakı, rəqəmsallaşma, qadın sahibkarlığının inkişafı, KOB-ların yaşıl keçidi, sərhədlərarası ticarət və e-ticarət, KOB-ların investisiyalarını dəstəkləyən institusional çərçivələr, biznes sahəsində çağırışlar və imkanlar müzakirə edilib.

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Nazirlər Şurasının qərarına əsasən 2024-2026-cı illərdə Müşavirəyə Azərbaycan sədrlik edir. Azərbaycanın AQEM-ə sədrliyi çərçivəsində bu təşkilatın Biznes Şurasına sədrlik Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən həyata keçirilir.

Hibrid formatda təşkil olunan tədbirlərdə AQEM-ə üzv dövlətlərdən ümumilikdə 250-dən çox rəsmi şəxs və iş adamı iştirak edib. Tədbirlərin məqsədi AQEM-ə üzv dövlətlər arasında sahibkarlıq sahəsində əməkdaşlığı gücləndirmək, xüsusilə kiçik və orta biznesin (KOB) dəstəklənməsi, sərhədlərarası tərəfdaşlıqların qurulması, habelə regionda dayanıqlı, innovativ və inklüziv iqtisadi artımın təşviqinə yönəlmiş təşəbbüsləri irəliyə aparmaqdır.

AQEM-in Biznes Şurasının Plenar İclasında üzv dövlətlərin nümayəndələrinin iştirakı ilə KOB-ların inkişafını təşviq edən əsas məsələlər – KOB-ların rəqəmsallaşdırılması, sənaye əməkdaşlığı, qadın sahibkarlığı, “ağıllı şəhər” təşəbbüsləri və yaşıl transformasiya kimi mövzular üzrə müzakirələr aparılıb.

İclasda AQEM-in Baş katibi, səfir Kayrat Sarıbay, AQEM-in Biznes Şurasının sədri və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov çıxış edərək təşkilatın fəaliyyəti, Azərbaycanın AQEM-ə sədrliyi, AQEM Biznes Şurasının əhəmiyyəti, üzv ölkələr arasında iqtisadi əməkdaşlıq, əlaqələrin genişləndirilməsi imkanları barədə fikirlərini bölüşüblər.

Sonra üzv dövlətlərdən – Qazaxıstan, Rusiya, Tailand, Türkiyə, Çin, Hindistan, Qırğızıstan, Fələstin və Özbəkistanın sənaye və ticarət palatalarının, investisiyaların təşviqi agentliklərinin, sahibkarlıqla bağlı təşkilatlarının nümayəndələri tərəfindən sənaye əməkdaşlığı və KOB-ların qlobal dəyər zəncirində iştirakı, rəqəmsallaşma, AQEM-ə üzv dövlətlər arasında qadın sahibkarlığının inkişafı, KOB-ların yaşıl keçidi, sərhədlərarası ticarət və e-ticarət, KOB-ların investisiyalarını dəstəkləyən institusional çərçivələr mövzularında təqdimatlar keçirilib.

İclasda, həmçinin AQEM çərçivəsində qarşıdakı dövrdə həyata keçiriləcək tədbirlər və təşəbbüslərə, eləcə də AQEM-in Biznes Şurasının 2026-cı ildə keçiriləcək 9-cu Plenar İclasına dair fikir mübadiləsi aparılıb.

AQEM-ə üzv dövlətlərin rəsmi şəxslərini və iş adamlarını bir araya gətirən AQEM-in 10-cu biznes forumunda isə biznes sahəsində çağırışlar və imkanlar, yeni tərəfdaşlıqların qurulması və investisiya imkanlarının təşviqi üzrə çıxış və müzakirələr aparılıb. Mövzu üzrə AQEM-in Baş katibi, səfir Kayrat Sarıbay, AQEM-in Biznes Şurasının sədri və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev və Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev fikir və təkliflərini bölüşüblər.

Biznes-forumda “AQEM regionunda KOB-ların rəqabətqabiliyyətliliyinin gücləndirilməsi” və “Dayanıqlılıq və qadınların KOB sahəsindəki rolu” mövzularında panel müzakirələr təşkil olunub. Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası ilə Qazaxıstan Respublikasının “Biznes, Cəmiyyət və Hökumətlə Əlaqələr Assosiasiyası” İctimai Birliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. AQEM Katibliyinin koordinasiyası ilə hazırlanmış "AQEM regionunda KOB inkişafı üzrə e-kitab” layihəsinin təqdimatı keçirilib. Bildirilib ki, bu layihə üzv dövlətlər arasında bilik və təcrübə mübadiləsini təşviq etməyə yönəlib.

Həmçinin biznes-forum çərçivəsində Azərbaycan KOB-larının istehsal etdiyi qida və qeyri-qida məhsullarından ibarət kiçik sərgi təşkil olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Hər tapılan mina xilas edilən bir həyatdır - Minaaxtaranların bir iş günü 

10:55
16 Yanvar

Siqh Federasiyasının sədri: Hindistan zorakılığı indi digər ölkələrə də yaymağa çalışır  

10:54
16 Yanvar

Pəncabın naziri: Hindistandakı siqh icması üçün 1980-ci illərdə baş verənlər olduqca acı və üzücüdür  

10:53
16 Yanvar

Bakı Təşəbbüs Qrupu 20-dən çox ölkə və dənizaşırı ərazi ilə əməkdaşlıq əlaqələri qurub  

10:52
16 Yanvar

Afrika Mənşəli İnsanlar üçün Beynəlxalq Onilliyin icrasına həsr olunmuş hesabat BMT-yə təqdim edilib  

10:49
16 Yanvar

Azərbaycan Avstriya və Almaniyaya qaz nəqlinə başlayıb  

10:34
16 Yanvar

Dünya bazarında qızıl və gümüş ucuzlaşıb

10:33
16 Yanvar

Dünya birjalarında neft ucuzlaşıb  

10:31
16 Yanvar

Azərbaycan nefti ucuzlaşıb  

10:30
16 Yanvar

Qazaxıstan 2025-ci ildə BTC boru kəməri ilə 1,3 milyon ton neft nəql edib  

09:49
16 Yanvar

Kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə Komissiyanın ötən ilin yekunlarına dair iclası keçirilib  

09:49
16 Yanvar

Tramp: Maçadonun Nobel Sülh Mükafatını təqdim etməsi hörmət əlamətidir  

09:48
16 Yanvar

Vikipediya tarixin ən populyar sorğularını açıqlayıb  

09:46
16 Yanvar

Aİ İrana qarşı sanksiyaları sərtləşdirə bilər  

09:43
16 Yanvar

Maçado Nobel Sülh Mükafatını Trampa təqdim edib  

09:42
16 Yanvar

BMT TŞ-də İranla bağlı fövqəladə iclas keçirilib  

09:40
16 Yanvar

Nazir: Türkiyə Azərbaycanla birgə Suriyanın bərpasına töhfə verməyə çalışır  

09:39
16 Yanvar

Cenevrədə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin 35-ci Ali Səviyyəli Toplantısı işinə başlayıb  

09:37
16 Yanvar

ABŞ Prezidenti Qəzza sülh planının ikinci mərhələsinə keçidi elan edib  

09:18
16 Yanvar

Şəhidlər xiyabanında 20 Yanvar faciəsinin ildönümünə hazırlıq işləri aparılır

09:05
16 Yanvar

Oğul belə olar

09:00
16 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!