18 Avqust 2026 09:00
2107
CƏMİYYƏT
A- A+
Bakı metrosu paytaxtın ictimai nəqliyyat sisteminin gələcək ritminə köklənir

Bakı metrosu paytaxtın ictimai nəqliyyat sisteminin gələcək ritminə köklənir


Əgər şəhəri canlı bir orqanizmə bənzətməli olsaq, metro bu orqanizmin əsas arterial damarları hesab edilməlidir. Hər gün minlərlə insan bu nəqliyyat vasitəsilə Bakının bir ünvanından digərinə gedir. Bu baxımdan, Bakı metrosunda baş verən hansısa  dəyişiklik təkcə yeraltı nəqliyyatın deyil, bütövlükdə paytaxt həyatının ritminə təsir göstərir. 

Metroda avqustun 15-dən başlayan məlum dəyişiklik səbəbindən sərnişinlərin yeni hərəkət sxeminə uyğunlaşması üçün təxirəsalınmaz tədbirlər görülür, stansiyalarda istiqamətləndirici məlumatlar verilir, metropoliten gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Platformalarda, keçidlərdə və stansiyaların giriş-çıxışlarında sərnişin axınının düzgün yönləndirilməsi üçün əlavə tədbirlər görülür. Bu prosesə könüllülər də cəlb edilib. Metronun gələcək fəaliyyətinə hesablanmış mühüm layihə - Qırmızı və Yaşıl xətlərin ayrılmasıdır. Artıq 3-cü gündür layihənin əsas tikinti mərhələsinə başlanılıb. Təxminən 10-11 ay davam edəcək bu mərhələdə "28 May" və "Nizami" stansiyaları arasında qatarların hərəkəti müvəqqəti dayandırılıb.

"Bakı Metropoliteni" QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədovun sözlərinə görə, xətlərin ayrılması layihəsi çərçivəsində artıq ilk optimallaşdırma tədbirləri həyata keçirilib: "Qırmızı xətt üzrə qatarların "Həzi Aslanov" istiqamətində hərəkətində dəyişiklik yoxdur. 

"28 May" stansiyası da normal funksional fəaliyyətini davam etdirir. Yaşıl xətt üzrə qatarların hərəkəti isə "Dərnəgül-Nizami" istiqamətində təşkil olunub. Xətlərin ayrılaraq müstəqil fəaliyyətə başlaması nəticəsində Bakı Metropolitenində ilk optimallaşdırma tədbirini həyata keçirmək mümkün olub". 

Bəxtiyar Məmmədovun sözlərinə görə, ən mühüm dəyişikliklərdən biri "İçərişəhər" stansiyasında qatarların hərəkət intervalının azaldılmasıdır: "İçərişəhər' stansiyasında tətbiq edilmiş gücləndirmə mexanizmləri, xətt üzrə bir sıra optimallaşdırma tədbirləri, həmçinin əlavə ehtiyat maşinistlərin ayrılması stansiyada qatarların daha operativ tərk etməsinə imkan verib. Nəticədə interval 3 dəqiqə 30 saniyə deyil, artıq 2 dəqiqə 30 saniyə təşkil edir". "Dərnəgül-Nizami" istiqamətində isə interval 3 dəqiqə 30 saniyədir. "Cəfər Cabbarlı-Xətai" sahəsində 7, "Xocəsən-8 Noyabr" marşrutunda isə 8 dəqiqəlik interval saxlanılır".

Metropoliten rəsmisinin sözlərinə görə, intervalların daha da azaldılması üçün bir sıra mühüm infrastruktur layihələrin başa çatdırılması tələb olunur: "Onlardan biri Dərnəgül elektrik deposunun birinci mərhələsinin istismara verilməsidir. Digər mühüm istiqamət "28 May-Nizami" sahəsində tikintisi aparılan tunellərlə bağlıdır. Hazırda 200 metrlik tunelin təxminən 39 metrlik hissəsi qazılıb. Layihənin növbəti mərhələsində qalan hissənin inşasının davam etdirilməsi nəzərdə tutulur. "28 May-Cəfər Cabbarlı" stansiyaları arasında yeni piyada pilləkəninin sentyabrın sonlarına qədər istifadəyə verilməsi də sərnişin axınının daha səmərəli təşkili baxımından əhəmiyyətli olacaq".

 "28 May-Nizami" sahəsində qatarların hərəkətinin müvəqqəti dayandırılması sərnişinlərin alternativ nəqliyyat imkanlarına yönləndirilməsini zəruri edib. Bu məqsədlə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən 6 yeni ekspres marşrut fəaliyyətə başlayıb. M1 "Elmlər Akademiyası-28 May", M2 "İnşaatçılar-Nizami-28 May", M3 "20 Yanvar-Nizami-28 May", M4 "20 Yanvar-Koroğlu", M5 "20 Yanvar-Gənclik" və M6 "Elmlər Akademiyası-Gənclik" istiqamətlərində sərnişinlərə xidmət göstərir. Bununla yanaşı, 20 müntəzəm marşrut üzrə avtobusların sayı artırılıb. Bu addımın məqsədi metroda tətbiq olunan yeni hərəkət sxeminin şəhərin yerüstü nəqliyyat sistemi ilə tamamlanması və sərnişinlərin alternativ istiqamətlər üzrə daşınmasının təmin edilməsidir.

Səhər saatlarında yeni ekspres marşrutların fəaliyyət göstərdiyi istiqamətlərdə vəziyyəti müşahidə etdik. Marşrutlarda sərnişin sıxlığı nəzərə çarpmırdı. Bu da sərnişin axınının yeni marşrutlar arasında bölüşdürülməsi üçün müəyyən imkanların olduğunu göstərir. Qarşıdakı günlərdə şəhər sakinlərinin yeni sxemə daha yaxşı uyğunlaşması ilə bu marşrutların yükünün dəyişməsi mümkündür. Digər tərəfdən, bəzi müntəzəm marşrutların son dayanacaqlarının dəyişdirilməsi də sərnişinlərin hərəkətinin daha rahat təşkili məqsədi daşıyır. 

Paytaxt sakinləri ilə söhbət etdik. Anar Şıxəliyev hesab edir ki, iri nəqliyyat layihələrini yalnız keçid dövründə yaranan çətinliklərlə deyil, əldə ediləcək nəticə ilə qiymətləndirmək lazımdır: "Əlbəttə, yeni hərəkət qaydasına öyrəşmək üçün müəyyən vaxt lazımdır. Amma burada əsas məsələ görülən işin son məqsədidir. Əgər bunun nəticəsində qatarlar daha tez-tez hərəkət edəcək, sərnişin sıxlığı azalacaqsa, bu, hamımız üçün müsbət dəyişiklik olacaq. İnsanların işə, evə və digər ünvanlara vaxt itirmədən çatması şəhər həyatında çox vacib məsələdir".

Şəhər sakini  İlkin Əlizadə isə sərnişinlərin məlumatlandırılmasının əhəmiyyətini vurğuladı: "Belə dəyişikliklər zamanı sərnişinin nə edəcəyini bilməsi çox vacibdir. Stansiyalarda məlumat verilməsi, əməkdaşların və könüllülərin insanlara istiqamət göstərməsi yeni sxemə uyğunlaşmanı asanlaşdırır. Məncə, sərnişin üçün ən vacib məsələ odur ki, getmək istədiyi ünvana hansı marşrutla çatacağını əvvəlcədən bilsin".

Türkay Rəhimova məsələyə daha geniş prizmadan yanaşdı. Onun fikrincə, paytaxtın artan ictimai nəqliyyat tələbatı metro və avtobus sistemlərinin paralel inkişafını zəruri edir: "Bakıda əhalinin sayı durmadan artır. Belə şəraitdə ictimai nəqliyyat sistemi də bu artımla ayaqlaşmalıdır. Metroda xətlərin ayrılması və gələcəkdə qatarların hərəkətində intervalların azaldılması sərnişinlər üçün böyük rahatlıq yaradacaq. Əgər metro ilə yanaşı, avtobus marşrutları da düzgün təşkil olunursa, bu, bütövlükdə şəhərin ictimai nəqliyyat imkanlarını genişləndirər. Məncə, bu gün görülən işlərin faydasını gələcəkdə mütləq hiss edəcəyik".


Elşən QƏNİYEV,

İlham BABAYEV (foto),

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Türk professor: “Azərbaycan Avrasiyanın yeni geoiqtisadi xəritəsində “qovşaq ölkə” rolunu gücləndirir “

17:33
04 Sentyabr

Azərbaycan-ŞƏT əməkdaşlığı siyasi, iqtisadi və nəqliyyat imkanlarını genişləndirir

17:30
04 Sentyabr

Gürcüstan gəncləri üçün Azərbaycanın ali təhsil imkanları təqdim ediləcək 

17:27
04 Sentyabr

Ekspert: Azərbaycanın ŞƏT ilə əməkdaşlığında iqtisadi və logistika prioritetləri ön plandadır

17:24
04 Sentyabr

ETSN-də görüş: ayıların kəndlərə və təsərrüfatlara yaxınlaşması məsələsi araşdırılıb

17:00
04 Sentyabr

Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ  

16:58
04 Sentyabr

Baş prokuror paytaxtın Yasamal rayonunda vətəndaş müraciətlərini dinləyib

16:55
04 Sentyabr

Azərbaycan-Qazaxıstan strateji münasibətlərinin inkişafı müzakirə olunub

16:52
04 Sentyabr

M7 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır

16:50
04 Sentyabr

Professor: “ŞƏT plyus” formatı Azərbaycanın balanslaşdırma siyasəti üçün imkanları genişləndirir

16:48
04 Sentyabr

Hulusi Kılıç: Qarabağ Universiteti dünyanın ən yaxşı ali təhsil müəssisələri arasında layiqli yer tutacaq

16:46
04 Sentyabr

Doqquz gün sonra gələn möcüzə

16:43
04 Sentyabr

Naxçıvanın sənaye xəritəsi yenidən cızılır

16:40
04 Sentyabr

Bakı metrosunda sərnişin sıxlığı: avqustun lideri “Koroğlu” oldu

16:34
04 Sentyabr

Birol Akgün: “Bakı bu il Türk dünyasının və türkologiyanın nəbzinin döyündüyü mühüm mərkəzlərdən birinə çevrilib “

15:47
04 Sentyabr

Qeyri-neft-qaz sektoru üzrə vergi daxilolmaları 12 faizdən çox artıb

15:45
04 Sentyabr

Ekspert: Naxçıvan Sənaye Parkının yaradılması muxtar respublikanın iqtisadi potensialını artıracaq

15:43
04 Sentyabr

Medianın yeni dövrü: süni intellektlə ayaqlaşan jurnalistika

15:41
04 Sentyabr

Seneqallı nazir: "İƏT Əmək Mərkəzinin dəstəyindən məmnunuq"

14:48
04 Sentyabr

Azərbaycanda kamançaya dair yeni dövlət standartı qəbul edilib

14:46
04 Sentyabr

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib

14:38
04 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!