15 Avqust 2026 12:33
1788
CƏMİYYƏT
A- A+
“Bakı Metropoliteni” QSC tərəfindən xətlərin ayrılması layihəsinin icrasına başlanıldı

“Bakı Metropoliteni” QSC tərəfindən xətlərin ayrılması layihəsinin icrasına başlanıldı

 Bakı metrosunun nəqliyyat xəritəsində əsaslı keyfiyyət dəyişikliyinə və sərnişin sıxlığının köklü həllinə hədəflənən mühüm layihənin icrasına start verildi. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiqlənmiş “Bakı şəhərində və ətraf ərazilərdə infrastrukturun bərpasına dair 2025-2030-cu illər üçün Dövlət Proqramı”na uyğun olaraq, avqustun 15-dən etibarən Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsinin əsas tikinti mərhələsi başladı. Təxminən 10-11 ay davam edəcək inşaat prosesi çərçivəsində “28 May” və “Nizami” stansiyaları arasında qatarların hərəkəti müvəqqəti olaraq dayandırıldı.

 Yenidənqurmanın əsas məqsədi Qırmızı və Yaşıl xətlər arasındakı texniki asılılığı aradan qaldırmaq, platformalardakı sıxlığı azaltmaq və hərəkətin dayanıqlılığını təmin etməkdir. Hazırda “28 May” stansiyasının platforması hər iki xəttin qatarları tərəfindən birgə istifadə olunduğundan, pik saatlarda normadan artıq yüklənmə yaradır.

Tikinti yekunlaşdıqdan sonra Yaşıl xətt (“Dərnəgül”-“Xətai”) “Cəfər Cabbarlı” stansiyası vasitəsilə tam müstəqil infrastrukturla fəaliyyət göstərəcək və bu xətt üzrə interval 3 dəqiqə 30 saniyəyə endirilərək “Cəfər Cabbarlı-Xətai” mənzilindəki 8 dəqiqəlik gözləmə müddəti tarixə qovuşacaq. Paralel olaraq, “Dərnəgül” elektrik deposunun ikinci mərhələsi tamamlanmaq üzrədir və “Cəfər Cabbarlı-Nizami” mənzilini birləşdirəcək 200 metrlik yeni tunellərin inşasına başlanılır.

 Gələcəkdə Y-15 stansiyasına qədər infrastrukturun tamamlanması və “İçərişəhər” dönmə kamerasının 2028-ci ilin ikinci yarısında istifadəyə verilməsi ilə hər iki xətt üzrə qatarlararası intervalın 2 dəqiqəyə qədər azaldılması planlaşdırılır.

 Bu gündən etibarən Bakı metrosunda hərəkət sxemi aşağıdakı rejimdə tənzimlənəcək:

* Qırmızı xətt: Qatarlar “İçərişəhər-Əhmədli” marşrutu üzrə 2 dəqiqə 30 saniyəlik intervalla hərəkət edəcək (“Əhmədli-Həzi Aslanov” mənzilində təmir başa çatanadək müstəqil hərəkət intervalı saxlanılacaq).

* Yaşıl xətt: Qatarlar “Dərnəgül-Nizami” marşrutu üzrə 3 dəqiqə 30 saniyəlik intervalla işləyəcək.

* “Cəfər Cabbarlı-Xətai” mənzili: Müstəqil hərəkət rejimi dəyişməz qalacaq (interval 7 dəqiqə).

* Bənövşəyi xətt: “Xocəsən-8 Noyabr” marşrutu üzrə qatarlar 8 dəqiqəlik intervalla hərəkət edəcək.

 Metroda yaranacaq əlavə sərnişin yükünü kompensasiya etmək məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) və “Bakı Metropoliteni” QSC tərəfindən genişmiqyaslı alternativ plan icra olunur. Metro bağlanmazdan bir gün əvvəl - avqustun 14-dən etibarən 6 yeni xüsusi ekspres avtobus marşrutu fəaliyyətə başlayıb:

* M1: “Elmlər Akademiyası” – “28 May”

* M2: “İnşaatçılar” – “Nizami” – “28 May”

* M3: “20 Yanvar” – “Nizami” – “28 May”

* M4: “20 Yanvar” – “Koroğlu”

* M5: “20 Yanvar” – “Gənclik”

* M6: “Elmlər Akademiyası” – “Gənclik”

Bununla yanaşı, sərnişin sıxlığını qarşılamaq üçün 2, 6, 7A, 9, 10, 14, 17, 18, 26, 61, 65, 79, 85, 88, 88A, 93, 133, 165, 199 və 202 nömrəli 20 müntəzəm avtobus marşrutunda nəqliyyat vasitələrinin sayı artırılıb.

Həmçinin avqustun 13-dən etibarən “28 May” Nəqliyyat Mübadilə Mərkəzinə daxil olan bəzi marşrutların son dayanacaq məntəqələri Səməd Vurğun bağının ətrafına keçirilib: 32 və 49 nömrəli avtobusların son dayanacağı Dilarə Əliyeva küçəsində, 120E və 125 nömrəli marşrutların son dayanacağı isə Puşkin küçəsində müəyyən edilib.

Səhər və axşam pik saatlarında gözlənilən sıxlığı nəzərə alaraq, sərnişinlərə səfərlərini əvvəlcədən planlaşdırmaq və təşkil olunmuş yerüstü alternativlərdən istifadə etmək tövsiyə olunur. Mühəndis-tikinti işlərinin rahat və təhlükəsiz aparılması üçün yaradılan bu müvəqqəti narahatlıq, yaxın gələcəkdə daha sürətli, rahat və müasir metro şəbəkəsinin fəaliyyətinə zəmin yaradacaq.


Təhminə VERDİYEVA,

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azamat Tleujanov: Qazaxıstan ilə Azərbaycan ŞƏT və Orta Dəhliz vasitəsilə iqtisadi əlaqələri gücləndirə bilər  

20:27
05 Sentyabr

Şəkidə “Kəndə gəl” yay düşərgəsində folklorla bağlı təqdimat olub

16:35
05 Sentyabr

Cıdır mövsümünün növbəti yarışlarının qalibləri məlum olub  

16:30
05 Sentyabr

“Yay Fest 2026” iki mindən çox gənci bir araya gətirib

16:25
05 Sentyabr

Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb

16:23
05 Sentyabr

Şimali Kipr sahillərində gəmi qəzasının 15 qurbanının axtarışı davam edir

15:40
05 Sentyabr

Bakıda “IRONMAN 70.3” yarışı ilə bağlı nəqliyyatın hərəkətinə tətbiq olunan məhdudiyyətlər aradan qaldırılıb

15:35
05 Sentyabr

Ekspert: ŞƏT yeni ticarət yollarının yaradılması üçün mühüm platformaya çevrilib  

15:32
05 Sentyabr

“AzerGold” ali məktəb tələbələri üçün növbəti təqaüd proqramını elan edir

13:33
05 Sentyabr

Azərbaycandan Ermənistana növbəti neft məhsulları və tranzit yüklər göndərilib  

12:45
05 Sentyabr

Bakı və Abşeronda su sistemlərinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramının icrası davam edir

12:43
05 Sentyabr

Ombudsman: Ermənistan hüquq müdafiəçisinin iddiaları sülh prosesinə zərər vurmağa yönəlib

12:40
05 Sentyabr

DİN: Ötən gün 71 cinayətin açılması təmin olunub, 149 axtarışda olan şəxs saxlanılıb  

12:37
05 Sentyabr

Çempionlar Liqası: "Sabah"ın ev oyunlarını keçirəcəyi stadion dəqiqləşib  

12:35
05 Sentyabr

BDYPİ: Skuter oyuncaq deyil, qaydalara ciddi əməl edilməlidir  

12:33
05 Sentyabr

Bakıda Dördüncü İqlim Həftəsi keçiriləcək  

12:30
05 Sentyabr

Azərbaycan “İstanbul İqlim Maliyyəsi Sammiti”ndə təmsil olunub  

12:24
05 Sentyabr

Yuxunu izləyən radar sistemi

11:25
05 Sentyabr

"Acer"dən yeni noutbuk

11:20
05 Sentyabr

Smartfonlar üçün kamera ovçusu

11:15
05 Sentyabr

Süni profillərə yeni məhdudiyyət

11:10
05 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!