19 Iyul 2024 02:53
221
İQTİSADİYYAT
A- A+

"Azərenerji" ölkə enerjisistemi üçün böyük layihələr həyata keçirir

 

Qarabağ və Şərqi Zəngəzur regionunu yeni mənbə olaraq qidalandırıb dairəvi elektrik təchizatını gücləndirmək, işğaldan azad edilən ərazilərdə istehsal olunan "yaşıl enerji"ni enerjisistemə ötürmək, o cümlədən ixrac etmək və digər mühüm əhəmiyyətli perspektiv məqsədlər üçün həyata keçirilən işlər çərçivəsində 330 kilovoltluq sistem əhəmiyyətli "İmişli" yarımstansiyası "Azərenerji" tərəfindən genişləndirilərək tam yenidən qurulur.  Bu yarımstansiya da digər yarımstansiyalar kimi dördüncü sənaye inqilabına uyğun olaraq perspektiv nəzərə alınmaqla müasir avadanlıqlarla təchiz edilir.

Buna qədər isə "İmişli" yarımstansiyasından "Cəbrayıl" Enerji Qovşağına 130 km məsafədə 330 kilovoltluq ötürmə xətti çəkilib və işlər yekunlaşıb, xətt gərginlik altındadır.

Qeyd edək ki, ölkələrarası beynəlxalq enerji dəhlizi layihəsinin tərkib hissəsi olaraq 330 kilovoltluq "İmişli" yarımstansiyasından başqa 330 kilovoltluq "Ağcabədi" yarımstansiyası da "Azərenerji" tərəfindən genişləndirilərək yenidən qurulub və bu yarımstansiyadan Cəbrayıla 132 km məsafədə 330 kV-luq ötürmə xətti çəkilib. Eyni zamanda beynəlxalq əhəmiyyətli "Cəbrayıl" Enerji Qovşağı tikilərək istismara verilib. "İmişli" yarımstansiyasında isə işlərin yaxın aylarda başa çatdırılması nəzərdə tutulub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video