09 Aprel 2026 09:30
220
İQTİSADİYYAT
A- A+
"Azərenerji" Naxçıvanın enerji sistemini beynəlxalq standartlara uyğunlaşdırır

"Azərenerji" Naxçıvanın enerji sistemini beynəlxalq standartlara uyğunlaşdırır


Naxçıvanın ölkə enerji sisteminə qoşulması üçün işlər sürətlə davam edir. Dövlət başçısının müəyyən etdiyi strateji hədəflərə uyğun olaraq, "Azərenerji" Naxçıvan Muxtar Respublikasında enerji infrastrukturunu köklü şəkildə yeniləyir, rəqəmsal və intellektual idarəetməyə əsaslanan müasir enerji sistemi qurur.

Layihə çərçivəsində regionun enerji təchizatında mühüm rol oynayan 110 kilovoltluq "Naxçıvan", 154 kilovoltluq "Babək" və 110 kilovoltluq "Çeşməbasar" yarımstansiyaları tam yenidən tikilir və işlər yekun mərhələyə çatıb. Xüsusilə "Naxçıvan" yarımstansiyası regionda ilk qapalı tipli yarımstansiya olaraq inşa edilir ki, bu da təhlükəsizlik və operativ idarəetməni əhəmiyyətli dərəcədə artıracaq.

Eyni zamanda enerji sisteminin rəqəmsallaşdırılması istiqamətində mühüm addımlar atılır. "Azərenerji" tərəfindən Regional Rəqəmsal İdarəetmə Mərkəzinin tikintisi davam edir, mövcud stansiya və yarımstansiyalar vahid SCADA şəbəkəsinə inteqrasiya olunacaq. Bu yeniliklər enerji şəbəkəsinin məsafədən operativ və tam rəqəmsal idarə olunmasını təmin edəcək.

Ötürücü şəbəkə də mərhələli şəkildə yenilənir. Ötən əsrin 50-ci illərindən qalan 110 kilovoltluq hava xətləri müasir ötürmə xətləri ilə əvəz edilir. İlkin mərhələdə ümumi uzunluğu 69 km olan "Culfa", "Ordubad-1" və "Ordubad-2" elektrik verilişi xətləri ikidövrəli olmaqla yenidən qurulub. Bundan əlavə, yaşayış ərazilərindən keçən bəzi hava xətlərinin 5,2 kilometrlik hissəsi müasir şəhər üslubuna uyğun olaraq yeraltı kabel xətləri ilə əvəz olunur.

Naxçıvanın ölkənin əsas enerji sistemi ilə birləşdirilməsi və Azərbaycan-Türkiyə-Avropa enerji dəhlizinin formalaşdırılması istiqamətində də işlər sürətlə davam edir. Bu çərçivədə Cəbrayıldan başlayaraq ikidövrəli olmaqla 1000 meqavat yükötürmə qabiliyyətinə malik 330 kilovoltluq yüksəkgərginlikli ötürmə xətti inşa olunur. Layihənin növbəti mərhələsində Zəngəzur dəhlizini keçməklə 44 km məsafədə əlavə ötürmə xətti inşa ediləcək. Bununla da Naxçıvanın beynəlxalq enerji dəhlizində strateji mövqeyi ən yüksək  səviyyəyə çatdırılacaq.


Nərminə ƏSGƏROVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sahibə Qafarova: Azərbaycan-Türkiyə-Şimali Kipr üçtərəfli formatı əməkdaşlığın dərinləşməsinə xidmət edir  

17:53
09 Aprel

SOCAR və ITOCHU neft-kimya sahələri üzrə əməkdaşlıq imkanlarını nəzərdən keçirib  

17:43
09 Aprel

Daşkəsən, Qax və Şahdağa qar yağır- FAKTİKİ HAVA

17:36
09 Aprel

Tramp NATO ilə bağlı məyusluğunu etiraf edib

17:31
09 Aprel

Pakistanın ABŞ ilə İran arasında atəşkəsin əldə olunması istiqamətində oynadığı rol təqdir olunub  

17:27
09 Aprel

Cibuti – qeyri-sabit bölgədə sabit ölkə 

17:17
09 Aprel

BƏƏ Müdafiə Nazirliyi: Hava məkanı təhlükələrdən tam azad olunub  

17:01
09 Aprel

Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını təbrik edib  

16:58
09 Aprel

“Kia”nın gələcək hədəfləri  

16:56
09 Aprel

Gəncə beynəlxalq diqqət mərkəzində: “WUF13 Ganja” sənədli filmi təqdim olunub  

16:47
09 Aprel

Azərbaycanın pravoslav xristian icmasına

16:43
09 Aprel

1 milyondan çox Sudan qaçqını yardımların kəsimləri ilə üzləşir 

16:39
09 Aprel

Çin 2030-cu ilə qədər Ay enişini həyata keçirməyi hədəfləyir

16:28
09 Aprel

Regionun gələcəyi üçün mühüm əhəmiyyət kəsb edən strateji əməkdaşlıq

16:20
09 Aprel

Bakıda açılan satış-sərgidə əlilliyi olan şəxslərin 800-dən çox əl işi nümayiş etdirilir  

16:17
09 Aprel

İtaliya Aİ-nin büdcə qaydalarını dayandırmağı gündəmə gətirdi

16:13
09 Aprel

Nigeriyada silahlıların hücumu nəticəsində 60-dan çox insan öldürülüb

16:07
09 Aprel

MOK rəsmisi: “Los-Anceles-2028” üçün hazırlıq prosesinə indidən ciddi yanaşmaq vacibdir

16:07
09 Aprel

Tramp NATO-nu xəyanətdə ittiham edir

16:05
09 Aprel

Azərbaycan-Türkiyə hüquq-mühafizə əməkdaşlığı daha da güclənir

16:03
09 Aprel

Türkiyə Müdafiə Nazirliyinin sözçüsü C-130 təyyarəsinin qəzaya uğraması ilə bağlı son məlumatları açıqlayıb  

15:57
09 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!