09 Aprel 2026 16:07
166
İDMAN
A- A+
MOK rəsmisi: “Los-Anceles-2028” üçün hazırlıq prosesinə indidən ciddi yanaşmaq vacibdir

MOK rəsmisi: “Los-Anceles-2028” üçün hazırlıq prosesinə indidən ciddi yanaşmaq vacibdir

Aprel ayında böyüklər arasında cüdo və güləş üzrə Avropa çempionatları keçiriləcək. Bu yarışlar komandalarımızın hazırlıq səviyyəsini qiymətləndirmək baxımından mühüm əhəmiyyət daşıyır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə deyib.

O, qarşıdakı yarışlarla bağlı gözləntilərinin yüksək olduğunu bildirib: “Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli ilə bu məsələ ətrafında fikir mübadiləsi apardıq. Qeyd etdi ki, komanda çempionata əsas və güclü heyətlə qatılacaq. Hazırda olimpiya tsiklinin mühüm mərhələsidir. “Los-Anceles-2028” Yay Olimpiya Oyunlarına iki il vaxt qalıb. Bu baxımdan hazırlıq prosesinə indidən ciddi yanaşmaq vacibdir. İlk nəticələri Avropa çempionatlarında görəcəyik. Sonrakı dünya çempionatlarında isə komandaların heyətləri formalaşmağa başlayacaq”.

Xatırladaq ki, Gürcüstanın paytaxtı Tbilisidə keçiriləcək Avropa çempionatı aprelin 16-dan 19-dək, Albaniyanın paytaxtı Tiranada gerçəkləşəcək güləş üzrə Avropa çempionatı isə ayın 20–dən 26-dək davam edəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sahibə Qafarova: Azərbaycan-Türkiyə-Şimali Kipr üçtərəfli formatı əməkdaşlığın dərinləşməsinə xidmət edir  

17:53
09 Aprel

SOCAR və ITOCHU neft-kimya sahələri üzrə əməkdaşlıq imkanlarını nəzərdən keçirib  

17:43
09 Aprel

Daşkəsən, Qax və Şahdağa qar yağır- FAKTİKİ HAVA

17:36
09 Aprel

Tramp NATO ilə bağlı məyusluğunu etiraf edib

17:31
09 Aprel

Pakistanın ABŞ ilə İran arasında atəşkəsin əldə olunması istiqamətində oynadığı rol təqdir olunub  

17:27
09 Aprel

Cibuti – qeyri-sabit bölgədə sabit ölkə 

17:17
09 Aprel

BƏƏ Müdafiə Nazirliyi: Hava məkanı təhlükələrdən tam azad olunub  

17:01
09 Aprel

Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını təbrik edib  

16:58
09 Aprel

“Kia”nın gələcək hədəfləri  

16:56
09 Aprel

Gəncə beynəlxalq diqqət mərkəzində: “WUF13 Ganja” sənədli filmi təqdim olunub  

16:47
09 Aprel

Azərbaycanın pravoslav xristian icmasına

16:43
09 Aprel

1 milyondan çox Sudan qaçqını yardımların kəsimləri ilə üzləşir 

16:39
09 Aprel

Çin 2030-cu ilə qədər Ay enişini həyata keçirməyi hədəfləyir

16:28
09 Aprel

Regionun gələcəyi üçün mühüm əhəmiyyət kəsb edən strateji əməkdaşlıq

16:20
09 Aprel

Bakıda açılan satış-sərgidə əlilliyi olan şəxslərin 800-dən çox əl işi nümayiş etdirilir  

16:17
09 Aprel

İtaliya Aİ-nin büdcə qaydalarını dayandırmağı gündəmə gətirdi

16:13
09 Aprel

Nigeriyada silahlıların hücumu nəticəsində 60-dan çox insan öldürülüb

16:07
09 Aprel

MOK rəsmisi: “Los-Anceles-2028” üçün hazırlıq prosesinə indidən ciddi yanaşmaq vacibdir

16:07
09 Aprel

Tramp NATO-nu xəyanətdə ittiham edir

16:05
09 Aprel

Azərbaycan-Türkiyə hüquq-mühafizə əməkdaşlığı daha da güclənir

16:03
09 Aprel

Türkiyə Müdafiə Nazirliyinin sözçüsü C-130 təyyarəsinin qəzaya uğraması ilə bağlı son məlumatları açıqlayıb  

15:57
09 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!