29 Aprel 2026 20:09
205
İQTİSADİYYAT
A- A+
Pirat və kontrafakt mallar dövlətin xeyrinə müsadirə oluna biləcək  

Pirat və kontrafakt mallar dövlətin xeyrinə müsadirə oluna biləcək  

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Gömrük Məcəlləsinə təklif edilən dəyişiklik müzakirəyə çıxarılıb. Təklif olunan yeniliyə əsasən, pirat və ya kontrafakt hesab edilən malların dövlətin xeyrinə imtina olunması mümkün olacaq.

Layihəyə görə, gömrük sərhədindən keçirilən malların pirat və ya kontrafakt olması barədə müvafiq qərar qəbul edildikdə, həmin mallarla bağlı bir neçə seçim nəzərdə tutulur. Belə ki, mallar sahibinin qərarına əsasən dərhal gömrük ərazisindən geri aparıla, məhv edilə və ya dövlətin xeyrinə imtina oluna bilər. Qanunvericilik təşəbbüsünün əsas məqsədi ölkəyə saxta və qanunsuz məhsulların daxil olmasının qarşısını almaq, həmçinin əqli mülkiyyət hüquqlarının qorunmasını gücləndirməkdir.  Bu dəyişikliklər  həm də gömrük nəzarətinin effektivliyinin artırılmasına və bazarda ədalətli rəqabət mühitinin təmin olunmasına xidmət edəcək.

Müzakirələr zamanı bildirilib ki, pirat və kontrafakt məhsullar həm istehlakçı hüquqlarına zərər vurur, həm də yerli istehsalçılar üçün qeyri-bərabər şərait yaradır. Bu baxımdan, təklif olunan dəyişikliklər ölkədə iqtisadi təhlükəsizliyin və bazar nizamının möhkəmləndirilməsinə yönəlib.

Züleyxa ƏLİYEVA, 

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Yaxın Şərqdəki münaqişə və Hörmüz böhranı fonunda “Brent” 50, “Light” isə 40 faizdən çox bahalaşıb  

20:23
29 Aprel

Sensor ekranlı “mouse” təqdim edilib  

20:18
29 Aprel

“DJI”nin yeni cihazı nümayiş olunub  

20:13
29 Aprel

Pirat və kontrafakt mallar dövlətin xeyrinə müsadirə oluna biləcək  

20:09
29 Aprel

2026-cı ilin ilk rübündə qlobal qızıl tələbatı rekord qırıb

20:03
29 Aprel

BƏƏ-nin OPEK-dən çıxması qlobal qiymətlərə təsir göstərəcək

19:57
29 Aprel

Antarktidanın 1300 metr dərinliyində yeni kəşf  

19:44
29 Aprel

Bank sektorunun xarici öhdəlikləri ilin əvvəlinə nisbətən 467 milyon manat azalıb

19:42
29 Aprel

Birləşmiş Ərəb Əmirliklərinin OPEC-i tərk etməsi təşkilatın işinə necə təsir göstərəcək?  

19:33
29 Aprel

Piylənmə səbəbindən dünyada yağlı qaraciyər xəstəliyi sürətlə yayılmaqdadır

19:32
29 Aprel

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının Katibliyinin məlumatı

19:28
29 Aprel

ABŞ Prezidenti neft maqnatları ilə görüşdü: Hörmüz və OPEC gərginliyi

19:26
29 Aprel

Belarus və Rusiya Çernobıl qəzasının fəsadlarına qarşı proqram hazırlayır

19:26
29 Aprel

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyətinin Mərakeş Krallığına işgüzar səfəri başa çatıb

19:25
29 Aprel

BƏƏ ilə imzalanmış Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi investisiya əməkdaşlığının dərinləşdirilməsinə töhfə verəcək  

19:23
29 Aprel

Azərbaycan Ordusunda kibertəhlükəsizlik üzrə mütəxəssislərin peşəkarlığı artırılır

19:22
29 Aprel

İlon Mask süni intellektlə bağlı xəbərdarlıq edib

19:16
29 Aprel

Martda ölkədaxili nağdsız ödənişlər 46 faiz artıb 

19:13
29 Aprel

Türkiyədə Ayətullah Xomeyninin ölkədə qalması ilə bağlı məxfi sənəd dərc edilib

19:12
29 Aprel

“Google Home” yeniliklər təqdim edib  

19:04
29 Aprel

Enerji təhlükəsizliyində Norveç modeli

18:52
29 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!