29 Aprel 2026 20:52
165
CƏMİYYƏT
A- A+
Amerikalı ekspert: Qarabağda texnoloji şəhər mühiti üçün unikal imkan var  

Amerikalı ekspert: Qarabağda texnoloji şəhər mühiti üçün unikal imkan var  

Davamlı şəhər inkişafı sahəsində ekspert, amerikalı urbanist Maykl Mehaffi Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) ərəfəsində Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa proseslərini AZƏRTAC-a şərh edib.

Onun sözlərinə görə, hazırda həyata keçirilən yenidənqurma yeni keyfiyyətli şəhər və yaşayış məntəqələrinin – daha komfortlu, dayanıqlı və estetik baxımdan cəlbedici məkanların yaradılması üçün “nadir və həqiqətən unikal imkan” yaradır. Ekspert bildirib ki, mövcud ciddi çağırışlara, xüsusilə ərazilərin minalardan təmizlənməsi zərurətinə baxmayaraq, əsas məsələ onilliklər və hətta əsrlər üçün nəzərdə tutulan infrastrukturun formalaşdırılmasına strateji yanaşmanın tətbiqidir. O, polisentrik inkişafın vacibliyini vurğulayıb. “Şəhərlər və yaşayış məntəqələri qarşılıqlı bağlantılı mərkəzlər sistemi kimi formalaşdırılmalıdır. Bu mərkəzlərin hər biri daxili bağlılığa malik olmalı, eyni zamanda regionun ümumi strukturuna inteqrasiya edilməlidir”.

Ekspert “15 dəqiqəlik şəhər” konsepsiyasına da xüsusi diqqət yetirib. Bu konsepsiya gündəlik əsas xidmətlərə qısa müddətdə, yəni yalnız avtomobillə deyil, piyada, velosipedlə və ya müxtəlif nəqliyyat vasitələri ilə rahat çatmaq imkanını nəzərdə tutur. Onun fikrincə, bu yanaşma şəhər fəallığının daha bərabər paylanmasına və həyat keyfiyyətinin yüksəlməsinə kömək edir.

Nəqliyyat strukturundan danışan M.Mehaffi qeyd edib ki, səmərəli şəhərlər tarixən dəqiq küçə şəbəkəsi əsasında formalaşıb. Belə ki, daha sürətli nəqliyyat magistralları təxminən 400 metr interval ilə yerləşir, onların arasında isə daha sakit, təhlükəsiz və piyadalar üçün nəzərdə tutulmuş məkanlar yaradılır. O, həmçinin keyfiyyətli ictimai məkanlar sisteminin həlledici rolunu vurğulayıb: “Buraya yalnız parklar və meydanlar deyil, həm də hərəkət, ünsiyyət və sosial fəallıq üçün rahat olmalı küçələr daxildir”.

Amerikalı ekspertin sözlərinə görə, mühüm amillərdən biri də binaların memarlığıdır. Fasadlar insanların qarşılıqlı əlaqəsinə və ictimai həyatın inkişafına şərait yaradan cəlbedici və “canlı” şəhər mühiti formalaşdırmalıdır. O, “ağıllı şəhər” həlləri də daxil olmaqla müasir texnologiyaların tətbiqinin vacibliyini qeyd edib. Bununla yanaşı vurğulayıb ki, bu texnologiyalar şəhər həyatının əsasını təşkil edən insanlararası münasibətləri zəiflətməməli, əksinə gücləndirməlidir.

Sonda Maykl Mehaffi bildirib ki, şəhərsalmanın bir çox uğurlu prinsiplərini tarixi təcrübədən götürmək mümkündür. Onun sözlərinə görə, ənənəvi memarlıq və planlaşdırma həlləri məhz insana və sosial qarşılıqlı əlaqəyə yönəldiyi üçün yüksək səmərəlilik nümayiş etdirir.

“Bu gün Qarabağın iki dünyanın ən yaxşı cəhətlərini birləşdirmək üçün unikal imkanı var – müasir texnoloji innovasiyaları və komfortlu şəhər mühitinin yaradılması üzrə zamanın sınağından çıxmış prinsipləri”, - deyə ABŞ-li ekspert yekunlaşdırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Putin Trampa II Dünya müharibəsində Qələbənin ildönümü ilə bağlı atəşkəsə hazır olduğunu deyib  

21:57
29 Aprel

Vladimir Putinlə Donald Tramp arasında telefon danışığı baş tutub  

21:56
29 Aprel

Azərbaycan və Uruqvay arasında siyasi məsləhətləşmələr aparılıb

21:45
29 Aprel

Ukrayna Rusiya ilə yeni əsir mübadilələrinə hazırlaşır

21:29
29 Aprel

Danimarka şirkəti ilə “Yaşıl Enerji Dəhlizi” layihəsi çərçivəsində külək enerjisinin ixracı nəzərdən keçirilib  

21:03
29 Aprel

Amerikalı ekspert: Qarabağda texnoloji şəhər mühiti üçün unikal imkan var  

20:52
29 Aprel

Mir Cəlal Paşayevin doğum gününə həsr olunmuş ədəbi-bədii tədbir təşkil olunub  

20:48
29 Aprel

Hörmüz boğazı hamı üçün bağlı deyil

20:28
29 Aprel

Yaxın Şərqdəki münaqişə və Hörmüz böhranı fonunda “Brent” 50, “Light” isə 40 faizdən çox bahalaşıb  

20:23
29 Aprel

Sensor ekranlı “mouse” təqdim edilib  

20:18
29 Aprel

Azərbaycan və Kolumbiya siyasi dialoqu gücləndirir

20:15
29 Aprel

“DJI”nin yeni cihazı nümayiş olunub  

20:13
29 Aprel

Pirat və kontrafakt mallar dövlətin xeyrinə müsadirə oluna biləcək  

20:09
29 Aprel

2026-cı ilin ilk rübündə qlobal qızıl tələbatı rekord qırıb

20:03
29 Aprel

Şeyxülislam Allahşükür Paşazadə Ümumdünya Kilsələr Şurasına etiraz məktubu ünvanlayıb  

20:01
29 Aprel

BƏƏ-nin OPEK-dən çıxması qlobal qiymətlərə təsir göstərəcək

19:57
29 Aprel

Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub  

19:47
29 Aprel

Antarktidanın 1300 metr dərinliyində yeni kəşf  

19:44
29 Aprel

Bank sektorunun xarici öhdəlikləri ilin əvvəlinə nisbətən 467 milyon manat azalıb

19:42
29 Aprel

Birləşmiş Ərəb Əmirliklərinin OPEC-i tərk etməsi təşkilatın işinə necə təsir göstərəcək?  

19:33
29 Aprel

Piylənmə səbəbindən dünyada yağlı qaraciyər xəstəliyi sürətlə yayılmaqdadır

19:32
29 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!