29 Aprel 2026 20:01
340
CƏMİYYƏT
A- A+
Şeyxülislam Allahşükür Paşazadə Ümumdünya Kilsələr Şurasına etiraz məktubu ünvanlayıb  

Şeyxülislam Allahşükür Paşazadə Ümumdünya Kilsələr Şurasına etiraz məktubu ünvanlayıb  


Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə Ümumdünya Kilsələr Şurasının (ÜKŞ) Baş katibi Jerry Pillaya ÜKŞ-nin 23 aprel tarixli bəyanatına etiraz və ona cavab xarakteri daşıyan məktub ünvanlayıb.

AZƏRTAC məktubu təqdim edir:

“Hörmətli cənab Baş katib,

Sizə səmimi salamlarımı çatdırıram. Bu məktubu ünvanlamaqda məqsədim Ümumdünya Kilsələr Şurasının (ÜKŞ) 23 aprel tarixli bəyanatında əks olunmuş bir sıra anti-Azərbaycan iddiaları ilə bağlıdır.

Təəssüf ki, bəyanatda ölkəmizə münasibətdə regionda baş vermiş son hadisələr ciddi şəkildə təhrif olunur və belə yanaşma sərgilənməsi qəbuledilməzdir.

Təmaslarımız zamanı etiraf etmişdiniz ki, erməni kilsələri mütəmadi olaraq sizə təsir etməyə cəhd göstərir. Təəssüf ki, görünür bu cəhdlər öz “bəhrəsini” verməkdədir və ÜKŞ həqiqətə uyğun olmayan və sülh prosesini pozan qızışdırıcı təbliğatın aparılmasında və məsələyə süni şəkildə dini çalarlar gətirmək cəhdlərində alət kimi istifadə olunmaqdadır.

1993-cü ilin 8 fevral tarixində Montrödə ÜKŞ-nin vasitəçiliyi ilə görüşdə ovaxtkı bütün ermənilərin Katolikos-Patriarxı I Vazgen ilə imzaladığımız Birgə Kommünikedə bəyan etmişdik ki, “günahsız qanların tökülməsi ilə nəticələnən bu münaqişəni xristian-müsəlman qarşıdurması kimi qiymətləndirən bəzi cəhdlərə baxmayaraq, bu, dini münaqişə deyil. Xristian ermənilər və müsəlman azərbaycanlılar bundan sonra da sülh, qarşılıqlı hörmət və mehriban qonşuluq şəraitində yaşamalıdırlar”. Bu mövqeyimiz o zaman ÜKŞ tərəfindən birmənalı olaraq dəstəklənmişdi.

Şuranın həmin dövrdə nümayiş etdirdiyi mövqe, habelə, qaçqın və köçkünlərimizin məskunlaşdığı yerləri ziyarət etməsi və onlara ayırdığı humanitar yardım erməni təcavüzünə məruz qalmış vətəndaşlarımız və dindarlarımız tərəfindən dərin minnətdarlıq hissi ilə qarşılanmış, sülh və ədalət, dinlərarası dialoq ideyalarına töhfə kimi dəyərləndirilmişdir.

Əfsuslar olsun ki, sizin ÜKŞ-yə rəhbərliyiniz dövründə təşkilatınız erməni kilsəsi ilə bizim aramızda barışığa xidmət edən addımlar atmır.

Məlum olduğu kimi, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində Azərbaycan ərazilərinin 20 faizi 30 ilə yaxın müddətdə işğal altında qalmış, azərbaycanlılara qarşı kütləvi qırğınlar törədilmiş və bir milyondan artıq soydaşımız öz doğma torpaqlarından zorla didərgin düşmüşdür. BMT Təhlükəsizlik Şurası Ermənistanın Azərbaycana qarşı təcavüzünü qətiyyətlə pisləyən 4 qətnamə qəbul etmiş və erməni silahlı birləşmələrinin dərhal, tamamilə və qeyd-şərtsiz işğal olunmuş ərazilərimizdən çıxarılmasını tələb etmişdir.

2020-ci ildə Azərbaycan beynəlxalq hüquq normalarına, BMT Nizamnaməsinə və Təhlükəsizlik Şurasının məlum qətnamələrinə əsasən öz əzəli torpaqlarını işğaldan azad etmişdir. 2023-cü ilin sentyabrında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın bir sıra bölgələrində törədilən genişmiqyaslı silahlı təxribata cavab olaraq Azərbaycan, həyata keçirdiyi bir günlük antiterror əməliyyatından sonra öz suverenliyini tam bərpa etmişdir.

Bununla əlaqədar, Azərbaycanın tarixi torpaqlarını erməni ərazisi kimi təqdim etmək beynəlxalq hüququn pozulması və tarixi reallıqlara məhəl qoymamaqdır. Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş naziri 2022-ci ilin oktyabrında Praqa görüşü nəticəsində verilmiş bəyanatda hər iki tərəfin bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıdığı vurğulanmış, Ermənistanın Baş naziri Qarabağın Azərbaycanın tərkib hissəsi olmasını rəsmən bildirmişdir. Ötən ilin avqust ayında Vaşinqton Sammiti zamanı Azərbaycanla Ermənistan arasında paraflanmış sülh sazişində birmənalı olaraq hər iki ölkənin ərazi bütövlüyü və suverenliyinə hörmət ifadə olunur. Buna baxmayaraq, erməni kilsəsi hər zaman olduğu kimi, Qarabağın Azərbaycanın suveren ərazisi olması faktını qəbul etmir, erməniləri işğalçılıq siyasətinə, aqressiv separatizmə və revanşizmə çağırır, bu da öz növbəsində iki ölkə arasında sülh prosesinə ciddi maneələr yaradır.

Bununla yanaşı, ÜKŞ bəyanatında guya erməni sakinlərin Qarabağdan zorla qovulduğu və onların hüquqlarının tapdalandığı barədə iddialar da tamamilə əsassızdır. Vurğulamaq istərdim ki, 2023-cü il antiterror tədbirlərindən dərhal sonra BMT tərəfindən bölgəyə səfər etmiş missiyalar bu ərazidə dinc əhaliyə, mülki infrastruktura qarşı zorakılığın tətbiq olunmadığını təsdiq etmişlər. Erməni təbliğatının dezinformasiyalarına baxmayaraq, beynəlxalq müşahidəçilərin də təsdiq etdiyi kimi, Azərbaycanın Qarabağ bölgəsində mülki əhaliyə qarşı heç-bir təzyiq və ya zorakılıq göstərilməmiş və onlar bu ərazini könüllü olaraq tərk etmişlər.

Bəyanatda, eyni zamanda, Azərbaycanın ərazilərində dini və mədəni irsə münasibətdə səsləndirilən iddialar da əsassızdır. Əsrlər boyu Azərbaycanda pravoslav, katolik və yəhudi icmaları da daxil olmaqla, müxtəlif dinlərə məxsus ibadət yerləri və icmalar sərbəst fəaliyyət göstərib. Ölkəmiz öz ərazisində yerləşən bütün dini abidələrin, məscidlərin, kilsələrin və sinaqoqların heç bir fərq qoyulmadan qorunmasını və bərpasını təmin edir. Eyni zamanda, Şuşada yerləşən erməni Qazançı kilsəsinin yenicə bərpa edilməsini, habelə bütün münaqişə boyunca Bakıda yerləşən erməni kilsəsinin dövlət tərəfindən mühafizə edilməsini xüsusilə vurğulamaq lazımdır. Bununla yanaşı, işğal dövründə Azərbaycanın məscid və digər dini-mədəni abidələrinin sistemli şəkildə dağıdılması faktlarının beynəlxalq dini qurumlar tərəfindən diqqətə alınmaması da təəssüf doğurur.

Erməni məhbuslarla bağlı iddialara gəldikdə diqqətinizə çatdırmaq istərdik ki, Azərbaycan xoşməramlılıq nümayiş etdirərək, 2020-ci il müharibəsi və 2023-cü il antiterror tədbirlərindən sonra məhbusların böyük əksəriyyətini geri qaytarıb. Hazırda həbsdə olan məhbuslar isə terrorizm, sabotaj və müharibə cinayətləri də daxil olmaqla bir çox ağır cinayətlərə görə barələrində məhkəmə hökmü olan şəxslərdir və onların hüquqi çərçivədə cəzalarını çəkməsi ilahi ədalətin təcəssümüdür.

Təəssüf doğuran haldır ki, bəyanatda bu mühüm məqamlar nəzərə alınmamış, hadisələr yalnız birtərəfli qaydada təqdim edilmişdir. Bu cür yanaşma regionda həssas etimad mühitinə xələl gətirir və sülh prosesinə xidmət etmir.

Ümumdünya Kilsələr Şurası kimi nüfuzlu beynəlxalq dini qurumu regionla bağlı mövqelərini formalaşdırarkən balanslı, obyektiv və təsdiqlənmiş məlumatlara əsaslanmağa çağırırıq. Dini platformaların siyasiləşdirilməsi və selektiv yanaşmalar sülh və barışıq prosesinə töhfə vermir.

Vahid Yaradanın Hökmü ilə din xadimlərinin Haqqa xidmət edərək, humanizm ideyalarına – sülhə, birgəyaşayışa və qarşılıqlı anlaşmaya töhfə verməsi ən savab əməllərdəndir.

Ümid etmək istəyirəm ki, ÜKŞ keçmişdən qalan siyasi təxribatlara uymayaraq, erməni kilsəsinin ixtilafları qızışdırmaq cəhdlərinə ədalətli yanaşma nümayiş etdirəcək, bölgəmizdə davamlı sülhün bərqərar olmasına maneə olan cəhdlərə yol verməyəcəkdir.

Dinlərarası dialoq və qarşılıqlı hörmət prinsiplərinə sadiq qalaraq konstruktiv əməkdaşlığa hazır olduğumuzu bir daha bəyan edirik.

Uca Yaradan yardımçınız olsun!

Hörmətlə,

Şeyxülislam Allahşükür Paşazadə”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan parlamenti mülki və ailə hüququ üzrə beynəlxalq protokolları təsdiqləyib

12:40
01 May

AÇG-dən hasil olunan neftin həcmi açıqlanıb

12:38
01 May

İşğaldan azad olunmuş ərazilərdə 575 tarixi abidənin vəziyyəti qiymətləndirilib

12:38
01 May

Milli Məclisin qərarı: Avropa Parlamenti ilə bütün istiqamətlər üzrə əməkdaşlıq əlaqələri dayandırılır  

12:36
01 May

Bakı Limanında yeni körpü istifadəyə verilib

12:35
01 May

"Təməl dalğıc kursu"nu müvəffəqiyyətlə başa vuranlara sertifikatlar təqdim olunub

12:27
01 May

Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura növbəti səfəri başlayıb  

12:26
01 May

“Şahdəniz”in əməliyyat və əsaslı xərcləri açıqlanıb  

12:24
01 May

Milli Məclisin sədri: Avropa Parlamentinin qətnamələri ikili standartlara əsaslanır  

12:24
01 May

Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti Azərbaycan-Ermənistan sülh gündəliyi barədə məlumatlandırılıb  

12:21
01 May

Rektor: Azərbaycan UNESCO-nun Ümumdünya İrsi Siyahısına daxil edilmiş tarixi abidələri ilə tanınır  

12:19
01 May

ABŞ neft ehtiyatlarından 17,5 milyon barel istifadə edib  

12:15
01 May

Keniyalı ekspert Bakı Təşəbbüs Qrupunun fəaliyyətini yüksək qiymətləndirib  

12:03
01 May

Çinin “sıfır tarif” rejimi Afrikanın 53 ölkəsinə şamil olunacaq  

12:01
01 May

Bu gündən ölkə ərazisindəki bütün su hövzələrində sənaye məqsədilə balıq ovu qadağan edilir

12:00
01 May

Media: Pentaqon Trampın Almaniyadan qoşunların çıxarılması ilə bağlı açıqlamasından təəccüblənib

11:58
01 May

Nazir müavini: Azərbaycanda internetə çıxış səviyyəsi dünya ortalamasını üstələyir  

11:48
01 May

Qızılın qiyməti Yaxın Şərqdəki münaqişə başlayandan bəri 13 faiz ucuzlaşıb  

11:46
01 May

Avropa İttifaqının səfiri Xarici İşlər Nazirliyinə çağırılıb, etiraz notası təqdim edilib  

11:42
01 May

BDYPİ "Bakı Marafonu-2026" ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib

11:37
01 May

Məsud Pezeşkian: ABŞ danışıqlar prosesində İrana yenidən hücum edə bilər

11:31
01 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!